Ürək döyüntüləri, əl-ayağın bir-birinə dəyməsi, həyəcanlanmaq sevginin əsas göstəricisi deyil. Çünki mən bu saydıqlarımı qəbul imtahanında da yaşamışdım, Milli Parkda "Viking"ə
minəndə də. Ancaq gözlər başqadır. Məsələn, kimləsə söhbət edəndə iki gözünün içinə də eyni anda baxa bilərsən.
Amma sevdiyin insanın isə eyni anda yalnız bir gözünə baxarsan. Yalnız onun gözünə ən təmiz, ən saf, ən məsum
hisslərlə baxarsan. Üstəlik uzun- uzun baxa bilməzsən, sanki dünyanın ən qatı cinayətini işləyirmiş kimi tez gözlərini onun gözündən çəkərsən...
Dəhşətli orasıdır ki, biz yaşlı adamlar, keçmişimizdə məhəbbət yox, günahları olan biz... birdən-birə pak və məsum bir xilqətlə yaxınlaşırıq; bu nə qədər murdar, nə qədər yaramazdır, buna görə özünü ləyaqətsiz bir şəxs kimi hiss etməməyi bacarmırsan.
Heç kəs ölmək istəməz. Hətta bu həyatdan qurtulmaq arzusu ilə intihara qərar verən insanlar da ölümün qorxunc soyuq nəfəsini bu qədər yaxından duyanda, o məşum qərarlarından vaz keçərək həyatı seçirlər. Bu zaman geriyə yol qalıbsa, geri qayıdır, qalmayıbsa, son anda mütləq peşmanlıq hissi ilə can verirlər.
Bura yolunu azmışların yaşadığı bir yer deyildi. Burada günahsız, məsum insanlar məskunlaşmışdılar, onlar bütün bəşəriyyətin, günahkar valideynlərimizin özləri üçün uydurduğu əsl cənnət deyilən bir məkanda yaşayırdılar.
- Hər zibilin içində olanı çıxarmağa tələsmək lazım deyil, bəlkə, o məhz ora üçün yaranıb, - yaşlı efe dedi.
- İnsanlar da elədir. Bəzilərini gərək yaşadıqları zibillikdən çıxarmayasan, yoxsa məsum simaları yoxa çıxar.