"Qazinin ölümü" mənə son zamanlarda ən çox təsir edən kitablardan biri oldu. Əsər İkinci Qarabağ müharibəsinə, şəhidlərimizin və qazilərimizin fədakarlığına həsr olunub. Mən bu kitabı müharibənin başa çatmasından illər sonra oxusam da, yaratdığ təsir olduqca güclü idi.
Müəllif müharibənin yalnız cəbhədə yaşanan tərəflərini deyil, eyni zamanda onun görünməyən üzünü də böyük həssaslıqla qələmə alıb. Evdə övlad yolu gözləyən ailələrin ağrıları, itkilərin yaratdığı boşluq, qazilərin yaşadığı fiziki və psixoloji sınaqlar, insanların kədəri əsərdə çox təsirli şəkildə əks olunub.
Xüsusilə kitabın son hissələri məndə dərin təəssürat yaratdı. Mən ümumilikdə müəllifin yaradıcılığını bəyənirəm və bu əsəri də onun ən təsirli kitablarından biri hesab edirəm həmçinin düşünürəm ki, yazıçı digər kitabları kimi bu kitabda da hadisələrin görünməyən tərəflərini, bəzi insanların anlamadan qınaq obyektinə çevirdiyi hissələri o qədər incəliklə izah edib ki, heyran olmamaq əldə deyil.