Sizə elə gəlir ki, həyat həmişə və hər yerdə yeniyetməlik çağınızda alışdığınız kimi sakit axarıyla gedəcək. Amma mən sizə deyirəm və bunu yadınızda saxlayın: gün gələcək, siz sıldırım qayalarla əhatəli bir dərəyə düşəcəksiniz, onda həyatın axarı qaynar, sel olub aşıb-daşan, köpüklənən sulara dönəcək, onda ya siz sal daşlara çırpılıb parça-parça olacaq, ya da nəhəng bir dalğa sizi qoynuna alıb çayın daha sakit yerlərinə aparacaq, necə ki, bir gün məni qoynuna alıb bura gətirdi.