Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
288 syf.
7/10 puan verdi
·
7 günde okudu
bu bir kitab təhlili deyil.
Mən kitabı oxumağa ilk başladığımda təhlil yazmaq üçün tələsmək istədim, çünki kitabda məni narahat edən bir şey var idi. Kitabı irəlilədikdə gördüm ki bu narahatlıq kitabdan asılı deyil, obrazlardan da deyil, əsərin süjetindən də, mövzusundan da deyil. Sonra anladım ki, (ya da mənə belə təsir edib) narahatlıq Qurban Səidin kitabdakı fikirlərindən yaranır. Bəzi şeylərə qərəzimi var nə, dalbadal qaralayır, ya da bəyəndiyi bir şeyin qəşəng olduğunu isbat etməyə çalışır sanki. Bu mənə də təsir etdi bir yerdən sonra mənim gözümə ‘Qurban Səid buna da mı elə yanaşıb yazıb’ pərdəsi düşdü. Bəzi məqamlarda o sevmir deyə doğru şeyi yanlış bünövrəylə pismiş kimi aşılayırdı. Bunlar əsas qərəz yaratdı zatən, sonra isə “yaxşı ki davam etmişəm” dedim. Ciddən oxumağa dəyər əsər idi. (bura biraz təhlilə oxşaya bilər, biraz) Əsər içində millət fərqinin fəsadları ilə yanışı, Əlinin və Ninonun təcəssümündə, əslində, ‘istəsəniz olar’ı göstərdi, çox da qəşəng göstərdi. Əlinin belə dövlətpərəst olmasına baxmayaraq, ən ağır vaxtlarda da Ninonu anlayırdı. Bir də ən sevdiyim yerlərdən biri də Azərbaycan müstəqilliyinin itirilməsinin əsas səbəbinin meyar elm və ağıl, düşüncə olmasması olduğunu, hər kəsin ‘şəxsi’ fikrinin müdafiyəsinə qalxması və ‘azadlıq’dan süstləşməsi olduğu çox qəşəng əsk etdirən rollar var idi. (daha danışasım var , amma yenə çox oldu)
Əli və Nino
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 20232,473 okunma
Ən yaxşı Azərbaycan ədəbiyyatı nümunələri.
1. Yusif Səmədoğlu – “Qətl günü” 2. Qurban Səid - “Əli və Nino” 3. İsmayıl Şıxlı - “Dəli Kür” ✅ 4. İsa Hüseynov "İdeal" 5. İsa Hüseynov "Məhşər" 6. Kamal Abdulla "Yarımçıq əlyazma" 7. Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları" 8. İsa Hüseynov "Yanar ürək" 9. Sabir Əhmədli "Dünyanın
Reklam
240 syf.
10/10 puan verdi
·
3 günde okudu
~Əli və Nino~
Doğrusu sonu ayrılıqlarla bitən kitabları sevmirəm) Amma bu çox kitabda elədə mümkün deyil. Öncəliklə onu bildirmək istərdim ki bir çoxuna Əli və Nino'nun müəllifi naməlumdur. Daha doğrusu 2 yazar arasında qalırlar. Qurban Səid? yoxsa Y.V.Çəmənzəminli? Əli və Nino dünyanın 33 dilində tərcümə edilən məhəbbət romanıdır. Əsərin ilk nəşrində
Əli və Nino
Əli və NinoKurban Said · Bakı, Altun Kitab Nəşriyyatı · 20102,473 okunma
Eylül ayında dinlediklerim: 1. Suzanna Collins - Açlık oyunları 4: Kuşların ve yılanların şarkısı 2. Alev Topal - Fısıldayan masallar 3. Artur Conan Doyle - Şerlok Holmes ve Baskervillelerin köpeyi 4. J.S.Lefanu - Carmilla 5. Ayşe Kulin - Foto sabah resimleri 6. Nermin Yıldırım - Dokunmadan 7. Mesut Topal - Var mısın ki, yok olmaktan korkuyorsun 8. Miguel de Cervantes - Çingene kızı 9. Camilla Lackberg - Buz prenses 10. Jules Verne - Karpatlar şatosu 11. William Shekaspeare - Hamlet 12. Andrew Norris - Akila 1 13. Andrew Norris - Control Z 14. Jack London - Haytalar ve çolpalar 15. Qurban Səid - Əli və Nino 16. George Orwell - 1984 17. Cengiz Aytmatov - Kızıl elma/oğulla görüşme 18. Lev Tolstoy - Kafkas esiri 19. Zülfü Livaneli - Kaplanın sırtında 20. Cemal Süreyya - 13 günün mektupları 21. Camila Lackberg - Vaiz 22. Lev Tolstoy - Efendi ve uşağı 23. Heather Morris - Auischwitz dövmecisi 24. Camila Lackberg - Taş ustası
Mənim 2023-cü il oxuduğum kitablar - ilin əvvəlindən sonuna olduğu kimi sıralayıram 1. Ramil Əhməd - Orxan Pamukun evində 2. Sahilə - varlı kişinin portmanatı 3. Ömər Faiq Nemanzadə - xatirələrim 4. Yusif Vəzir Çəmənzəminli - bir cavanın dəftəri 5. Rasim Qaraca - on bir gecə 6. Orxan Fikrətoğlu - ölü mətn 7. Şərif Ağayar - Haramı 8. Rafiq Tağı
352 syf.
10/10 puan verdi
Əli və Nino...
Salam 1k oxuyucuları. Bu kitabı oxumanızı sizə şiddətlə tövsiyə edirəm. Oxuyanda çox bəyənəcəyiniz və oxuyarkən kitabı necə bitirdiyinizi anlamayacaqsınız.)) Əli və Nino, ilk dəfə 1937-ci ildə Vyanada Alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilində tərcümə edilən məhəbbət romanıdır. Bəzən insanlar kitabın müəllifi haqqında dəqqiq bir fikir söyləyə bilmir. Çünki, kitabın müəllifi olaraq "Y.V.Çəmənzəminli, Qurban Səid, Lev Nissembauma"dır kimi bir sıra fikirlər irəli sürülmüşdür. İllər sonra Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəş isə Lev Nissembaumun əslində müsəlman kimi doğulduğunu və əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərara əsasən əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğu təsdiq etmişdir. Çox möhtəşəm kitabdır. Biz, çox zaman filmlərin, kitabların sonlarının xoşbəxt sonluqla bitməsinə demək olar ki öyrəşmişik. Ancaq Əli və Nino da bu belə deyil. Və bəzən belə sonluqlarda olmalıdı. Çünki biz kitabı bizə nəyi isə öyrətməyi üçün oxuyuruq. Bu kitabda da hər zaman iki aşiqin qovuşmadığını bizə öyrətməyə çalışır. Özünüz kitabı oxusanız daha yaxşı olar. Dediyim kimi necə başlayıb, necə bitirdiyinizi anlamayacaqsınız belə.
Ali ve Nino
Ali ve NinoYusuf Vezir Çemenzeminli · Kaknüs Yayınları · 2005581 okunma
Reklam
Qəribədir. Qadını örpək altından görmək mümkün deyil, amma tanımaq olur: onların vərdişini, düşüncəsini, arzularını bilmək olurdu. Örpək qızların gözlərini, burnunu və ağzını bağlayır, qəlbini, ruhunu isə yox. Şərq qadınlarının qəlbi çadrasız qadınların qəlbindən fərqli idi. Çünki, çadrasız qadınların gözlərini, burunlarını, dodaqlarını görmək olur. Amma bu gözlərin ardından keçənləri heç bir zaman bilə bilməzsiniz. Hətta onu çox yaxşı tanıdığınızı zənn etsəniz belə. ... Qurban Səid - Əli Və Nino .shf 30 ❤️
"Ninonun ağappaq gözəl sifətindəki uzun qara kiprikləri altında iri, gülər, qığılcım saçan Qafqazlı gözləri var idi. Belə xoş və şən gözlər yalnız gürcü qızlarında olur. Nazik, hilal qaşlı Ninonun profili həzrəti Məryəmin profilini xatırladırdı." ... Qurban Səid - Əli və Nino. Shf 14 🌿
206 syf.
9/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Ayrı-ayrı dünyaların insanları olan Əli xan və Nino Kipiani. Aralarındakı məhəbbət, onlara mane olan adət ənənə, və başlarının üzərini alan siyasi bəlalar. Azərbaycanın çətin günlərində yaşanmış bir eşq hekayəsidir bu. Həqiqətən də gözəl əsərdir. Müəllif mübahisəli olsa da nəyə görəsə mən kitabın müəllifinin Qurban Səid olduğuna inanıram. Burada isə Yusif Vəzir Çəmənzəminli kimi qeyd olunub. Hər halda çox təsirli və gözəl əsərdir.
Ali ve Nino
Ali ve NinoYusuf Vezir Çemenzeminli · Kaknüs Yayınları · 2005581 okunma
240 syf.
·
Puan vermedi
·
13 günde okudu
Əsərdə sevgi mövzusuna yer verilsə də , ayrı- ayrı mədəniyyətlərə məxsus iki gəncin dünyalarından, düşüncə və iradələrindən də bəhs edir. Fərqli yaşam tərzlərinə və dinə malik olsalar da, daima birlikdə olmağa ümid etmişdirlər.. Qurban Səid, bir çox millətlərin əsas xüsusiyyətlərini aydın şəkildə bildirmişdir. Müsəlman ölkələrindən İran və Azərbaycanın mədəniyyət fərqlərini görməklə yanaşı , həmin müstəvidə xristian mədəniyyətinin fərqlərini də əsər boyu aydın hiss edirik. Əsər boyu  Əlinin dövrün kişilərinin qayda- qanunlarını Nino üçün görməzdən gəlməsi oldu. Hər iki gəncin yaşam qanunları fərqli olsa da, onlar bir ortaq nöqtədə birləşməyi bacarırdılar. « Biz isə yad deyilik və heç zaman da olmarıq. Məni həmişə sevəcəksənmi, Əli xan? » - “ Əlbəttə, Nino. ” Əsəri tez bitirmədim, çünki necə bitəcəyi məni qorxudurdu. Çünki, oxumasam hicran hissini duymayacağımı düşünürdüm... Mütləq oxuyun .
Ali ve Nino
Ali ve NinoKurban Said · Everest Yayınları · 20042,473 okunma
20 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.