Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
206 syf.
9/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Ayrı-ayrı dünyaların insanları olan Əli xan və Nino Kipiani. Aralarındakı məhəbbət, onlara mane olan adət ənənə, və başlarının üzərini alan siyasi bəlalar. Azərbaycanın çətin günlərində yaşanmış bir eşq hekayəsidir bu. Həqiqətən də gözəl əsərdir. Müəllif mübahisəli olsa da nəyə görəsə mən kitabın müəllifinin Qurban Səid olduğuna inanıram. Burada isə Yusif Vəzir Çəmənzəminli kimi qeyd olunub. Hər halda çox təsirli və gözəl əsərdir.
Ali ve Nino
Ali ve NinoYusuf Vezir Çemenzeminli · Kaknüs Yayınları · 2005581 okunma
©Qurban Səid _ Əli və Nino
- ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın vəzifələrini bir daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə yaşayırıq. Məhv olmamaq və ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mütləq qorumalıyıq. Oğlum ibadəti unutma, içki içmə, tanımadığın qadınlarla durub oturma, yoxsullara və zəiflərə mərhəmət göstər. Haqq din uğrunda da daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can versən, bu mən qocanı ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm. Düşmənlərini heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki sabahını düşünən adam ürəkli olmaz. Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik təməllərini heç bir vaxt unutma”. Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam ayağa qalxdı, əlimdən tutdu və birdən-birə titrək və boğuq bir səslə dedi: - Sənə yalvarıram: siyasətlə məşğul olma! Nə istəyirsən elə, amma siyasətə qarışma. Atamın bu istəyini yerinə yetirəcəyimə əmin idim. Çünki siyasət məndən çox uzaq idi. Nino isə, fikrimcə, siyasi bir problem deyildi....
Reklam
- Nino, mənim heç vaxt hərəmxanam olmayacaq. Heç vaxt. - Amma yəqin ki, arvadını çadra taxmağa məcbur edəcəksən. - Ola bilər, yaşayarıq görərik. Çadra-faydalı şeydir. O, gündən, tozdan və yad baxışlardan qoruyur. - Əli, sən həmişə asiyalı olaraq qalacaqsan. Yad baxışların sənə nə maneəçiliyi var ki? Qadın bəyənilmək istəyir. - Qadın yalnız öz ərinin xoşuna gəlməyi istəməlidir. Açıq üz, çılpaq kürək, yarıörtülü sinə, füsunkar ayaqlarda şəffaf corablar-bütün bunlar, qadının yerinə yetirməsi gərəkən vədlərdir. Bunları görən kişi daha çox arzulayır. Və ona görə kişilərdə belə istəklər yaranmasın deyə, qadın çadra taxmalıdır. Qurban Səid "Əli və Nino"
288 syf.
7/10 puan verdi
·
7 günde okudu
bu bir kitab təhlili deyil.
Mən kitabı oxumağa ilk başladığımda təhlil yazmaq üçün tələsmək istədim, çünki kitabda məni narahat edən bir şey var idi. Kitabı irəlilədikdə gördüm ki bu narahatlıq kitabdan asılı deyil, obrazlardan da deyil, əsərin süjetindən də, mövzusundan da deyil. Sonra anladım ki, (ya da mənə belə təsir edib) narahatlıq Qurban Səidin kitabdakı fikirlərindən yaranır. Bəzi şeylərə qərəzimi var nə, dalbadal qaralayır, ya da bəyəndiyi bir şeyin qəşəng olduğunu isbat etməyə çalışır sanki. Bu mənə də təsir etdi bir yerdən sonra mənim gözümə ‘Qurban Səid buna da mı elə yanaşıb yazıb’ pərdəsi düşdü. Bəzi məqamlarda o sevmir deyə doğru şeyi yanlış bünövrəylə pismiş kimi aşılayırdı. Bunlar əsas qərəz yaratdı zatən, sonra isə “yaxşı ki davam etmişəm” dedim. Ciddən oxumağa dəyər əsər idi. (bura biraz təhlilə oxşaya bilər, biraz) Əsər içində millət fərqinin fəsadları ilə yanışı, Əlinin və Ninonun təcəssümündə, əslində, ‘istəsəniz olar’ı göstərdi, çox da qəşəng göstərdi. Əlinin belə dövlətpərəst olmasına baxmayaraq, ən ağır vaxtlarda da Ninonu anlayırdı. Bir də ən sevdiyim yerlərdən biri də Azərbaycan müstəqilliyinin itirilməsinin əsas səbəbinin meyar elm və ağıl, düşüncə olmasması olduğunu, hər kəsin ‘şəxsi’ fikrinin müdafiyəsinə qalxması və ‘azadlıq’dan süstləşməsi olduğu çox qəşəng əsk etdirən rollar var idi. (daha danışasım var , amma yenə çox oldu)
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,472 okunma
240 syf.
·
Puan vermedi
·
13 günde okudu
Əsərdə sevgi mövzusuna yer verilsə də , ayrı- ayrı mədəniyyətlərə məxsus iki gəncin dünyalarından, düşüncə və iradələrindən də bəhs edir. Fərqli yaşam tərzlərinə və dinə malik olsalar da, daima birlikdə olmağa ümid etmişdirlər.. Qurban Səid, bir çox millətlərin əsas xüsusiyyətlərini aydın şəkildə bildirmişdir. Müsəlman ölkələrindən İran və Azərbaycanın mədəniyyət fərqlərini görməklə yanaşı , həmin müstəvidə xristian mədəniyyətinin fərqlərini də əsər boyu aydın hiss edirik. Əsər boyu  Əlinin dövrün kişilərinin qayda- qanunlarını Nino üçün görməzdən gəlməsi oldu. Hər iki gəncin yaşam qanunları fərqli olsa da, onlar bir ortaq nöqtədə birləşməyi bacarırdılar. « Biz isə yad deyilik və heç zaman da olmarıq. Məni həmişə sevəcəksənmi, Əli xan? » - “ Əlbəttə, Nino. ” Əsəri tez bitirmədim, çünki necə bitəcəyi məni qorxudurdu. Çünki, oxumasam hicran hissini duymayacağımı düşünürdüm... Mütləq oxuyun .
Ali ve Nino
Ali ve NinoKurban Said · Everest Yayınları · 20042,472 okunma
Bu il müxtəlif mövzuda kitablar oxudum; Klassik əsər, öz yazıçılarımızdan, avtobioqrafiq tərzli, araşdırma tipli, yapon müəlliflərinə aid 3 əsər, distopiq roman. Lakin bu il, mütaliəmə yalnız 12 kitab sığdıra bildim təəssüf.. 1-"Rüya bekleyen adam" Filiz Özdem 2-"Kendi gecesinde" İnci Aral 3-"Çocukluğun soğuk geceleri" Tezer Özlü 4-"Əli ve Nino" Qurban Səid 5-"Qızlar bulağı" Y.V.Çəmənzəminli 6-"Antik fəlsəfə tarixi" Aydın Əlizadə 7-"Madam Bovary" G. Flaubert 8-"Cesur yeni dünya" Aldou Huxley 9-"Kader üzerine" Cicero 10-"Sərhəddən cənubda, günəşdən qərbdə" Haruki Murakami 11-"İnsanlığımı yitirirken" Osai Dazai 12-" Cam kapının ardı" Natsume Soseki Buna baxmayaraq daha çox kitab ala bildim. Tədarükümü gördüm bir az)))
Reklam
288 syf.
·
Puan vermedi
Əli xan, sən mənim gözlərimi, burnumu, saçlarımı sevirsən, lakin sən bir şeyi yaddan çıxardırsan. O da mənim ruhumdur. İndi de görək, sən mənim ruhumu da sevirsənmi? Əli və Nino, Qurban Səid.
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,472 okunma
288 syf.
9/10 puan verdi
·
Beğendi
·
44 günde okudu
Yalqız şəhərin yalqız insanları
Ədəbiyyatımızın parlayan ulduzu -
Əli və Nino
Əli və Nino
Avropanın və Asiyanın kiçik "oyuncağı" - Bakının və bütövlükdə Azərbaycanın Dünya müharibəsindən Sovet işğalına kimi tarixindən və çətinliklərin əngəl ola bilmədiyi böyük eşqin - Əli və Ninonun məhəbbətindən bəhs edir. "Əli və Nino" bizə milli kimliyimizi xatırlatmaqla birlikdə,
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,472 okunma
20 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.