Oxumağa başlayandan bəri digər kitablarında olduğu kimi qəlbimdə dərin iz buraxacağını hiss etmişdim. Amma bu dəfə oxumaq daha çətin gəldi mənə , Yusufun bəzi hiss etdiklərinin eynisini hiss etdiyim bir vəziyyətdəyəmmiş kimi gəlirdi. Bəzən Yusuf mən də sənin kimiyəm, özümü heç yerdə tapa bilmirəm deyə yüksək səslə demək gəlirdi içimdən.. Bəlkə bu idi onu sevməmin, müdafiə etməmin tək səbəbi...
Yusuf ,yaşadıqların heç asan olmadı , bəlkə də acılarını belə güclü görünmək üçün ürəyinə basdırdığın üçün idi , düşdüyün vəziyyət. Özünü tapa bilməmək ,həyata,insanlara belə yovuşmazlığın. Ağlamaq istəyib,ağlaya bilmədiyin üçün belə olmuşdun..
Düşündüm, etdiklərinin çoxu yanlış idi ,kaş etməsəydin,belə bitməsə idi..
Amma səni qınamayacam ,çünki sən hələ uşaq ikən bu həyata qarşı vuruşmağa çalışmısan.Bir yerdən sonra Sabahattin bəyin dediyi sözlərə qulaq asdı ,amma nə edəcəyini bilmədiyi üçün ..
Sonu yaxşı bitməsə də atalığının dediyi :"İnsan dediğin varlık hiç bir şeyi değişdiremez"fikri ilə yaşamağa vadar oldu. Əvvəlkindən tək fərqi bir insanı dinləməyi oldu.
Sabahattin beyin səni ailəsindən biri kimi böyütməyi,amma onun da içdən -içə ailəsinə qarşı soyuq olması çox hiss etdim özünü onun belə etməyindən sonra daha yad hiss edişini..
Muazzez ilə böyüdün sən, o sənə qardaş dedi ,amma sonra olanlar ,məni heyrətləndirdi doğrusu. Bəlkə də( yenə sənə haqq qazandırmaq istəyirəm)) hər ikinizin hissləri ,aranızda olan bağ ata ,ana sevgisindən məhrum olmağınız idi.
Sənin atan,anan ölmüşdü ən azından, amma onun valideynləri ətrafında olan yaşayan ölülərdən fərqlənmirdilər..
Hələ 15 yaşında olan məsum qızcığaz o sevgini səndə tapmışdı,yəqin ki sən də onda.
Şahindenin pul düşkünü olduğu, mülk üçün öz namusundan, qürurundan da keçdiyini hələ ilk başlardan görürdüm,amma o çətin