Elə günlərim olur ki, ətrafdakı cüzi bir hərəkətin də olmasını, çox alçaqdan eşidilən bir səsin də olmasını istəmirəm. Bu vaxtlar hiss edirəm ki, qəlbim dopdoludur və indicə aşıb daşacaqdır. Beynimdə heç bir vasitə ilə dəyişilməyəcək və həyata keçməyəcək xəyallar, mənə hər şeydən daha qüvvətli görünən fikirlər bir-birini əvəz edir... Fəqət sonra birdən-birə ətrafımda mənə yaxın olan bir adam axtarıram. Beynimdən keçənləri başa düşəcək bir adam...
Sayfa 69·Kitabı okuyor
Mən hərdən belə oluram, bəzən bütün adamlar xoşuma gəlir, boyunlarına atılmaq, onları qucaqlayıb öpmək istəyirəm. Bəzən də hətta bir adamın sifətini də görməkdən çəkinirəm. Bu, nifrət-filan deyil...İnsanlara nifrət etməyi heç ağlıma da gətirməmişəm... Sadəcə, bu, tənhalığa ehtiyacdan doğur.
Sayfa 69·Kitabı okuyor
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
O tanış ulduzun səmaya qayıdıb-qayıtmadığnı bilmək istəyirdi.
- Mən, çoxdandır, ulduzlara baxmıram. Uşaq vaxtı hər gecə ulduzlara, məxsusən də bir ulduza baxmasam, yatmazdım. Böyüdükcə ulduzlara az-az baxmağa başladım. Bir müddətdən sonra isə ulduzlara baxmağa utandım, bir gün başımı qaldıranda həmişə baxdığım ulduzu göydə görmədim. Çox pis oldum. Ondan sonra bir də heç vaxt ulduzları seyr etmədim.
Sayfa 378 - Ted
Alıntı
"Qəribədir", öz-özünə düşündü, "Ağır günlər yaşayanda ən adi günün belə həsrətini çəkirsən. Sıradan bir həyat üçün darıxırsan. Hətta başqa insanlar haqqında düşünməyə başlayırsan. Qonşun ya da qohumunda haqda. "Nə gözəl, sakit həyatı var. Az ilə qane olub, yaşayır özü üçün. Ailəsi ilə xoşbəxtdir. Gecə rahatca və tez bir zamanda yuxuya gedir. Kaş mən də onun yerində olsaydım." Gözləri yorğunluqdan bir nöqtəyə zillənəndə, nə çox xırda şey üçün darıxır insan..
Biz başqayıq, hə? Niyə? Çünki... çünki mənimçün sən varsan, səninçün də mən.
...mən zənciyəm. Siz isə ağ dərilisiniz. Siz bir yerdə yaşayırsınız, bir yerdə kart oynayırsınız, mən isə yox, çünki mən qarayam. Hələ deyirəm ki, mən murdaram. Mən də deyirəm ki, siz də mənim üçün murdarsınız.