"Gəmi batmağa başlayır, ər və arvad xilas olmaq üçün gəminin ehtiyat qayığına minməyə tələsirlər, lakin əfsuslar olsun ki, qayıqda cəmi bir nəfər üçün yer qalmış olur. Kişi qayığa özü minir və arvadının okeanda batmasına çarəsiz olaraq tamaşa edir. Qadın okeanın onu udmasına az qalmış çığıraraq kişiyə həyatda son kəlməsini işlədir" - beləcə ədəbiyyat müəllimi dərsə başladı. O, sinifdə oturan uşaqlardan soruşdu:
- Necə bilirsiniz, qadın son kəlməsində nə dedi?
Sinifdə uşaqların əksəriyyəti "Mən sənə nifrət edirəm", "Mən necə də kor olmuşam, səni tanımamışam" - cavabını verdilər.
Bütün sinif müxtəlif cavablarla qaynaşırdı.
Birdən müəllimin diqqətini sakit oturmuş şagird oğlan cəlb edir və ona yaxınlaşıb soruşur:
- Bəs sən necə fikirləşirsən, qadının kişiyə son sözü nə olar?
- Mənim fikrimcə, qadın kişiyə "uşağımıza yaxşı bax, onu qoru" demiş olar.
- Sən bu əhvalatı bilirsən?
- Xeyr, mənim anam da dünyasını dəyişərkən atama belə vəsiyyət etmişdi.
- Bəli, bu doğru cavabdır - deyərək müəllim qürurlandı.
Və beləcə gəmi batdı. Kişi evinə qayıtdı və yeganə qızını təkbaşına böyütməyə başladı. Uzun illər keçdi. Kişi də yaşlanıb dünyasını dəyişdi. Bir gün atasının əşyalarını yerbəyer edəndə qız bir məktuba rast gəldi:
"Biz səyahətə gedəndə, ona artıq çox ciddi diaqnoz qoyulmuşdu. Yaşaması üçün az bir vaxt qalmışdı, onun yerinə mən batmaq istərdim, amma qızıma görə məcbur qaldım, bunu edə bilmədim. Tək bacardığım onu okeana yola salmaq oldu."
Bütün sinif susurdu. Uşaqların balaca gözlərindən oxunurdu ki, bu əhvalat onlara necə təsir edib. Bu gün onlar başa düşdülər ki, ilk görünüş, ilk təəssürat səhv ola bilirmiş...
-Büyük adam geldi.. Ben küçükleşir miyim?
- Küçükleşipleşmemek sana bağlıdır.
- Beni büyükleştirir mi?
- Büyükleşipleşmemek sana bağlıdır.
- Peki! Onun Büyük adamlığı neresinde?
-- Seni böyle düşündürmesinde ilkin.
Ne kadar acele edersen,o kadar geç kalırsın.Acelecilik bir aldatmacadır.Bir tuzaktır. Her şeyin bir zamanı vardır. İyi işler demlenmek ister. Kâmil insan olmanın temelinde de bu olgunluk vardır.Dem' demek, bilgelik demektir.