8/10
·96 syf.··
Beğendi
·
2026 9. kitabı
Bu əsər Tolstoyun aristokrat həyatından imtina etdiyi, kəndli kimi yaşamağa başladığı və dini-fəlsəfi axtarışlara qərq olduğu dövrdə yazılıb...Hekayənin girişində İncildən gətirilən sitatlar təsadüfi deyil. Tolstoy burada "Tanrı sevgidir" fəlsəfəsini təbliğ edir. Mixailin (mələyin) cəzalandırılaraq yer üzünə göndərilməsi, əslində bir növ "tərbiyəvi" cəzadır. O, insan həyatının çətinliklərini şəxsən yaşayaraq, insanların bir-birinə necə möhtac olduğunu öyrənir.İnsan nə ilə yaşayır? ​ İnsan sevgi ilə yaşayır. Tolstoyun gəldiyi qənaət budur ki, insan özü üçün qayğı çəkdiyi üçün deyil, başqalarının qəlbindəki sevgi sayəsində ayaqda qalır. Bir körpəni yaşadan yalnız süd deyil, ona göstərilən sevgidir... Bizi yaşadan topladığımız mal-dövlət deyil, bir-birimizə bağlandığımız görünməz mənəvi bağlardır... Həyatda ən böyük zənginlik planlarımızda deyil, vicdanımızdadır. Tolstoy deyir: "Həyatın mənası özünü doyurmaqda deyil, başqasının acısını hiss edə bilməkdədir." Əgər bu gün hələ də nəfəs alırıqsa, bu, haradasa kiminsə bizə olan sevgisi sayəsindədir..
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234,5bin okunma
5/10
·296 syf.··
2026 3. kitabı
Ümumən mən belə başa düşdüm ki, kitab bizə bir növ onu deməyə çalışır ki, bəzi alınmayan şeylər əslində bizim üçün xeyirli olmadığı üçün də alınmamış ola bilər, bunu da Noranın peşmançılıqlar kitabında görə billirik( sevgilisi ilə kiçik bir kənddə bar açması, üzgüçülük üzrə olimpiadalarda uğurlu olması və ya musiqi qrupundaki şöhrəti və,s) Amma ümumən kitabda hadisələr çox monoto n təsvir olunub,bir yerrən sonra sıxıcı gəlməyə başladı. -Noranın seçimləri ailə təzyiqinin nəticəsidir? Yoxsa böyüsə belə özünü təsdiqə ehtiyac duyardi? Əsərdə ailə təzyiqi olsa da Nora üzgüçülük arxasiyca getmir amma bunun peşmançılığını da çəkir həmişə, məncə Noranın daim özünü təsdiqə ehtiyac duyması ailəsi tərəfindən ikinci plana atılan və görülməyən uşaq olmasi ilə əlaqəlidir, əgər məcazi mənada desək , sevgi, qayğı, diqqət depoları doldurulsaydi, özünü təsdiqə ehtiyac duymayacaqdı. Bir sözlə, kitab bizə həm ailənin bir şəxsiyyətin formalaşmasında bünövrə olduğuna toxunur, həm də dünyada ömrümüz yetdiyi qədər özümüzü sınamağa vaxtımız olduğuna işarə edir.
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,7bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
8/10
·240 syf.··
2026 19. kitabı
·
7 günde okudu
·
Okunma: 15 Şubat 2026 23:12
Bu kitab sevginin sadəcə hiss olmadığını, öyrənilən və məşq edilən bir bacarıq olduğunu deyir. Fromm sevgi növlərini izah edir:ana sevgisi,qardaşlıq sevgisi, romantik sevgi,özünü sevmək,Tanrı sevgisi Sevmək üçün insanın məsuliyyət, qayğı, hörmət və tanıma bacarığı olmalıdır. Təkcə “məni sevsinlər” yox, “mən necə sevməyi bacarıram?” sualı ön plandadır. Tək qalmaq qorxusu, yanlış bağlanma, asılı münasibətlər də tənqid olunur.Eqoist ,alturist,narsist ,orgiastik davranişlardan behs edilir
Sevmək sənətiErich Fromm · Qanun Nəşriyyatı · 07,9bin okunma
Elxan Elatlı '' Ölüm Ağacının Kölgəsində''
2/10
·300 syf.·
2026 2. kitabı
Ə.S da oxuduğum kitablar. Kitab 2 - Elxan Elatlı '' Ölüm Ağacının Kölgəsində'' kitabının təhlili. Müəllifin yaradıcılığına olan münasibətim bilinəndir fəqət bir daha üzərindən keçsək bu əsərdə ədəbiyyat adına heç nə yoxdur.Kitabın sujet xətti hardasa maraqlıdır fəqət bədii təsvir və ifadə vasitələri çox zəif , bunun yanında niyə yazıldığı məlum olmayan lazımsız cinsəl ifadələr və təsvirlər , kitabı dözülməz edir. Müsbət nəsə yoxdur demək də əslində yanlışdır çünki baxdıqda kitabdaki vətənə xidmət və ona olan bağlılıq , anaya sevgi , qayğı , həyatın müvəqqətiliyi və ağırlığı yenə country's community tərkibindəki qarışıqlıqlar insanda müəyyən sorğulamalar yaratmağı bacarır...Yenədə kitab məncə çox zəif idi sujet xətti maraqlı olsa da mövzusu insanda təəccüb doğursa da yenə də bəyəniləcək kimi deyildi...
Ölüm Ağacının KölgəsindəElhan Elatlı · Elgün Nəşriyyat · 2017319 okunma
8/10
·400 syf.··
2026 4. kitabı
·
9 günde okudu
·
Okunma: 06 Ocak 2026 07:54
Bu kitabı 3 il öncə yarımçıq buraxmışdım. Çünki, kitab cütlüklər üçün nəzərdə tutulub. Artıq kitabı oxuyub analiz etməyə özümü hazır hiss etdiyimdən yenidən qayıdıb başdan oxudum. Kitabın əvvəllərində müəllif özünü bir az çox tərifləyir və sonrakı hissələrdə isə bəzi mövzular yersiz uzadılıb, amma ardıcıllıq, nizam qorunur və kitab axıcıdır, oxucunu yormur. Əsərdə yer alan mövzuları, müəllifin çatdırmaq istədiyi fikir və tövsiyələri çalışdım ki, kompakt şəkildə ifadə edim. Fikrimcə, bu kitab cütlüklərin oxumalı olduğu kitabdır. Çünki, müəllifin toxunduğu problemlər, əksər münasibətlərdə yaşanan situasiyalardır. Qarşı tərəfin ehtiyac və istəklərini başa düşmək, problemlərin mahiyyətindən xəbərdar olmaq və eyni səhvləri təkrarlamamaq üçün kitabın faydalı ola biləcəyini düşünürəm. Bu kitab problemli vəziyyətlərdə kişi və qadının bir-birindən qaçmaması, əksinə, onların bir-birini anlaması və qəbul etməsini öyrətməyə çalışır. Müəllif deyir ki, qadın dərdini və ya hansısa bir problemini kişiylə ona görə bölüşmür ki, kişi ona məsləhətlər versin, yaxud həll yolları təklif etsin. Qadın kişiyə ürəyini açarkən, onu dərdinə şərik etmək istəyərkən sadəcə kişinin ona diqqət etməsini, can yandırmasını və qayğısını istəyir. Qadına yüngülləşmək üçün ürəyini boşaltması lazımdır. Bu vəziyyətdə ediləcək ən yaxşı hərəkət qadını dinləməkdir ki, qadın bununla özünü xoşbəxt hiss edəcək. Əslində bu, kişi üçün çox sadə və asan bir davranışdır. Sadəcə kişilər çoxu bunu anlamır. Çünki, qadını dərdli görəndə kişi ona xoşbəxt hiss etdirə bilmədiyi üçün həm də özünü günahkar görür. Belə olan halda qadını dinləmək kişi üçün psixoloji yükə, hətta işgəncəyə çevrilir. Həmçinin, kitabda kişilərin qadınlarla münasibətlərdə gah uzaqlaşmaları, gah yaxınlaşmaları, qadınların isə özünü və başqasını sevmək
Psikoloji
Kişilər Marsdan, Qadınlar VeneradandırJohn Gray · Qanun Nəşriyyatı · 20154,504 okunma
10/10
·110 syf.··
2025 33. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Aralık 2025 18:43
Məncə İvan İlyiçin Ölümü sadəcə bir insanın fiziki ölümü haqqında deyil. Bu əsər daha çox ruhun necə tədricən öldüyünü göstərir. İvan İlyiç cəmiyyətin qəbul etdiyi “düzgün” həyatı yaşayır: yaxşı iş, hörmətli mövqe, uyğun evlilik. Amma bütün bunların içində onun həyatı mənasız və boş görünür. Əsəri oxuyarkən məni ən çox təsirləndirən məqam İvan İlyiçin xəstəliyi ilə birlikdə yalnız qalması oldu. Ətrafındakı insanlar onun ağrısını yox, öz rahatlıqlarını düşünürlər. Hətta ailəsi belə onun ölümünü bir yük kimi görür. Bu isə göstərir ki, sevgi və səmimiyyət üzərində qurulmayan münasibətlər çətin anda tamamilə dağılır. Mənim fikrimcə, İvan İlyiçin ən böyük faciəsi ölməsi yox, ölümə qədər heç vaxt həqiqi yaşamamış olmasıdır. O, yalnız sona yaxın anlayır ki, yaşadığı həyat başqalarının gözündə “düzgün” olub, amma öz ruhu üçün yalan olub. Gerasim obrazı isə bu yalan həyatın fonunda saflığı və insanlığı təmsil edir. səmimi qayğı, qorxmadan həqiqəti qəbul etmək. Əsərin sonu mənə həm kədərli, həm də düşündürücü gəldi. Çünki Tolstoy göstərir ki, insan həqiqəti çox gec anlasa belə, bu anlayış onu daxili bir işığa çıxara bilər. Amma sual açıq qalır. bu anlayış üçün ölümə bu qədər yaxınlaşmaq lazımdırmı? Məncə bu əsər oxucuya səssizcə belə deyir: “Başqalarının gözündə düzgün görünən bir həyat, sənin üçün mənasız ola bilər.”
Düşünce
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261,2bin okunma