Hər saniyə yüzlərlə insanın öldüyünü nəzərə alsaq, bir ölən şəxsin ölümü haqqında üzülməyə həqiqətən dəyərmi? Həmin insanın yerini tutacaq bir nəfər tapmağınız qeyri-mümkündür? Bu insan həqiqətən də xüsusidir? İnsanlar yaşadıqları dəyərləri nə üzərində qururlar? Məntiq? Vicdan? Yaxşı və pis anlayışı belə geniş və qeyri-dəqiq olan bir dünyada nəyə uyğun hərəkət etməliyik? Təbliği zorla, ölümlə olan bir dinin nümayəndələri şəhərə daxil olub silahsız sakinləri qırarkən onlar bunu tanrı adına edirdilər? Onlar yaxşılıq edirdilər yoxsa pis? Haqq olan Xaç yürüşüdür yoxsa Islami Fəth? Bu haqqı necə təyin edə bilirik axı? Bəs kimin doğru və kimin yanlış olduğunu necə seçməliyik? Bəlkə çıxış yolu heç seçməməkdir? Bir insanın həyatda heç bir görüşü dəstəkləməməsi mümkünsüzdürmü? Dinsiz, vətənsiz, mənasız yaşamaq insan üçün “pis” bir haldır? İnsanlar haradan gəlib, hara gedəcəklərini, nə istədiklərini dəqiq bilirlərmi? Afrikada acından ölənlər həqiqətən ölməlidir yoxsa biz onları qurtarmalıyıq? Mərhəmət Tanrının qədərinə qarşı gəlməkdir? Hitlerə haqq qazandırmaq üçün hansı vicdanın sahibi olmalısan? Ədaləti kim təyin edir? Ədalət zəiflərin istədiyi bir şey ola bilərmi? Dünyanın təhlükəsizliyinə nəzarət edən dövlətlər niyə ən çox silah satan dövlətlərdi? Zülümdən və pisliklərdən qurtulmaq üçün doğurdanmı bu qəsbkarları məhv etməliyik? Öldürmək həmişə çıxış yoludu? Niyə birimiz tox birimiz acıq? Yaşamaq istəyirik, lakin etdiyimiz şeylərin əksinə yaşamağımıza mane olan nədi? Bəlkə bu qədər yaxşı və pis anlayışı olan dünyada heç bir görüşü dəstəkləməmək, sırf yaşamağın xətri üçün yaşamaq ən düzgün seçimdir? Doğru və yalnış mənim təyin etdiyim görüşlərdi yoxsa ümumbəşərdi?
Hər saniyə yüzlərlə insanın öldüyünü nəzərə alsaq, bir ölən şəxsin ölümü haqqında üzülməyə həqiqətən dəyərmi? Həmin insanın yerini tutacaq bir nəfər tapmağınız qeyri-mümkündür? Bu insan həqiqətən də xüsusidir? İnsanlar yaşadıqları dəyərləri nə üzərində qururlar? Məntiq? Vicdan? Yaxşı və pis anlayışı belə geniş və qeyri-dəqiq olan bir dünyada nəyə uyğun hərəkət etməliyik? Təbliği zorla, ölümlə olan bir dinin nümayəndələri şəhərə daxil olub silahsız sakinləri qırarkən onlar bunu tanrı adına edirdilər? Onlar yaxşılıq edirdilər yoxsa pis? Haqq olan Xaç yürüşüdür yoxsa Islami Fəth? Bu haqqı necə təyin edə bilirik axı? Bəs kimin doğru və kimin yanlış olduğunu necə seçməliyik? Bəlkə çıxış yolu heç seçməməkdir? Bir insanın həyatda heç bir görüşü dəstəkləməməsi mümkünsüzdürmü? Dinsiz, vətənsiz, mənasız yaşamaq insan üçün “pis” bir haldır? İnsanlar haradan gəlib, hara gedəcəklərini, nə istədiklərini dəqiq bilirlərmi? Afrikada acından ölənlər həqiqətən ölməlidir yoxsa biz onları qurtarmalıyıq? Mərhəmət Tanrının qədərinə qarşı gəlməkdir? Hitlerə haqq qazandırmaq üçün hansı vicdanın sahibi olmalısan? Ədaləti kim təyin edir? Ədalət zəiflərin istədiyi bir şey ola bilərmi? Dünyanın təhlükəsizliyinə nəzarət edən dövlətlər niyə ən çox silah satan dövlətlərdi? Zülümdən və pisliklərdən qurtulmaq üçün doğurdanmı bu qəsbkarları məhv etməliyik? Öldürmək həmişə çıxış yoludu? Niyə birimiz tox birimiz acıq? Yaşamaq istəyirik, lakin etdiyimiz şeylərin əksinə yaşamağımıza mane olan nədi? Bəlkə bu qədər yaxşı və pis anlayışı olan dünyada heç bir görüşü dəstəkləməmək, sırf yaşamağın xətri üçün yaşamaq ən düzgün seçimdir? Doğru və yalnış mənim təyin etdiyim görüşlərdi yoxsa ümumbəşərdi? ~onÜç
Alıntı
Etimoloji Defteri
Mücellit Nedir ?
OSHO- “Emosiyalar, qəzəb, paxıllıq və qorxudan azad olma” kitabından Lotos dünyada ən möcüzəli hadisələrdən biridir… …Çünki lotosun çox rəmzi xüsusiyyəti var- o palçığın içində bitir. O dəyişilmə rəmzidir… Palçıq çirklidir, bəlkə də iylənir. Lotos isə ətirlidir, amma o iylənən palçıqdan əmələ gəlib. “ Həyat bir qayda olaraq iylənmiş palçıqdır- ancaq palçığın içində lotos olmaq imkanı da gizlənib”. Palçıq dəyişilə bilər, sən lotos ola bilərsən. Qəzəb dəyişilə bilər, o, mərhəmətə çevrilə bilər. Nifrət dəyişilə bilər, o, sevgiyə çevrilə bilər. Hər şey, sizdə mənfi görünən nə varsa, o, palçıq kimi dəyişilə bilər🪷
Yeraltı Adamı
Bu insanlar üçün "normal olmaq" heç vaxt bir hədəf olmayıb. Onlar üçün normal olmaq sadəcə bir maskadır. Elə bir maska ki, onu taxdıqca cəmiyyətin gözlərində görünmək mümkündür, amma bu, daxili boşluqlarını örtə bilmir. Fərdiyyətçilikləri, bəzən isə zədələnmiş mənlikləri onlara dərinliklərə nüfuz etməyə icazə vermir. Çabaladıqca batırlar. Hər səhər "bu gün mən də hamı kimi olacam" deyib ağır daşı dağın başına qaldırırlar, amma axşam öz tənha otaqlarında yenidən öz həqiqətlərinə yuvarlanırlar. Bu, bir növ Sizif əməyidir: Görünən və görünməyən daşı daşımaq arasında, heç vaxt sonlanmayan bir döngüdə həbs olunmuş bir həyat. Ətrafdakı insanların donub qalmasını, yalnız ehtiyac duyulduqda hərəkətə gəlməsini istəmək onların daxili xaosunun kompensasiyasıdır. Bu, bir idarəetmə instinktinə çevrilir: Öz daxili dünyasında heç nəyə hökm edə bilməyən insan, xarici aləmi donduraraq onu bir "natürmorta" çevirmək istəyir. O, həyatın hərəkətini əks etdirən hər şeydən qorxur. Hər dəyişiklik bir itkidir. İnsanlar inkişaf etdikcə, yeni münasibətlər qurduqca, o, öz tənha qalasından uzaqlaşır kimi hiss edir. Ona görə istəyir ki, dünya onun dayandığı nöqtədə dayansın. Bu, əslində tanrılıq iddiasıdır, amma acizlikdən doğan bir iddia: həyatın hər saniyəsini idarə edə bilməyən insan, onu dayandırmağa çalışır. Onun dünyasında qısqanclıq həyatın özü ilə bağlıdır. İnsanlar yeni münasibətlərə başlayanda, sanki ona mesaj verirlər: "Bax, həyat davam edir. Biz canlıyıq, sən isə yoxsan." Bu qısqanclıq, sahiblik istəyindən deyil, özünün həyat enerjisindən məhrum olmasından qaynaqlanır. O, heç kimi sevə bilmir. Sevgi risk, açıq olmaq deməkdir, amma o, öz qınına sıxılıb, ora heç kimi sığdıra bilmir. Başqalarının xoşbəxtliyi onun tənha qalasındakı çatları daha dərin göstərir. O, öz tənhalığını intellektual
Felsefe-Düşünce
Çeroki xalqına məxsus hekayə
"İki canavar" pritçası Bir gün bir baba nəvəsinə dedi: — İnsanların içində iki canavar yaşayır və onlar daim bir-biri ilə mübarizə aparır. Birinci canavar: qəzəb, paxıllıq, kin, qorxu və nifrəti təmsil edir. İkinci canavar isə: sevgi, mərhəmət, ümid, səbir və xeyirxahlığı təmsil edir. Nəvə bir az düşündü və babasından soruşdu: — Bəs baba, bu mübarizədə hansı canavar qalib gəlir? Baba sakitcə cavab verdi: — Sənin qidalandırdığın canavar..
Edebiyat
Bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. 🌸 Həyatımıza sevgi, mərhəmət, incəlik və gözəllik qatdığınız üçün sizə təşəkkürlər. Dünyanı daha yaşanılır edən də, insanlara ümid verən də çox vaxt sizin gücünüz və qayğınızdır. Hər zaman dəyər gördüyünüz, hörmətlə qarşılandığınız və xoşbəxt olduğunuz bir həyat arzulayıram. Bayramınız mübarək! 🌷
8 Mart Dünya Kadınlar Günü