Ölsəm... bağışla
Yenə yazdı doldurub qələmi xatirələrlə Acı sözlərim dəyərdi xətrinə hərdən Sənsə gülüb keçərdin İndi elə ağrıdır ki özləmin, görən, ölsəm, keçərmi? Zülfü qızıl-sarı qadın Şəhriyarın qəzəli, Müşfiqin tarı qadın Yarı mələk, yarı qadın Mənə gedənlərin yadigarı qadın Unudacaqsanmı məni, bağlanacaqmı yaralar? Ömürdən bahar keçər, xatirələr saralar Qış qonaq gələr, qapını şaxta kəsər Sənin o qızıl hörüklərin ağ qar olar Mən kimə yar olaram, sənə kim yar olar? Küçələr mənə düşmən, bu şəhər mənə dar olar Qoparar məni səndən gedən o son qatar Bu nəğmələr sənə məndən yadigar qalar youtu.be/H7d7dhbv7HE?si=...
Müzik
Bu şəhər nə yaman tozlu şəhərdir, Burdakı hər kəsin üzəri tozdur. Nədən ağ adamlar görünmür gözə? Nədən adamların hamısı bozdur. Fəsillər dəyişib xarakterini, Yağır bu şəhərə, qara qar yağır. Bu şəhər gülməyi unudub sanki, Hamının üzündən zəhirmar yağır. #Elvinİlqaroğlu
Şiir
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Günahkar yerlərə məsum qar yağır, Utanır, əriyir qar, yerdə qalmır, Xəcalətlə düşür, hey ağır-ağır, Bürüyür onu da ar, yerdə qalmır, Çevrilir suya ki, yusun yer üzün, Bəlkə apara bu ləkənin izin, Sürünür yerlərdə dizin-bə-dizin, Qərar tuta bilmir, bir yerdə qalmır, Rəssamın çəkdiyi cizği kimidir, Üzü buz bağlayıb, güzgü kimidir, Bəzi ürəklərdə sevgi kimidir, Hər yerə yağsa da hər yerdə qalmır. Axund Azer
Musa Yaqub
Sənin ki qar qədər bəyazlığın var, bağışlamaq olar soyuqluğunu...
Ata
Necə bir qüvvədir, İlahi, ata? Yaratdın uca bir çinar atanı. Dünəndən düşünər sabahı ata, Kim edə bilər ki, inkar atanı? Bu necə qüvvədir, bu necə əzim? Bu necə səbirdir, bu necə dözüm? Durar arxamızda dağ kimi bizim, Etdin hansı dağa oxşar atanı? Olmaz bir qüvvədən zərrə qorxusu, Bir səhər dincliyi, axşam yuxusu. Övlad gələcəyi, övlad qayğısı Qayğılar buraxmaz bekar atanı. Düzər dərdlərini təsbeyə bir-bir, Çəkər hər dəqiqə, saniyə bir-bir. “Etmərəm” dediyi hər şeyə bir-bir, Ehtiyac eyləyər vadar atanı. Beynində o qədər problem tutar, Səhər yediyini axşam unudar. Atanı problem, fikir soyudar, Soyutmaz nə soyuq, nə qar atanı.
Şiir
Hamıdan gözel menem
Çok güzel parça.. Dağlarda qar sevərlər, ağacda bar sevərlər Özünə çox güvənmə üstünə yar sevərlər. open.spotify.com/track/2gJg7uakc...
Müzik