-Yox, vallah, heç mənim ağlım yoxdu. Hara gedirəm, kiminlə gedirəm.
-Nədir, yoxsa peşman olmusan?
-Peşman olmusan da sözdür?! Heç bilmirəm sənin nəyinə aldanmışam. Gözəlliyin yox, savadın yox, özün də xuliqan. Hələ üstəlik adam soymağın da varmış. Tapançan da var?
-Var.
-Doğrudan?
-Əlbəttə.
-Onu neynirsən?
-Lazım olar da.
-Ora çatan kimi tullayarsan.
-Baş üstə.
-Bir də səndən "öldürərəm", "vuraram", "kəsərəm" eşitməyim. Hər şey qurtardı. Bakı ilə də qurtardıq, dava ilə də. Eşitdin?
-Eşitdim.
-Sabah Kislovodskidən mənə morojna alarsan?
-Hə, alaram.
-Lap çox?
-Lap çox.
-Bərk qucaqla məni...
Yavaş-yavaş ötür yaşım...
Və getdikcə durulur
avar çəkməyə açılan qolları
qucaq sanmaq aldanışım.
Amma hələ də içimdə
dənizdə boğulmuş adamın meyitini
suyun üzərinə çıxaran həyat eşqi var.
Sənsə gözünün qırağıyla
əlindən buraxdığın adamın arxasınca baxırsan
havaya şar buraxan bir uşaq marağıyla...
Salam Sarvan