İsti,yumuşaq xalı döşənmiş otaq. Yarımçıq işıq. Çöldə çovğun, qar, külək. İçəridə qazla yanan soba. Radioda uzaq, kəsik melodiyalar. Öz aramını, sonunu tapa bilməyən sərgərdan bir melodiyanın yorğun, usanmış kədəri… Uzaq dənizlərin, təlatümlü okeanların ardından gələn, çovğunlu, boranlı efirdə gah itən, gah eşidilən bir səs.