Nübar

Nübar
"What about my heart?" Aerlevsedi
1363 okur puanı
Kasım 2018 tarihinde katıldı
İlk
6/10
·96 syf.·
2024 5. kitabı
Hamıya salam ("bizden sosis" deyə zarafat etməyin ha) Kitab haqda heç incələmə olmadığı üçün yazmaq istədim bir dənə. 5 hekayə var kitabda, sırası ilə belədir: "Doktor Tarr ile profesör Fetherin sistemi", "Von Kempelen ve buluşu", "Hipnoz altında ifşa", "Şehrazadın 1002. masalı", "Balon aldatmacası". İlk hekayə çox xoşuma gəldi, hansı ki kitaba da adını verən hekayə. Dəlixananı ziyarət edən və "dəli"lərlə maraqlı əhvalat yaşayan qəhrəmanımız tövbə edir ki, bir də marağa düşüb harasa getməyəcək. (Zarafat edirəm) Digər hekayələr də oxunaqlıdır, amma sıxıldım arada, xüsusilə Şəhrizadla bağlı olanda, bu qədər fantastika mənə də artıq gəldi, düşünün artıq. Bu Poedən oxuduğum 2-ci kitabdır, gördüyüm budur ki, Poeni detektiv əsərlər yazan biri adlandıraraq onun xəyal gücünə haqsızlıq ediblər. Çünki adam elmi-fantastik, fəlsəfi, macəralı, elmi əsərlərə də çoxlu vaxt ayırıb. Sonda onu deyim ki, oxumasanız da olar, amma mən olsam, ilk hekayəyə görə oxuyardım, bir də fəlsəfi söhbətlərə görə. Boş vaxtlarda şans vermək olar, mən dolu vaxtımda oxudum əslində. Nəsə düz gəlmədi. Nəysə, xoş mütaliələr.
Edebiyat
Doktor Tarr İle Profesör Fether'in SistemiEdgar Allan Poe · Kızıl Panda Yayınları · 0103 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
6/10
·158 syf.·
2021 37. kitabı
Axşamınız xeyirli olsun. Fikirlərimi qısaca ifadə edəcəm, onsuz da uzun-uzun danışmağa ehtiyac duyduğum bir əsər olmadı. İçində Şekspirin bir yerə toplanmış sonetləri əvvəl türkcə, sonra isə ingiliscə verilib. Bəzi sonetləri çox bəyənsəm də, əksəriyyətinin sevgi ilə bağlı olması bir müddətdən sonra sıxılmağıma səbəb oldu. Şekspirin ifadə tərzinə, seçdiyi üsulun möhtəşəmliyinə əlbəttə ki, sözüm yoxdur. Amma bəzi incələmələrdə Şekspirin mütləq oxunmalı olan əsərlərindəndir deyilirdi bu kitab haqda. Məncə, deyil. Yenə də şeir sevirsinizsə, zərif düşünülmüş cümlələr oxumaq istəyirsinizsə, bəyənəcəyinizi düşünürəm. Xoş mütaliələr.
Edebiyat
SonelerWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202511,1bin okunma
Ah Peçorin, hüzünlü kekim :,)
10/10
·192 syf.·
2021 2. kitabı
Axşamınız xeyirli olsun, mütaliəçilər. Necə bir giriş edəcəyimi bilmirəm, amma kitabı çox bəyəndiyimi deməklə başlayım. Oxumağı yadırğadığım, demək olar ki, heç bir kitabın məni bütünlüklə cəlb edə bilmədiyi bir ruh halında ikən, bu kitab məni oyatdı, özümə gətirdi. İçimdəki Peçorini kəşf etdirdi. Kimdir bu Peçorin? Çoxlarına görə anti-qəhrəman Peçorin. Kitabın sonunda haqqında heç də müsbət şeylərin yazılmadığı Peçorin. Bəs niyə? Həyatı vecinə almayan, sevgi münasibətlərinə rişxəndlə baxan, duyğulardan bixəbər, zövq üçün pislik edən biri adlandırılır. Məncə, Lermontov müsbət və ya mənfi bir obraz yaratmayıb. Əksinə, mənim üçün dürüst bir obraz idi Peçorin. Ətrafdakı hamı kimi olmayan, iç dünyalarını gördükdən sonra insanlardan uzaqlaşan biri idi o. Düşünürəm ki, bu kitab bizə içimizdəki Peçorini tanışdırır. Cəmiyyətdən uzaqlaşan, duyğulardan "məhrum"... Bəlkə də, buna görə narahat edir bizi Peçorin. Əsər bir zamanlar Peçorinin dostu olan Maksim Maksimıçın xatirələri ilə başlayır. Sonradan 'Peçorinin məktubları' adlı hissələrdə isə yazıçı bizi əsas qəhrəmanla baş-başa qoyur. Oxuyun, tanıyın Peçorini, duyğusuz deyin ona, mərhəmətsiz deyin, istər sevin, istər danlayın Peçorini, amma başa düşün Peçorini. Tövsiyə üçün təşəkkürlər, təşəkkürlər
Anlayamazsın
Zamanımızın Bir KahramanıMihail Yuryeviç Lermontov · Can Yayınları · 20185,5bin okunma
Mənim babam bir gilas ağacıdır
9/10
·160 syf.·
2020 47. kitabı
Axşamınız xeyirli olsun. Kitabı o qədər bəyəndim ki, bitməsini heç istəmədim. Əsərin uşaq ədəbiyyatına daxil edilməsi də düzgün deyil, ailə dəyərlərini, sevgini unutmuş bu nəslin bütün nümayəndələrinin oxuması gərəkdir bu kitabı. Dili sadədir, insanı sıxmır, axıb gedir. Oxuyun, oxutdurun. Xoş mütaliələr (:
Edebiyat
Dedem Bir Kiraz AğacıAngela Nanetti · Günışığı Kitaplığı · 20111,264 okunma
Oscar Wilde əfsanələri
4/10
·220 syf.·
2019 113. kitabı
Axşamınız xeyirli olsun, əziz oxucular. Kitabı bitirməyi bacardığım üçün özümü təbrik etmək istəyirəm. Tərcümənin yaxşı olmaması, bütün hekayələrin əfsanəvi olması, daha çox məhəbbətin tərənnüm olunması məni olduqca sıxdı, düzü. Ortalarında yarım buraxmağı da düşündüm hətta, amma davam etdim bir ümid. Uşaqlar üçün əla bir nağıl kitabı ola bilər, valideynlər könül rahatlığı ilə övladlarına oxutdura bilər. Uşaqların kitabdan çox gözəl şeylər öyrənəcəyinə əminəm. Böyüklər də oxusun, daha çox lovğa, riyakar, daşqəlbli (:D) böyüklər oxusa yaxşı olar, amma mütləq oxunması lazım olan kitablardandırmı..? Mənə görə deyil. Xoş mütaliələr.
Edebiyat
ÖykülerOscar Wilde · Mütena Yayınları · 2015812 okunma