20!♡
Geridə qalan illəri düşündükcə anlayıram ki,məni böyüdən təkcə yaşadıqlarım olmayıb.Bəzən bir kitabın arasında altını cızdığım cümlə,bəzən gecə yarısı bağladığım bir səhifə,bəzən də özümü tapdığım bir hekayə mənə insanların verə bilmədiyi cavabları verib.Kitablar mənim üçün sadəcə vərəq və mürəkkəb olmayıb.Onlar ən sakit günlərimin sirdaşı,ən qarışıq anlarımın yol göstərəni olub.Mən böyüdükcə rəfimdəki kitabların sayı artmayıb sadəcə,dünyaya baxışım da dəyişib.Bəlkə də buna görə hər yeni yaşımda özümə baxanda oxuduğum kitabların izlərini görürəm.Yeni yaşımda da ən gözəl xatirələrimin bir hissəsinin yenə kitab səhifələrinin arasında gizlənəcəyini bilirəm.🤍📚
Keçmişin Kölgəsində Böyümək
Uşaqlıq illəri insanın gələcək həyatının, xarakterinin və dünyanı qavrama tərzinin təməlinin qoyulduğu dövrdür. Bu təməl nə qədər möhkəm və sevgi dolu olarsa, şəxsiyyət də bir o qədər sağlam formalaşır. Lakin bəzən həmin təmələ elə dərindən zərbələr dəyir ki, insan böyüdükcə həmin çatlar bərpası çətin olan izlərə çevrilir. Uşaqlıq travmaları dediyimiz bu qorxular, rədd edilmələr, fiziki və ya mənəvi basqılar, yetkinlik dövründə fərdin münasibətlərində, qərarlarında və hətta gündəlik reaksiyalarında özünü büruzə verir. İnsan keçmişin ağrılarını unudur bəzən, amma bədəni və şüuraltı o ağrıları heç vaxt silmir. Sadəcə onları gizlətməyə çalışır. Travmanın gələcəyə təsir etmə mexanizmini anlamaq üçün şüuraltının iş prinsipini bilmək lazımdır. Uşaq yaşlarında yaşanan hər hansı bir sarsıntı, insan psixikasında "dünya təhlükəlidir" və ya "mən sevilməyə layiq deyiləm" kimi inanclar yaradır. Məsələn, uşaqkən valideynləri tərəfindən davamlı olaraq tənqid edilən və heç bir uğuru bəyənilməyən bir fərd böyüyəndə ifrat perfeksionist (hər şeyin mükəmməl olmasını istəyən) birinə çevrilə bilər. O, hər kəsin rəğbətini qazanmaq, heç kimdən tənqid eşitməmək üçün özünü paralayır. Yaxud da tam əksinə, uğursuzluq qorxusundan heç bir işə başlaya bilməyən, özünə inamı sıfırlanmış bir yetkin olur. Ən çox diqqətimi çəkən şeylərdən biri isə travmaya qarşı bədənin və şüurun inkişaf etdirdiyi müdafiə mexanizmləridir. İnsan ağrını və qorxunu birbaşa qəbul edə bilməyəndə, psixika özünü qorumaq üçün qalxanlar yaradır. Bu qalxanlar ilk baxışda şəxsi qoruyurmuş kimi görünsə də, uzunmüddətli perspektivdə tamamilə anormal, gözlənilməz və bəzən cəmiyyət tərəfindən yad baxılacaq nəticələrə yol açır. Şüuraltı sadəcə bir şey düşünür: "Bir də heç vaxt həmin ağrını yaşamayacağam və bunun üçün nə lazımdırsa
Psikoloji
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
m
Arzularımız gerçəkləşdi Sən getdin Bu xarabalıqlardan Gələcəyinə fokuslanıb Hərkəsi burda qoydun Amma O batağlıqda məndə qeybə çəkildim Dünən son dəfə səninlə Görüşümüzü xəyal edirdim Amma sənin bir anda Xəbərsiz getməyin Son xəyallarımıda batırdı Yolun açıq olsun gözəlim. Ümid edirəm Yad diyarlarda Heçbir çətinliyin olmayacaq Olsa belə Mənə bildir. Çünki biz Lazım olduqca Birbirimizə qarşı Eyni anda Qardaş-Bacı Ata-Ana Sirdaş Yaxın dost Vəya ən əsası Yoldaş Olmuşuq. İlk ikisi bəlkə də qəribə
Heyrətdə qoyub aləmi rəftarı Hüseynin, Gəlməz dəxi bu aləmə təkrarı Hüseynin. Aşiqlərin əyləşdi könül təxtinə Mövla, Eşqə özü zivər, dilə göftarı Hüseynin Sərvətdə bu dünyadə Hüseynə çatan olmaz, Yetmiş iki qurban tək olub varı Hüseynin Dəydi bir əmud başına, Əkbər yaralandı, Şad oldu bu qəmdən vəli, əğyarı Hüseynin. Əbbas ələmdarı idi dəşti-bəladə, Zeynəbsə əsirlikdə ələmdarı Hüseynin. Oxlandı Əli Əsğər o Mövla qucağında, Rəhm eyləmədi zərrə sitəmkarı Hüseynin. Asandı mənə bunca bəla – söylədi Mövla, Çün, seyr eləyir aşiqini Yarı Hüseynin. Ya Heydəri-Kərrar, yetiş Kərbubəlayə, Bikəsdi Xanım Zeynəbi-qəmxarı Hüseynin. Göz yaşını seyl eylədi Səccad ağa ey dil, Qırx il yanıb odlandı diləfkarı Hüseynin. Allah adını səbt edə kaş, müshəfi-fəxrə, Şahin, olasan sən də əzadarı Hüseynin.
Aylar əvvəl bəzi sözləri bura yazanda düşünürdüm ki, həyatımın ən böyük mübarizəsi sevgi ilə qorxularım arasında olacaq. O zaman özümə verdiyim sualın cavabını bilmirdim. Bu gün isə cavabı tapmışam.Bəli, bəlkə də bir müddət öncə qorxularım qalib gəldi. Amma hal hazırda buna məğlubiyyət kimi baxmıram. Çünki zaman mənə öyrətdi ki, hər itirdiyimizi itki hesab etmək doğru deyil. Bəzən insan bir qapını bağlayır ki, qarşısında daha uyğun qapılar açılsın. Bəzən ayrıldığımız yollar bizi əslində getməli olduğumuz istiqamətə aparır.) O günlərdə içimdə olan tərəddüdlər, narahatlıqlar və suallar məni yorurdu. İndi isə anlayıram ki,,həyat yalnız bir insanın ətrafında dayanıb qalmır. Həyat yenilənir, dəyişir, insan da onunla birlikdə dəyişir. Dünən mənə ağır gələn şeylər bu gün mənə dərs kimi görünür. Bəlkə də bu yol mənim üçün ən doğrudu,Çünki hər sonluq öz içində yeni başlanğıclar gətirir. Qarşıma yeni insanlar çıxır, yeni məqsədlər yaranır, yeni arzular qurulur. Mən artıq keçmişin “kaş ki”lərində yox, gələcəyin “bəlkə də”lərində yaşamağı seçirəm. Hmmm Doğrudurki Hələ də bəzi xatirələr ürəyimin bir küncündə qalır. Amma artıq onlara qayıtmaq üçün yox, böyüdüyümü xatırlamaq üçün baxıram. Çünki insan bəzən sevdiyini deyil, köhnə halını geridə qoyur.Bu gün geriyə baxanda görürəm ki qorxularım məni dayandırmayıb, sadəcə başqa bir yola yönəldib. Və mən inanıram ki, hər şey öz vaxtında, öz yerində olmalıdır.Qarşıda məni gözləyən yeniliklər, yeni şəhərlər, yeni insanlar və yeni hekayələr var. Bəzən ürəyin istədiyi yox, taleyin gətirdiyi yol daha doğru olur. Mən də artıq itirdiklərimə yox, qarşıma çıxacaq gözəlliklərə baxıram. Çünki həyat davam edir və mən keçmişə deyil, gələcəyə doğru addımlayıram.
Son aylarda oxuyub çox sevdiyim üç kitab haqqında
Çox sevdiyim bir kitab olanda istəyirəm danışdığım hər kəsə onu tövsiyə edim. Sevdiyim bir yazıçı olanda isə istəyirəm onu kitab oxuyan hamı tanısın. Hələ müəllif bizdə kifayət qədər tanınmırsa, bir az da onun dərdini çəkirəm) Son aylarda oxuduğum və hər kəsə tövsiyə etmək istədiyim 3 kitab haqqında qısa yazmaq istəyirəm. Yerli ədəbiyyatımızdan Əzizə Cəfərzadə qələmini çox sevirəm. Düşünürəm ki, onun kitabları ilə tanışlığım Azərbaycan ədəbiyyatı ilə bağlı ən xoş “kəşflərdən” biri olub. Aləmdə Səsim Var Mənim müəllifdən oxuduğum üçüncü kitab idi. Əsərlərindəki dil, hadisələrin təqdimatı, obraz və məkan təsvirləri o qədər canlıdır ki, özümü həmin hadisələrin içində hiss edirəm. Bu kitab Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Oxuduqca sanki mən də Şamaxıda onun yanında idim, məktəb açmaq uğrunda din adamları, cahil bir mühit ilə apardığı mübarizənin canlı şahidinə çevrilmişdim. İkinci kitab isə yeni nəşrlərdən olan Eşşəkli Kitabxanaçı dır . Kitab real hadisələr əsasında yazılıb və Türkiyənin bir kəndində kitabxanaçı işləyən Mustafanın hekayəsindən bəhs edir. O, uşaqları kitabla tanış etmək və oxumağı sevdirmək üçün əlindən gələni edir. Mustafa göstərir ki, insan bəzən çox məhdud imkanlarla belə böyük dəyişikliklər yarada bilər. Kitabsevərlər onun zəhmətini daha yaxşı anlayacaq, kitabdan uzaq olanlar isə bəlkə də mütaliənin nə qədər dəyərli olduğunu hiss edəcəklər. Növbəti kitab isə artıq sevdiyim müəlliflər sırasında yer alan Bernard Werber in Kraliçaların Diaqnolı əsəridir. Verberi daha çox elmi-fantastik əsərləri ilə tanıyırdım. Bu kitab isə mənə onun yaradıcılığının başqa tərəfini göstərdi. Əsərdə dünyagörüşləri və həyat prinsipləri tamamilə fərqli olan iki qadının həyatı təsvir olunur. Şahmatdakı ağ və qara fiqurlar kimi bir-birinə zidd olan bu iki obraz hadisələrə və siyasi proseslərə də şahmat
Duygu ve Düşünce