Din, seks, cinayət, narkotik, şiddət... Bu kitabda hər şey var.
"Hər şey” olsa da, mənim üçün ən çox hiss olunan şey “azlıq” idi. İnsanlıqdan az, mərhəmətdən az, ədalətdən az, dinin öz mahiyyətindən az… Sanki hər şeyin içi boşalmış, yalnız sərt forması qalmışdı.
Hakan Günday bu “azlığı” sadəcə ad olaraq yox, hiss olaraq da oxucuya ötürür. İnsan münasibətlərində istilik azdır, seçim azdır, azadlıq azdır. Hətta elə bir nöqtəyə gəlir ki, insanın özü belə azalır içində daşıdığı duyğular, inamlar və ümidlər yavaş-yavaş sönür.
Bəlkə də romanın ən ağır tərəfi budur: hər şey mövcuddur, amma heç nə yetərli deyil. Hər şey var, amma heç nə tam deyil.
Hakan Günday bu romanında bizi zorla cəmiyyətin görmək istəmədiyi yerlərə aparır. Təriqətlər, məcburi evliliklər, qadına qarşı zorakılıq, narkotik və cinayət romanın görünən tərəfidir. Əslində isə müəllif daha dərin bir sual verir: İnsan həyatı başqalarının qərarları ilə nə qədər məhv edilə bilər?
Roman iki uşağın taleyini göstərir. Uşaqlıqdan yetkinliyə qədər şiddətin, ağrının və təkliyin içində böyüyən iki insanın hekayəsi… və bu hekayə onların cəmi on bir yaşında ikən başlayır.
Dərdâ - uşaqlığı əlindən alınmış, həyatı başqalarının qərarları ilə yazılmış bir qız.
Dərda - sevgi və qayğının yoxluğunda, həyatın sərtliyində formalaşan bir oğlan.
Mən sadəcə Dərdânın hekayəsi yazacağam. Onun hələ uşaq yaşında evləndirilməsi, həyatının başqaları tərəfindən müəyyənləşdirilməsi və illərlə azadlıqdan məhrum qalması sadəcə bir obrazın taleyi deyil. Bu, minlərlə insanın yaşadığı, lakin çox vaxt görünməyən bir faciənin təsviridir.
Roman boyunca din adı altında edilən saxtakarlıqlar və zorakılıqlar da hər zamankı kimi göz önündədir. Hakan Günday inancın özünü deyil, inancın arxasına gizlənərək insanlara hökm edən sistemi tənqid edir. Bu