Bu kitabın rastıma çox çıxmasına baxmayaraq əsla oxumağı düşündürəcək qədər diqqət və marağımı çəkmirdi. Kitabı almaq məqsədimdə çox fərqli idi. Başqa bir məqsəd ilə kitab oxumağa vaxtım olmasada kitabxanama əlavə etmək qərarı almışdım ta ki, oxuyana qədər. Çox bəyəndim, gedişat, məzmun, obrazlar möhtəşəm idi. Oxuduqca Rihaba qəzəblənir istər istəməz vücudumda olan nifrəti hiss edirdim lakin Həsanat və Mustafanın rəftar və davranışları bəzi mühüm mövzuları yadıma saldı, ibrət oldu. Mustafanın cavabları da etiqadımı möhkəmləndirməyimə kömək etdi.
Hər nizamlı olanın bir nizamlayana ehtiyacı var, hər hikmət bir hikmətli olanın nişanəsidir, elmi və gözəlliyi isə alim və gözəl olmayandan başqası izah edə bilməz.
Hiss üzvləri idrakı asanlaşdırma vasitələrindən başqa bir şey deyil. Təkcə ağıldır ki, onu mücərrədləşdirib, həqiqətə varır. Buna görə də görürük ki, bir sıra həqiqətlər hiss üzvləri vasitəsiylə dərk olunmadıqları halda, onların mövcudluğu barədə heç bir mübahisə yoxdur.