-Gözden, ırak olan gönülden de ırak olur mu efendimiz?
-Hayır Olric. Yüreğinde bir yer açıp oraya oturttuğun her kimse, seninle birlikte gider her yere..
Kölgə – Ölənlə ölmür
“Bunu bil ki, heç bir qadın qəlbinizdə mühafizə etdiyiniz ölü ilə birgə yaşamaq istəməyəcəkdir.” – M. Balzak
Bu sözü Henriette Mortsauf Feliksə yazdığı məktubda deyir. Ümumiləşdirsək heç kəs ölmüş biri olan qəlbdə özünə yer tapmaz. Bunu bacaran tək insan bəlkə də Vüqar oldu. O da bunun üçün 10 ilini verdi. Risk aldı. Mən sürəyyanın acısını o qədər dərindən hiss etdim. İnsan sevdiyini itirəndə bir parçası qopur. Puzzle-ın kiçik bir hissəsi itir və o puzzle hər zaman yarım qalır. Başqaları olur. O görüntünü tamamlaya bilir. Amma o uyumu, o əsası heç zaman gerçək mənada tamamlaya bilməz.
Sürəyya çox fevri idi. Acısı təzə olsa da, hadisələri başqa tərəfdən dinləməyə heç cəht etmir. Əslində bunun sayəsində daha yaxşı bir həyatı oldu.
Hədsiz sıxıcı bir kitab idi mənə görə. Hekayələrdən ibarətdir. Bir neçə hekayə xaric gerisi maraqsız, yorucu idi. Kafkanın yazı şəkli mənə xitab etmir.
İlk əvvəl oxuyanda sevmişdim. İndi oxuyanda o qədər sevmədim. Kitabda müsavat pislənir, sosializm, leninizm isə təbliğ edilir. 1938də yazılmasını və 1940da ışıq üzü görməsini nəzərə alsaq, o dövrdə bir çox yazıçı kitablarında sovetləei tərifləmiş, müsavatçılığı türkçülüyü pisləmişdir. Əsərin ən məsumu Bahar idi. O kasıbçılıqdan əziyyət çəkmiş, nökərçilik, çobanlıq etmişdir. Sonda isə qaçır şəhərə üz tutur, orada da bəxtinə pis ağa çıxır və Baharı soyuqda donmağa məruz qoyur.
Yazar sosializmi tərifləyərkən digər yandan da, milli dəyərlərimi qoruyur (güya). Məsələn: Sona Bahar ac olduğu halda , Mərdan həbsdə olduğu halda "Yusif və Züleyxa" xalçasını ingilis tacirə 100 qızıla satmır, onu qoruyur.
Çərpələng Uçuran çox mükəmməl kitabdır. İnsanı necə üzür. Həyatın gerçək üzünü açıb göstərir. Necə pis insanların var olduğunu, dünyanın necə ədalətsiz işlədiyini gözlər önünə sərir. Mütləq oxunmalı bir kitabdır