Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Natiga Majidova

Natiga Majidova
@natigamajidova
Düşüncələrimizi dəyişsək həyatımız dəyişər.️
Uşağın dünyaya baxdığı pəncərə anadır.
Sayfa 42 - İrşad, Parlaq İmzalarKitabı okuyor
Reklam
Ailə münasibətləri insan şəxsiyyətinin göstəricisidir. Şəxsiyyətə qiymət vermək istəsək, dostlarının və ya iş yoldaşlarının deyil, məhz ailə üzvlərinin ona göstərdikləri münasibətə baxmalıyıq. Yəni azad şəkildə yaratdığımız mühitdəki şəxsiyyətimiz yox, icbari şəkildə düşdüyümüz mühitdəki şəxsiyyət özümüzü qiymətləndirmək üçün daha etibarlı ülgüdür. Çünki ailə insanın özü olduğu ən məhrəm mühitdir. Ona görə də ailə üzvləri münasibəti onun əsl şəxsiyyətini üzə çıxarır.
Sayfa 19 - Parlaq imzalarKitabı okuyor
İnsanın digərini anlamağı, ilk növbədə, özünü anlamağından başlayır.

Okur Takip Önerileri

Tümünü Gör
"Mübarək Ramazan ayının fəzilətləri və əməlləri"
Siz bu ayda ac və susuz qalmaqla Qiyamət gününün aclığını və susuzluğunu xatırlayın. Öz yoxsul və kimsəsizlərinizə əl tutun. Qocalarınıza hörmət edin, uşaqlarınıza rəhm edin, qohum-əqrabalarınıza mehribanlıq göstərin.  Dilinizi, deyilməsi yasaq olan şeylərdən saxlayın.  Gözlərinizi baxılması halal olmayan yerlərə örtün. Qulaqlarınızı  eşitməyi halal olmayan şeylərə bağlayın.  Başqalarının yetim qalan uşaqlarla mehribanlıq olun ki, sizdən sonra sizin də uşaqlarınızla mehriban olsunlar.  Günahlardan əl çəkib Allaha tərəf qayıdın.
Sayfa 454 - Tərcümə edənlər: Z.Bağırov; R. Şükürov
"Mübarək Ramazan ayının fəziləti və əməlləri "
Peyğəmbər buyurub: "Ey camaat, həqiqətən Allahın ayı rəhmət və bərəkətlə sizə tərəf üz tutmuşdur. Bu ay Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ayda Allah sizi öz qonaqlığına  dəvət edib və siz ilahi kəramətə şamil olmusunuz. Sizin bu ayda nəfəsləriniz təsbih savabı, yuxunuz ibadət savabı daşıyır.  Sizin bu ayda əməlləriniz və dualarınız qəbul olunmuşdur. Günahlardan və pis sifətlərdən təmizlənmiş qəlblərlə, xalis (düz) niyyətlərlə Allahdan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin.  Bu böyük ayda Allahın bağışlanmağından məhrum olan şəxs həqiqətən bədbəxtdir.
Sayfa 454 - Tərcümə edənlər: Z. Bağırov; R. Şükürov
Reklam
Həyat başımızı müxtəlif məşğuliyyətlərlə çox qatmışdır. Keçici ləzzətlərlə özümüzü elə aldadırıq ki, günün necə keçdiyinə belə diqqət etmirik. Nəticədə də həyat bizə özümüzü unutdurur. Bizi əhatə edən çoxlu maddi amillərə olan bağlılıq və etimad insanın qəlbinin dərinliklərində olan ilahi meyli kütləşdirir. Ətrafımızda olan yüksək səslər fitrətimizdə, onsuz da, zəif olan o səsi daha da eşidilməz edir.
Sayfa 261Kitabı okudu
Sən, Villi, indiyə kimi Tanrının olmadığı səadəti axtarırsan, tapmısanmı?! Sənin kimi minlərlə, milyonlarla insan bu cür səadət axtarışından əliboş qayıtmaqdadır. Bizə Allah öz ruhundan üfürüb. Ona qovuşan kimi də qəlbimiz aram olur, çünki gəldiyi yerə qayıtmış olur. İnsan həyatda istədiyi hər bir şeyə qovuşsa da, həyatında O olmadıqca heç bir şeyin mənası yoxdur. İnsan daim iztirab, gərginlik içində olacaqdır...
Sayfa 260Kitabı okudu
-Mənim adımı telefonunda necə qeyd etdiyini deməyəcəksən? -Yaxşı bir ad yazmışam. Özün axtar, görüm tapa biləcəksən? Zirənglik edib son zənglərə baxdım. Adımı “Mənim Kərbəlam” kimi qeyd etmişdi. Gülümsədim. -Qəşəngdir. Yaxşı zövqün var. Bəs niyə bu ad? -Mən Kərbəla aşiqiyəm, sən də mənim eşqimsən.
Göy üzündən tökülən milyardlarla qar dənəsi uzaqdan baxıldığında eyniymiş kimi görünsə də, hər biri digərindən fərqlidir. Uşaqlar da belədir. Doğma bacı-qardaşlar belə fərqli xarakterə sahibdirlər. Uşaqların bu fərqlilikləri nəzərə alınmadan, xarakterlərini tanımadan uşaq tərbiyəsinə girişilsə şahin xarakterli uşaq qorxaq bir qarğaya dönmə riski ilə qarşılaşır.
"Şagird uğur qazanmaq üçün dərsi sevməli, dərsi sevmək üçün müəllimi sevməli, müəllimi sevmək üçün də müəllim şagirdi sevməlidir."
Sayfa 198Kitabı okudu
Reklam
Siz kamansınız, övladlarınızı canlı ox kimi atırsınız. Oxu atan adam sonsuzluq içində aldığı nişan yerini görər və oxunu hədəfə sürətlə çatdırmaq üçün kamanı bacardığı qədər gərər. Oxu atanın belində gərildiyiniz zaman sevə-sevə gərilin. Çünki oxu atan şəxs uçan oxu sevdiyi kimi, möhkəm kamanı da sevər. Bəli, ana da, ata da zəhmət çəkə-çəkə yay olub gərilməlidir ki, uşaq daha uzaq və daha yüksək hədəflərə çata bilsin.
Sayfa 135Kitabı okudu
Uşağın ən çox ehtiyac duyduğu şey sevgi və qayğıdır. Bunlardan məhrum olan insanı heç bir maddi zənginlik doyura bilməz
Valideyn kimdirsə, nədirsə, necədirsə, uşağın duyğu-düşüncə dünyası da ona uyğun şəkillənir.
Valideynlik, uşağı kəşf etmək, onun sirli dünyasını üzə çıxarmaq və fərqli qabiliyyətlərinin parlamasına mane olan səbəbləri aradan qaldırmaqdır.
Ailədə nə yaşanırsa, uşağın duyğuları, davranışları, rəftarı, hətta siması onu əks elətdirir. Uşaqlara bir nəzər salın: anasının duyğularını, atasının davranışlarını görəcəksiniz onlarda.
Bir insanın sənə olan həqiqi münasibətini ona faydasız olanda görürsən. Artıq ehtiyacının qarşılığı səndə yoxdur; sən özün də yoxsan.
Reklam
Tanrım, mənə yardım et. Yardım et ki, ola biləcəyim qədər güclü olum, qaldıra biləcəyim yükü qaldırım, dəyişə bilməyəcəyim işləri qəbul edə bilim...
Uşaq tərbiyəsi həyat yoldaşının seçimi ilə başlayır. İnsan həyat yoldaşını seçməklə yalnız öz gələcəyini deyil, övladlarının da gələcəyini müəyyənləşdirdiyini unutmamalıdır.
Bütün insanlar bir az atəş və bir az da torpaqdan yaradılıblar. Cavan yaşda içimizdə atəş çox olar. Atəş bizi dikbaş, məğrur, şücaətli, güclü edər. Qocaldıqca atəş azalar, torpaq artar. Bir az çapıqlarla, bir az qırışlarla müdriklik və səbr gələr. Atəş torpağa tabedir. Onu üstünə torpaq tökməklə söndürərlər. Torpaq içimizə tam dolandan sonra atəş sönər. Gücümüz gedər və torpaq bizi tərk edər. Torpağa basdırarlar və ona qarışarıq.