9/10
·80 syf.··
2026 1. kitabı
Lev Tolstoyun “İnsan Nə ilə Yaşayır?” adlı əsəri təkcə bir hekayə deyil, həm də insanı sevgi, mərhəmət və həyatın mənası haqqında dərin düşüncələrə sövq edən dəyərli bir əsərdir. Əsər oxucunu insanlığın əsl mahiyyəti və sevginin gücü barədə düşünməyə vadar edir. Kitab Tanrı, sevgi və mərhəmət kimi ali dəyərləri sadə, lakin təsirli şəkildə qeyd edir. Əsərdən aldığım əsas nəticə odur ki, insanı insan edən ən böyük dəyər sevmək, mərhəmətli olmaq və başqalarına yaxşılıq etməkdir. Buna görə də bu əsər mənəvi dəyərləri və insanlığın əsl mənasını anlamaq baxımından çox təsirli və düşündürücü bir əsərdir. Əsəri bəyəndim, hər kəsin oxumasını tövsiyə edirəm :) Lev Tolstoy İnsan Nə İlə Yaşayır?
1000Kitap
İnsan Nə İlə Yaşayır?Lev Tolstoy · Qanun Nəşriyyatı · 2020234,2bin okunma
8/10
·160 syf.··
2026 64. kitabı
·
10 saatte okudu
·
Okunma: 08 Haziran 2026 22:20
Senecanin teatrlarda sehneleşdirilen novbeti dram facie janrinda yazdiği bir eser . Bu eser Troialı Qadınlarin müharibənin amansızlığını, hədsiz istəklərin ağır bədəlini və həyatın naməlumluqları qarşısında insanın acizliyini ağılar vasitəsilə ifadə edərək, minlərlə il əvvəldən bu günə qədər çatdırır. Əsər məşhur Troya müharibəsi bitdikdən sonra baş verir. Troya şəhəri dağıdılıb, kişilər öldürülüb və sağ qalan qadınlar əsir götürülüb.Əsər müharibəni qəhrəmanlıq kimi yox, onun insanlara vurduğu dəhşətli zərbə kimi göstərir.Seneca burada Müharibənin qadınlar və uşaqlar üzərindəki təsiri,azadlığın itirilməsi kədər, yas və ümidsizlik,İnsan taleyinin qəddarlığı,güc və hakimiyyətin korlayıcı təsiri,ananın övladını itirməsinin ağrısı,qisas və mərhəmət mövzuları işiqlandirib
Troialı KadınlarSeneca · Türkiye İş Bankası Kültür Yayınları · 2009404 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·96 syf.··
2026 18. kitabı
·
79 günde okudu
·
Okunma: 03 Haziran 2026 19:08
İnsanın mal və dövlətin bəzi məqamlarda nə qədər mənasız olduğunu və lazım olmadığını göstərən bir əsərdir. İnsan həyatda fədakarlıq etməyi bilməli və digər insanlara dəstək olmalıdır. Fədakarlıq insanı başqalarının gözündə çox uca edir. Əsərdə varlı mülkədar öz nökərinin həyatının mənasız olduğunu düşünür lakin ölüm təhlükəsi ilə üz üzə gəldikdə o öz canını fəda etməklə onu xilas edir. Buna səbəb onun içində birdən birə yaranan mərhəmət və fədakarlıq hissidirm Düşündüyü mal dövlət ona həmin anda çox mənasız göründü. Nəticədə bu həyatda mal dövlətdən daha vacib mənəvi və insani dəyərlər vardır.
Ağa və NökərLev Tolstoy · Parlaq İmzalar · 202310,7bin okunma
10/10
·1439 syf.··
Beğendi
·
2026 12. kitabı
·
60 günde okudu
·
Okunma: 30 Mayıs 2026 00:35
“Səfillər” kitabını oxuduqca personajların yaşadığı hər şeyi hiss edirdim. Xüsusilə Fantineyə çox üzülmüşdüm. Onun o çarəsizliyi, qızı üçün hər şeyə dözməsi çox ağır idi. Jean Valjean isə kitab boyunca ən sevdiyim personaj oldu. Onun dəyişimi, hər şeyə baxmayaraq yaxşı insan olmağa çalışması və Cosette üçün etdikləri çox təsirli idi. Ən çox da onun heç vaxt tam rahatlıq tapa bilməməsi mənə təsir etdi. Sanki ömrü boyu sadəcə başqaları üçün yaşadı. Marius və Cosettenin sevgisi isə kitabın o ağır atmosferinin içində daha yumşaq hiss etdirirdi. Marius mənə oxuduğum qədərilə tam romantik kitab qəhrəmanı kimi gəldi.Kitabın sonu isə məni ən çox təsirləndirən hissə oldu. Jean Valjeanın sonda tək qalması, Cosettedən uzaq qalmaq məcburiyyətində olması çox pis idi. Amma son nəfəsində Cosette və Mariusu görməsi həm kədərli, həm də çox duyğusal səhnə idi. O hissələri oxuyanda doğrudan kövrəlmişdim. Səfillər mənə görə insanın dəyişə bilməsi, mərhəmət və sevgi haqqında yazılmış ən təsirli kitablardan biridir. Kitabı bitirsəm də, bəzi səhnələri və personajları uzun müddət unutmayacağımı düşünürəm. Sefiller Victor Hugo
1000Kitap
SefillerVictor Hugo · Oda Yayınları · 2011105,3bin okunma
10/10
·360 syf.··
2026 14. kitabı
·
16 günde okudu
·
Okunma: 17 Mayıs 2026 13:40
Hekayəni Scout adında balaca bir qızın dilindən dinləyirik. Buna görə də kitabı ilk oxuyanda Şeker Portakalı ilə bənzər hekayə gözləyirdim. Hər iki kitabda uşaqların dünyasından böyüklərin dünyasına baxırıq. İki kitab arasında ortaq cəhət sadəcə budur. Ədalətsizliyi, irqçiliyi, qərəzləri uşaqların gözündən görürük. Nümunəvi ata olan Atticus Finch uşaqlarını yetişdirmə tərzi, həyata və insanlara olan baxışı ilə mənim üçün unudulmaz obraz oldu. Atticus mənəvi keyfiyyətləri yüksək, dürüst və ədalətli bir ata və vəkil idi. Övladlarının ondan örnək alaraq böyüdüyünü bilir, onların gözünə baxa biləcəyi şəkildə yaşamağa çalışırdı. Atticus övladlarına başqalarını qınamazdan əvvəl özünü onların yerinə qoymağın əhəmiyyətini öyrətməyə çalışırdı və buna nail olmuşdu. Onun uşaqlarına öyrətdiyi bu dərs kitabın sonlarına doğru cəmiyyətin qorxduğu və qınadığı insanların daxilindəki mərhəmət və məsumluğu kəşf etməyə kömək edir.
1000Kitap
Bülbülü ÖldürmekHarper Lee · Epsilon Yayınevi · 202088,7bin okunma
"Qorxu, Susqunluq və İnsan Psixologiyasının Səssiz Dağılışı”
Puan vermedi·400 syf.··
2026 7. kitabı
Elhan Elatlı nın “Şantaj” əsəri zahirdə detektiv xətt daşısa da, mənim oxunuşuma görə, əsasən insanın psixoloji təzyiq altında necə dəyişdiyini göstərən bir romandır. Əsərin mərkəzində uzaq kənd rayonundan Bakıya ali təhsil üçün gələn gənc bir qız dayanır. Onun etdiyi bir səhv nəticəsində şantaja məruz qalması, hekayənin gərginliyini yaradan əsas nöqtədir. Bu xətt üzərindən müəllif qorxunun, utancın və susqunluğun insan həyatında nə qədər ağır nəticələr doğura bildiyini göstərir. Qızın yaşadığı təzyiq yalnız xarici hadisə kimi qalmır, daxili aləmində də ciddi pozuntular yaradır. Məncə, əsərin ən güclü tərəfi məhz budur: insanın problemi gizlətməsi bəzən problemin özündən daha dağıdıcı olur. Qəhrəmanın dərdini yaxınlarına aça bilməməsi onun təkliyini daha da dərinləşdirir. Bu təkliyin nəticəsində o, ailəsindən və ətrafından emosional olaraq uzaqlaşır. Romanda bu uzaqlaşma tədricən xarakter dəyişikliyinə çevrilir. Bir insanın qorxu ilə yaşadıqca özünə və başqalarına baxışının necə sərtləşdiyi çox aydın hiss olunur. Əsər oxucuya göstərir ki, daxili sıxıntı vaxtında anlaşılmayanda yalnız ruhu yox, davranışı da dəyişə bilər. Psixoloq gözü ilə baxanda, buradakı əsas mövzulardan biri travmatik gərginlik və onun ardıcıl təsiridir. Qəhrəman vəziyyətdən çıxmaq əvəzinə, getdikcə daha çox sıxışır və qərarvermə qabiliyyəti zəifləyir. Bu, real həyatda da tez-tez gördüyümüz bir haldır: insan qorxu içində olanda məntiqlə deyil, müdafiə reaksiyaları ilə hərəkət etməyə başlayır. Mənim fikrimcə, roman gənc insanların böyük şəhərdə qarşılaşa biləcəyi təhlükələri də göstərir, amma bunu sadəcə xəbərdarlıq kimi yox, psixoloji dərs kimi təqdim edir. Burada məsələ yalnız “şantaj” deyil, eyni zamanda günah, susqunluq, etibar itkisi və daxili parçalanmadır. Qəhrəmanın içində yaşadığı təzyiq onun
Edebiyat & Roman
ŞantajElhan Elatlı · Teas Press · 0495 okunma