9/10
·68 syf.··
2026 1. kitabı
Son zamanlarda oxuduğum ən təsirli kitab idi deyə bilərəm. Başlamazdan əvvəl təsirlənəcəyimi bilirdim, amma bu qədərini mən də gözləmirdim. Əsərdə qınadığım, əsəb olduğum məqamlarda oldu, ağlamadığım hissələr isə (əsasən də sonda) demək olar olmadı. Qınamaq da demək olmaz, sadəcə bir qadının bu qədər çarəsiz, birini dəli-divanə olacaq qədər sevməsini həddən artıq hesab etdim. Hələ ki, sevdiyi insan onu heç yadında saxlama zəhmətinə belə girmirsə, onun sevgisindən bixəbərdisə..Lakin sevgisini illərlə qoruyub saxlaması, əsla bir dəfə də olsun sevdiği adamı günahlandırmaması çox təsirli idi. Son dəqiqələr yazdığı bu məktublarda, hisslərini ilk və son dəfə ifadə edərkən belə sevdiyi insana qarşı minnət duyurdu. Onun illər əvvəl hər hansı bir hərəkətindəki qüsuru yazarkən, dəfələrlə üzr istəyirdi. Onu haqsız hesab etmirdi, edə bilmirdi. Amma olan sadəcə ona, uşaqlığına, saf duyğularına və atasından xəbərsiz olan uşağına oldu. Ən təsirləndiyim məqamlardan biri budur. Uşaq anasıyla birgə atasının ad gününü hər il hər hansı bir bayram imiş kimi keçirdir. Amma həmin günün atasının ad günü olduğundan belə xəbərsizdi…Və əsərin sonuna gəlsək..onu deyə bilərəm ki, qədri bilinməyən hər şey bir gün yox olmağa məhkumdu. Qadının sevdiyi adam hər il ad günündə ona göndərilən güllərin kim tərəfindən göndərildiyini belə araşdırmağa tənəzzül etmir. Hətta məktubları bitirənə qədər, hər ad günündə gələn, mavi vazasında olan o güllərin bu səfərki yoxluğundan belə xəbərsizdi. Kitab 50 səhifə və axıcı olmasına rəğmən, təsiri böyük idi. Əsəri oxuyarkən mənə mini klassika kimi gəlmədi, bəlkə də, təsirindəndi bilmirəm. Odur ki, əsəri asanlıqla bir gündə bitirmək olar, lakin bağışladığı təəssürat olduqca qalıcıdı.
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,9bin okunma
9/10
·192 syf.··
Beğendi
·
2026 13. kitabı
“Xoşbəxtliyi nə uzatmaq nə qısaltmaq olar. Xoşbəxtsən vəssalam.Hətta ölümdə xoşbəxtliyə əngəl deyil, o sadəcə oyunun qaydalarına daxil olan bir təsadüfdür.” Cümlə kitabın məğzini o qədər dərindən ifadə edir ki, sadəcə heyranlıqla baxıram. Kitab insanı o qədər düşünməyə vadar edir ki. Xoşbəxtlik nədir? Xoşbəxtliyin nə olduğundan xəbərdarıqmı yada həqiqətən dərk edirikmi? Azadlıq, təklik, qayğısızlıq, istədiyin şəkildə yaşamaq bunlar bizi xoşbəxtliyə çıxararmı? Ölümdə xoşbəxtliyin bir parçasıdırmı? Və bunun kimi yüzlərlə sual və bunlara cavabları Albert Camusun perpektivindən, Patris Mersonun qəribə həyatı vasitəsilə aldığımız möhtəşəm kitab…
Xoşbəxt ÖlümAlbert Camus · Qanun Nəşriyyatı · 20196,2bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi·128 syf.··
2026 6. kitabı
Bir səhər oyanırsan və anlayırsan ki, sənə qurulan planın içindəsən. Gənc bir oğlan. Vərəsəlik, xəyanət və qaçırılma. Dənizdə başlayan yolçuluq onu təhlükəli torpaqlara aparır. Hər kəsə inanmaq olmur. Amma xəyanətin içində bir dostluq da doğulur. Sərt görünən, qaçaq damğası vurulan bir adam onun yol yoldaşına çevrilir. Bəzən ən güclü bağlar ən təhlükəli yollarda qurulur. Bu, sadəcə macəra deyil. Bu, böyümək və doğru insanı seçmək hekayəsidir.
QaçırılanRobert Louis Stevenson · Libra · 0864 okunma
Bu kitaba vurğunam
Puan vermedi·1056 syf.··
2026 4. kitabı
Bəzi kitablar bitir. Bəziləri isə bitəndən sonra sənin bir parçana çevrilir. Qraf Monte-Kristo mənim üçün məhz belə bir əsər oldu. Kitaba başlamazdan əvvəl "Ezel"i izləmişdim və düşünürdüm ki, artıq bu hekayə məni təəccübləndirə bilməz. Cəmi 10-15 səhifə kifayət etdi ki, bu fikrim tamamilə dəyişsin. Əgər bu kitabı sadəcə "macəra romanı" kimi tanıyırsınızsa, bilin ki, ona böyük haqsızlıq edirsiniz. Bəli, içində macəra var. Amma eyni zamanda sədaqət var, xəyanət var, ata sevgisi var, dostluq var, ümidsizlik var, ümid var və ən əsası, illər boyu ilmə-ilmə toxunmuş, heyranlıq doğuran bir intiqam planı var. Edmund Dantes isə mənim oxuduğum ən möhtəşəm obrazlardan biridir. Onun ağlına, səbrinə, soyuqqanlılığına və bütün yaşadıqlarına baxmayaraq içində qoruyub saxladığı mərhəmətə heyran qalmamaq mümkün deyil. Ən çox zindan hissələri məni sarsıtdı. O səhifələrdə sadəcə Edmundun yox, sanki mənim də nəfəsim daralırdı. Sonra başa düşdüm ki, böyük kitabları fərqləndirən də məhz budur: sən onları oxumursan, onları yaşayırsan. 1500 səhifədir. Mən isə bu kitabı bir ildə iki dəfə oxudum. Bir dəfə də olsun "tez bitsin" demədim. Əksinə, hər dəfə düşündüm: kaş daha əvvəl oxusaydım. Bu günə qədər oxuduğum kitablar arasında mənim üçün zirvədə yalnız bir əsər var: Qraf Monte-Kristo. "Bütün insan hikməti iki kəlmədə gizlidir: Gözlə və ümid et."
Monte Cristo KontuAlexandre Dumas · İthaki Yayınları · 201037,3bin okunma
Puan vermedi·328 syf.··
2026 8. kitabı
·
9 günde okudu
·
Okunma: 25 Haziran 2026 00:00
Böyürtkənli Qış Artıq sevdiyim romanlardan biridir və həmişə xoş təəssüratla xatırlayacam. Əsərdə iki fərqli zaman kəsiyində — 1933 və 2010-cu illərdə iki qadının taleyindən bəhs olunur. Hər birinin hekayəsi özünəməxsusdur. Vera tənha bir qadındır. Keçimini təmin etmək üçün oteldə təmizlikçi işləyir. Rəfiqəsi ilə qatıldığı bir balda yaraşıqlı centlmen — Çarlz ilə tanış olur və nağıla bənzər bir eşq yaşamağa başlayırlar. Təbii ki, bu nağılda da "cadugər" əskik olmur… İllər keçir və Veranın oğlu itkin düşür; bununla da onun bədbəxt günləri başlayır. Klerin tənhalığı isə tamamilə başqa formadadır. Həyatlarında baş verən bədbəxt hadisədən sonra əri tərəfindən tək qoyulan Kler, bütün acıları ilə təkbaşına mübarizə aparmalı olur. Bütün bunlar az mış kimi, əri Etan hələ bir köhnə sevgilisi ilə də flört edir! Klerin hekayəsini oxuduqca məni ən çox əsəbləşdirən obraz, təbii ki, Etan oldu. Klerin əri tərəfindən görməzlikdən gəlinməsi keçdiyi prosesi daha da çətinləşdirir. Nə yaxşı ki, canım Klerin sevgisi hər şeydən üstün gəlir. Veranın verdiyi qərarlar mənə görə olduqca "romantik" (həssas) idi. Əgər həyatında biri varsa, təkbaşına qərar vermək heç də onu çox sevdiyin anlamına gəlmir. Çarlzın da o qədər güclü xarakterə malik biri olmadığını düşünürəm. Sevgilin səndən ayrılır və sən bunun səbəbini bir dəfə də olsun onun öz dilindən eşitmək barədə düşünmürsən?! Bəs bir-birindən 80 il fərqlə, eyni may ayında Sietli vuran o qəfil qar fırtınası sadəcə təbiət hadisəsi idimi? Əsla. Sara Jio bu fırtınanın altında Veranın və Klerin taleyini elə mistik bir bağla birləşdirir ki, həqiqəti öyrənəndə heyrətlənməmək olmur. Klerin arxivlərdə axtardığı o itkin körpə, əslində sadəcə bir reportaj mövzusu deyil, onun öz keçmişinin və soyunun gizli bir parçası idi. Zaman fərqli olsa da, ruhların
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
Şantaram-Oxucu rəyi
10/10
·832 syf.··
Beğendi
·
2026 1. kitabı
Qreqori Devid Robertsin "Şantaram" romanı sadəcə bir fərarinin macəra dolu həyat hekayəsi deyil, həm də dərin fəlsəfi axtarışlar, fədakarlıq və bağışlanma haqqında yazılmış möhtəşəm bir mənəvi epopeyadır. Avstraliya həbsxanasından qaçaraq Bombeyin (Mumbay) rəngarəng və xaos dolu küçələrinə sığınan Linin gözündən təsvir olunan bu dünya, həm insan mənəviyyatının zirvəsini, həm də gecəqonduların ən acı reallıqlarını gözlər önünə sərir. ​Kitabın ən heyranedici tərəfi, müəllifin Hindistanın ruhunu və insan psixologiyasını inanılmaz dərəcədə canlı ötürməsidir. Bombey gecəqondularındakı kəskin yoxsulluqla yanaşı toxunan saf səmimiyyət, mafiya dünyasının özünəməxsus fəlsəfəsi və Linin addım-addım "Şantaram" (yəni dinclik tapan adam) personajına çevrilməsi oxucuda dərin iz buraxır. Roberts azadlığın və məhkumluğun əslində insanın daxili aləmində başladığını çox gözəl hiss etdirir. ​Əsas Takeaway: Əsər boyunca sevgi, sadiqlik və xəyanət kimi mövzular olduqca güclü dialoqlarla işlənib. "Şantaram" həm dinamik süjet xətti, həm də həyatın mənasını sorğulayan aforizmləri ilə sadəcə bir roman deyil, böyük bir bədii təcrübədir. ​Səhifələr irəlilədikcə Bombeyin ədviyyat qoxulu küçələrini hiss etmək və bir insanın özünü daxilən itirərək tamamilə başqa bir coğrafiyada yenidən kəşf etməsinə şahid olmaq unudulmaz bir mütaliə zövqü bəxş edir.
1000Kitap
ŞantaramGregory David Roberts · Qanun Nəşriyyatı · 20192,087 okunma