9/10
·240 syf.··
Beğendi
·
2026 19. kitabı
·
11 günde okudu
·
Okunma: 13 Haziran 2026 00:18
Kitabı oxuyub bitirdim, çox bəyəndim və bu haqda fikirlərimi yazmaq istədim; çalışdım ki, bacardığım qədər qısa tutum. Prometheus filmində eşitdiyim "Cəhənnəmdə hökm sürmək, cənnətdə xidmət etməkdən yaxşıdır" sözü, məni Con Miltonun İtirilmiş Cənnət əsərinə aparan ilk addım oldu. Kitab oxumaq öncələri sıxıcı olsa da, daha sonra çox daha axıcı oldu. Əsəri bitirdiyimdə məni ən çox düşündürən mövzu, insan təbiətinin o böyük çıxmazı oldu: Məcburi bir bağlılıq, yoxsa azad iradə? ​Əsərdə Şeytanın azad iradəyə yanaşması, sərhədləri öncədən çəkilmiş bir mükafat-cəza oyununa şərik olmaq deyil, o oyunun qaydalarını kökündən rədd etməkdir. Tanrı tərəfi, hər şeyin yaxşı qalması üçün mütləq bir nizamı və tabeçiliyi tələb edərkən; Şeytan, Cənnətin gətirdiyi o hazır rahatlıqdan imtina edir və başqasının yazdığı ssenaridə iradəsiz bir varlıq olmağı qəbul etmir. Bu baxımdan, kitabda təsvir olunan Şeytan obrazını Yevgeni Zamyatinin "Biz" əsərindəki I-330 xarakterinə çox bənzədirəm; hər ikisi mütləq və məcburi bir nizamın gətirdiyi "xoşbəxtlikdən" imtina edərək, fərdi azadlığın xaosunu seçən üsyankarlardır. ​Adəm üzərindən qurulan azad iradə anlayışı isə tam bir ziddiyyətdir. Tanrı insana ağıl və məntiq verib onu seçimlərində sərbəst buraxdığını söyləyir; ancaq nəyin yaxşı, nəyin pis olduğuna öncədən yenə özü qərar verir. Əgər bir seçimin sonunda ağır cəzalar gözləyirsə, orada gerçək bir azadlıqdan bəhs etmək çətindir. Üstəlik, Başmələk Mikayılın Adəmə gələcəkdə nəslinin çəkəcəyi acıları göstərdiyi hissədə bu ədalətsizlik daha da dözülməz bir hal alır. Bir nəfərin səhvini hələ doğulmamış məsum nəsillərin ödəməsi hansı ədalət sisteminə uyğundur? Günahın irsi olduğu bir nizam quran güc gerçəkdən "ədalətli" sayıla bilərmi? ​Miltonun bu əsəri tamamilə Xristianlığın "İlk Günah" (Original Sin)
Kayıp CennetJohn Milton · Pegasus Yayıncılık · 20151,443 okunma
9/10
·524 syf.··
2026 10. kitabı
·
27 günde okudu
·
Okunma: 06 Haziran 2026 05:19
Mən nə oxudummm....Başlarda etiraf etməliyəm ki çox sıxıldım.Həm mövzusu həm də aşırı açıq yazılış tərzinə görə.Amma sonuna doğru məni içinə çəkdi.İstanbula getdiyimdə ümid edirəm muzeyi görmək nəsib olar.Amma Füsun xarakterini heç sevmədim.Mənə görə ancaq şan şöhrət dalıyca qaçan özünü düşünən bir qıZ idi.Kitabın adındakı kimi məsumiyyət yox idi yəni.Ya da bəlkə Kemalın sevgisidi burda tək məsum olan şey.Nəysə...))))) Günümüzdə Füsunların çox olmağına baxmayaraq Kemallar təəssüf ki tükənib))
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,4bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·420 syf.··
Beğendi
·
2026 1. kitabı
Bu kitab adama elə bir təsir edir ki, bitirəndə sanki ürəyinin üstündə ağır bir daş hiss edirsən. Məsumə adlı bir qızın uşaqlığından qocalığına qədər çəkdiyi əzabları oxuduqca, həm ona rəhmin gəlir, həm də ətrafındakı insanlara hirslənirsən. Yazıçı elə yazıb ki, elə bil kitab oxumursan, qonşuda illərdir tanıdığın bir qadın qarşında oturub dərdini sənə danışır. Ən çox adama toxunan odur ki, bu yazıq qadın ömrü boyu hamı üçün yaşayır, amma bircə dəfə özü üçün yaşamağa imkan tapmır. Əvvəl qardaşları "namus" deyib qabağını kəsir, sonra əri öz idealları üçün onu tək qoyur, axırda da uşaqları öz rahatlıqlarını düşünüb ananı yarı yolda qoyurlar. Kitab boyu Məsumə hamının "payını" artığıyla verir, amma "Bəs mənim payım hardadır?" sualı adamın beynində qışqırır. Əslində bu təkcə bir qadının yox, bizim tərəflərdə olan minlərlə fədakar ananın, bacının hekayəsidir. Oxuduqca görürsən ki, dünya dəyişsə də, hökumətlər dəyişsə də, qadınların çiynindəki o ağır yük elə olduğu kimi qalır. Çox ağır kitabdır, amma adamın gözünü açır. İnsanı məcbur edir ki, dayanıb özünə bir sual versin: "Mən öz həyatımı yaşayıram, yoxsa başqalarının mənə rəva bildiyi qədərini?"
1000Kitap
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,406 okunma
10/10
·420 syf.··
2026 7. kitabı
Kitabı bitirdim, amma kitabda məni bitirdi. Sonda qovuşacaqlarını düşünmüşdüm... Kaş kitabın ikinci hissəsi olaydı və Məsumə o qədər xoşbəxt olaydı ki..
1000Kitap
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,406 okunma
5/10
·448 syf.··
2026 7. kitabı
·
33 günde okudu
·
Okunma: 04 Nisan 2026 15:50
Açığı bunun irqçiliklə bağlı kitab olduğunu düşünmürəm çünki yaşanılan irqçiliklər, buradaki kiçik hissədən çox daha ağır və dərin olub. Bu kitaba bacı və qardaşın uşaqlıq səyahəti kimi baxıram. Kitab ümumi olaraq sakit tonda idi. Sonlarını daha çox bəyəndim. Adı da kitaba uyurdu. Mən bülbülü məsum insan olaraq gördüm. Məsum insan qaradərili obraz Tom Robinson idi. Və onun hekayəsi öldürülməsi ilə nəticələnirdi. Digər bülbül isə Boo Radley idi. Bu hekayənin nəticəsində incitilməyən,rahat bıraxılan bülbül o idi. Yenə də heyvanlara qarşı qəddar baxış buxağında olan hekayələr; quduz itin taleyi, əzilmək üzrə olan böcək, digər quşların öldürülməyə layiq olub da sadəcə bülbül öldürülərsə, günah olacaq quş olduğunu iddia edən bir tərəfi var idi.
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,7bin okunma
Puan vermedi·351 syf.··
2026 4. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Mart 2026 21:44
"Səadətin də bir qiyməti var. Onu ödəmək lazımdır." Bəzən həyat o qədər də ədalətli olmur, xüsusən, sən bir şeyləri feda edirsənsə. Amma biz bunu həyatdan gözləyirik. Görəsən bu qədər verilən fədakarlıqlar əbəs yerə idimi? Yaşanmamış bir həyatı seçməliydik, yoxsa, sonsuz sayda qurban verilən xoşbəxtlikləri? O xoşbəxtliklər ki, gələcək üçün sanki bir yatırım idi, ne zamansa, bir gün xoşbəxt olmağa verilən bir yatırım.. Həyatı günahlandıra bilərəm, ədalətsizdir, sən onu sevəndə o sənə "hələ hazır deyiləm" deyir. Və ya sən hazır olmayanda o "səni sevirəm",- deyir. Bu kitab o qədər dərinimə endirdi ki məni. Çoxdandır o dərinlik ilə üzləşə bilmirdim. Qəlbimin dərin qatları canlandı və bu hissi unutmuşdum. Bu qədər dərin hiss edə bildiyimi unutmuşdum. Uzun zamandır oxuduğum hər hansısa roman mənə belə təsir etməmişdi. Niye sevdim bilirsiniz ? Çünki bir qadının daxili ağrılarını, yalnızlığını, iztirablarını oxumaqla bərabər, ilk sevgisini və son sevgisini də oxudum. Hər kəsdən gizlədilən amma bir qadının necə hiss etməli olduğunu bildiyim bütün hissləri oxudum. Məsumə mənim üçün sadəcə bir obraz deyildi, həm də daxili səsim idi. Oxuyun dəyərli dostlar. Xüsusən də qadın ruhundan anlamaq istəyirsinizsə
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,406 okunma