Puan vermedi·160 syf.··
2026 26. kitabı
Salam Qədirzadə - "Su pərisi Mariana" İlk növbədə onu deyim ki, yazıçının bu səmimi, şirin və insanı kitaba bağlayan qələminə aşiqəm. Bu günə qədər oxuduğum hər bir kitabını bəyənmişəm və hər birinin məndə ayrı yeri var. İkinci növbədə, "Xan nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. İnsanda oxumağa həvəs yaradır. Kitab iki hissədən - "Haram pul" hekayəsi və "Su pərisi Mariana" adlı romandan ibarətdir. "Haram pul" - həcmi kiçik olsa da, mənası böyük bir hekayədir. Yazıçı burada tamahın, pul hərisliyinin insanı necə uçuruma apara biləcəyini çox gözəl izah edib. İnsan əlindəkinin qədrini bilməyib, ayağını yorğanına görə uzatmayanda həyatını necə məhv edə bilərmiş, bunu bu kiçik hekayədə aydın görürük. Və vicdan məhkəməsi - yazıçı hekayə ilə deyir ki, dünyada insanın öz içindəki məhkəmədən daha böyük bir məhkəmə yoxdur. O vicdanın səsi bir dəfə gəlməyə başladımı, onu susdurmaq üçün mütləq doğru qərarlar verməlisən. Düşündürücü və maraqlı bir hekayə idi. "Su pərisi Mariana" - Leandra və Mariananın qarışığı sevgi hekayəsindən bəhs edir. Qarışıq olmasının əsas səbəbi isə mühakimələrdir. Mən ümumiyyətlə nəyisə tam bilmədən, beynində uydurduqlarına inanan insan tiplərindən uzağam. Çünki belə insanlar öz beyinlərindəkilərlə gözəl olan nə varsa - dostluğu, sevgini, münasibəti məhv edirlər. Leandra da Marianaya qarşı qərəzli rəftar göstərib, sevgisi uğrunda lazımi addımları atmır. Romanın düşündürücü tərəfi isə cəmiyyətin insan üzərindəki təsiridir. Elə bir millətik ki, nə etsək də, bir qulp qoşacaqlar. Mariananın sənəti ətraf mühit tərəfindən pis qarşılanırdı və hər kəs bu sevginin əleyhinə idi. Həmçinin yazıçı Mariana obrazı üzərindən pulun insan həyatında necə önəmli, hətta bəzən vazkeçilməz bir vasitə olduğunu göstərib. İnsanın pul üçün nələrdən
1000Kitap
Su Pərisi MarianaSalam Qadirzade · Xan Nəşriyyatı · 202415 okunma
Oxumalısan!
Puan vermedi·264 syf.··
2026 1. kitabı
Nələrdən bixəbər imişik?! Oxuduqca nələrdən təcrid olduğumuzu, Rəsulumuz (s.a.v) yaşadığının çox kiçik hissəsini belə yaşamayıb amma daima şikayət, narazılıq və çətinlikdən danışmağımızın rişxəndə layiq bir hal olduğunu anladım. Səbr, təmkin, ədalət, əxlaq və neçə bundan daha çox üstün keyfiyyətləri özündə birləşdirən bir liderin həyatını hər kəs öyrənməlidir, ən azından hüzur və doğru yaşam axtarışında olanlar… Hər hərəkət mi ibrətəlayiq olar? Oxuduqca yalnız heyranlıq və ürək titrəməsi hissinə qapıldım. Mütləq oxunmalı kitablar siyahınıza əlavə etməyinizi çox istərəm.
Herkes İçin Siyer - Mekke DönemiMuhammed Emin Yıldırım · Profil Kitap · 20214,127 okunma
Reklam
Puan vermedi
Kitabda XIII əsrin əvvəllərində Naxçıvan hakimi olmuş Məlikə Cəlaliyyənin həyatı fonunda dövrün keşməkeşli hadisələri canlandırılır. Atabəylər dövlətinin ikinci hökmdarı Atabəy Məhəmməd Cahan Pəhləvanın qızı Cəlaliyyənin vətəni, torpağı qorumaq yolunda nələrdən keçdiyi diqqətə çatdırılır. Əsərdə real tarixi şəxsiyyətlərin - Xarəzmşah Cəlaləddinin, Qızıl Arslanın, Nizami Gəncəvinin və başqalarının bədii-psixoloji obrazı uğurla işlənmişdir.
CəlaliyyəƏzizə Cəfərzadə · MIMTA Yayımları · 202412 okunma
Puan vermedi·192 syf.··
2024 6. kitabı
MÜTLƏQ OXUYUN! Gündəlik həyatda rast gəldiyimiz problemləri çox sadə dillə qələmə alan Bertrand Russell insanların zəif nöqtələrini addım-addım izah edir. Xoşbəxt olmaq üçün nələrdən vaz keçməli və nələrə əsaslanmalı olduğunu anlatır. Müəllif fikirlərini bildirdikcə, bu oxuyucuda davamlı qeydlər alma istəyi oyandırır. Ən bəsit cümlə belə insanda fərqli aspektlər və yeni üfüqlər yaradır. Can sıxıntısı, qorxu, günahkarlıq hissi və daha nə qədər məqamlara toxunaraq diqqəti cəlb edir. Son olaraq, deyə bilərəm ki, sevdiyim kitablar arasında ilk sıranı ələ alan əsərlərdən biri oldu. Real həyatda referans alacağım bir kitab olacaq və bundan hər kəsin faydalanması böyük bir kütlə üçün doğru seçim olar.
Mutlu Olma SanatıBertrand Russell · Say Yayınları · 20135,1bin okunma
9/10
·490 syf.··
2024 113. kitabı
·
7 günde okudu
·
Okunma: 31 Mayıs 2024 11:11
Ah Martin... Çox təsirli bir roman idi. Roman mənə görə insanların bütün iç üzünü açır. İnsanların şöhrətə, pula görə nələrdən keçəcəyini göstərir. Bu romanı oxuyanda bir söz yadıma düşdü: "Dünya həssas qəlblər üçün cəhənnəmdir..." Həqiqətəndə belədir. Martin istədiyi heç vaxt şöhrət deyildi. O dəyər görmək istəyirdi. Öz sənətinə, yazdıqlarına dəyər verilməsini istəyirdi. Bunu isə heç kim etmirdi. Şöhrət tapdıqdan sonra yanında olan insanlara kömək etməsi onun necə də incə düşünən insan olduğunu göstərir. Sonunun belə bitməyi məni sevindirdi. Çünki Martin davam etsəydi, bu dünyanın çirkablarında məhv olacaqdı.
Hayat ve İnsan
Martin İdenJack London · TEAS Press · 0134,9bin okunma
Her kadının bir ‘Arayış’ hikayesi mutlaka vardır
8/10
·64 syf.··
2024 21. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Mayıs 2024 19:10
~ tapdım səniii Salomè :) • ‘ Hər qadının həyatda öz ‘Arayışlar’ı olmayıbmı ? Nietzsche Ağladığında əsərində də adı keçən, Freydin dostu və Nitsşe’nin evlilik təklifi edib, ancaq rədd cavabı aldığı həmin xanımdır Salomè. Həyatı boyu öz seçdiyi həyatı yaşamağı sevən xanımlardan biri də, məhz Lou Andreas Salomè olub. Elə kitaba da bunu o qədər gözəl şəkildə yansıdıb ki.. Bəzən insanların harda və necə həyat yaşadıqlarına baxmayaraq yenə də ortaq hüzünlərdə bir araya gəldiklərini görə bilərik. Kitab haqqında çox şey yazmayacağam, amma onu deyim ki, Salomè’ni bir az araşdırın; hansı düşüncənin tərəfdarı olub? Həyatda ən çox nələrə bütün içdənliyi ilə inanıb? Bütün həyat fəaliyyətinin çox qismi nələrdən ibarətdir? Və bu kimi suallara cavab tapdıqdan sonra mütaliə etməyinizi tövsiyə edirəm. Əslində nə demək istədiyimi, zənnimcə, Nietzsche Ağladığında “ əsərini oxuyanlar bildi artıq :) Dostlar, 1:0 öndəyik Sevərək oxuduğum kitablardan oldu Arayışlar Və mütləq ki, digər kitablarını da mütaliə edəcəm.
Edebiyat
ArayışlarLou Andreas-Salomé · Türkiye İş Bankası Kültür Yayınları · 202411,9bin okunma
Reklam
Reklam