Həftə sonu effekti
Həftənin günləri, aylar, illər, bayramlar, ad günləri — bunların hamısı insanın zamanı idarə etmək üçün yaratdığı simvolik bölgülərdir. Torpağı nə vaxt şumlamaq, nə vaxt əkmək, nə vaxt biçmək, hesabı nə vaxt bağlamaq, dini ritualı nə vaxt yerinə yetirmək üçün. Yəni bunlar əvvəlcə həyatın içindən doğulmuş praktiki işarələr idi. İnsan zamanı tutmaq üçün ona ad verdi, hissələrə böldü, yadda saxlana bilən formaya saldı. Bu, müəyyən mənada qaçılmaz idi. Çünki adsız və sərhədsiz zamanın içində yaşamaq çətindir. Amma məsələ təkcə bununla bitmir. Zamanı bölmək bir yerdən sonra sadəcə rahatlıq yaratmır, insanın ruhuna da sızmağa başlayır. Son vaxtlar daha çox fikir verdiyim bir şey var: həftə sonu effekti. Bu nə bayramdır, nə də rəsmi şəkildə xüsusi elan olunmuş bir gündür. Amma müasir həyatın içində yavaş-yavaş xüsusi mənaya çevrilib. Xüsusən də ofis mühitində işləyən insanların həyatında. Həftənin ilk günləri adamda ağırlıq olur. Yorğunluq, əsəb, içdən gəlməyən bir hərəkət. Sonra günlər keçdikcə bu hal yavaş-yavaş dəyişir. Beşinci günə çatanda isə eyni adamda qəribə bir canlanma yaranır. İş çox ola bilər, bədən yorğun ola bilər, hətta problem yerində qala bilər - amma yenə də içəridə bir yüngüllük dolaşmağa başlayır. Sanki həmin günün özündə yox, onun vəd etdiyi sabahda yaşayır insan. Bir azdan azad olacağam hissi, sabah daha uzun yatacağam fikri, harasa gedərəm ehtimalı, heç nə etməsəm də edə bilərəm rahatlığı. Günün özü bir növ simvola çevrilir. Elə bil kollektiv şəkildə görünməz bir razılaşma var: beşinci gün gələndə bir az dirilmək olar. Səndə bu hiss olmasa belə, başqalarının davranışı onu sənə keçirir. Bir növ emosional yoluxma başlayır. Həmin gün adi cümə axşamı, ya da cümə olmaqdan çıxır; psixoloji hadisəyə çevrilir. Burada narahat edən şey təkcə yorğun adamın
1000Kitap
Alter eqo
Şəxsiyyət bir fraktala bənzəyir. Ona hansı tərəfdən baxsan, içində yenə özünün başqa bir versiyasını görürsən. Hər qatın altında yeni bir qat gizlənir. İnsan bir-birinin üzərinə inşa edilmiş, bəzən biri digərini kölgədə qoyan, bəzən isə bir-biri ilə səssiz müharibə aparan alt şəxsiyyətlərin mürəkkəb sistemidir. Cəmiyyətin "xarakter" adlandırdığı şey çox vaxt sabit bir mahiyyətdən çox, müxtəlif şəraitlərdə işə düşən mexanizmlərin cəmidir. İnsan bir mühitdə soyuq və analitik, başqa bir mühitdə isə emosional və impulsiv görünürsə, bu ziddiyyət deyil. Bu, fərqli ssenarilər üçün işə salınan fərqli şəxsiyyət proqramlarıdır. Hər mühit insanın daxilində başqa bir tərəfi oyadır və həmin tərəf öz rolunu oynamağa başlayır. Beləliklə, "mən" anlayışı tədricən parçalanır. Bir mühitdəki "sən", başqa mühitdəki "sən"ə yadlaşa bilir. Çünki hər mühit öz tələbləri ilə yeni bir "alter" yaradır. İş yerindəki o soyuq və intizamlı alter, evdə xəyalları və arzuları ilə yaşayan kövrək alterlə eyni bədəni paylaşsa da, sanki fərqli orbitlərdə hərəkət edir. Bu vəziyyət ilk baxışdan parçalanma kimi görünə bilər. Halbuki bu, çox vaxt adaptasiyanın ən incə formalarından biridir. İnsan özünü qorumaq üçün hər vəziyyətə uyğun maska yaradır. Zaman keçdikcə isə bu maskalar o qədər möhkəmlənir ki, maska ilə üz arasındakı sərhəd tədricən itir. İnsan artıq hansı mühitdə hansı alteri işə saldığını düşünmədən, avtomatik bir keçid edir. Bu mexanizmin altında gizlənən əsas motiv isə qəbul olunmaq və zərərdən qaçmaq instinktidir. İnsan aid olduğu mühitin dilinə, dəyərlərinə və gözləntilərinə uyğunlaşaraq öz varlığını parçalayır. Məktəbdəki nümunəvi şagird, evdəki itaətkar övlad və s. - bunların hamısı bir bədənin içində yaşayan fərqli aktyorlardır. Hər alterin öz mənəvi kodları, öz qorxuları və öz istəkləri var.
Psikoloji
Reklam
Sosial şizofreniya
İnsanın özünü yaşadığı mühitin dilində və dəyərlərində ifadə edə bilmədiyi, kəlmələrinə "yad" bir coğrafiyada sanki daim bir tərcümə axtardığı anlar olur. Elə anlar ki, insan öz həyatını yaşadığını yox, onu izah etməyə çalışdığını hiss edir. Sanki, bir labirintdə ilişib qalırsan: bir tərəfdə kitabların, fəlsəfənin və varoluşun dərinliyində nəfəs alırsan, digər tərəfdə isə həmin nəfəsi "qəribəlik" kimi qəbul edən bir sosiumun içində boğulursan. Bu vəziyyətin kökü bəzən yanlış anlaşılır. Problem çox vaxt mühitin cahilliyində deyil. Problemin kökü sənin o mühitə uyğunlaşmaq cəhdindədir. Yəni, özünə taxdığın o saxta maskada. İnsan özünü gizlətməyə başlayanda qəribə bir psixoloji parçalanma yaşayır. Biz başqalarının xoşuna gəlmək üçün öz intellektual zənginliyimizi "sosial filtr"dən keçirəndə əslində özümüzə xəyanət edirik. Daha dəhşətlisi isə odur ki, mühitə uyğunlaşmağa çalışarkən bizə yenə də "süni" deyilir. Çünki cahillik özünün çata bilmədiyi yüksəkliyi görəndə ona "süni" damğası vurmağı ən asan müdafiə mexanizmi seçir. Bu, onların sənin həqiqətini inkar etmək cəhdidir. Bəlkə də buna görə, qədim bir fəlsəfi metafora hələ də aktualdır. Platonun mağara alleqoriyası. Mağaradan çıxıb günəşi - yəni, həqiqəti və dərinliyi görən insan geri qayıtdıqda, artıq köhnə dünyanın kölgələri ilə eyni dili danışa bilmir. Çünki o artıq kölgələri yox, işığı görmüşdür. Mağarada qalanlar isə kölgələri gerçəklik saymağa davam edirlər. Sən də mağaradan çıxmısan. Günəşi - yəni, ədəbiyyatı, həqiqəti və dərinliyi görmüsən, amma geri qayıdanda kölgələrə baxıb onları gerçəklik sananlarla eyni dili danışmağa məcbur qalırsan. Onlar səni özlərindən biri hesab edirlər. Çünki sənin daxilindəki o işığı görəcək gözləri hələ formalaşmayıb. Bu vəziyyətin gətirdiyi sıxıntı çox spesifikdir: sən mühitə yad
Felsefe-Düşünce
Duyğularımızı ifadə etmək, münasibətləri gücləndirən ən əsas ünsiyyət bacarıqlarından biridir. Lakin bəzi insanlar, qarşı tərəfin duyğu paylaşımını “problem yaratmaq”, “mövzunu böyütmək” və ya “həddini aşmaq” kimi şərh edə bilər. Bu vəziyyət xüsusilə həssas və kövrək anlarda insanın özünü tək, anlaşılmamış və günahkar hiss etməsinə səbəb olur. Oysa, duyğularını dilə gətirmək münaqişə başlatmaq deyil, münasibətdə emosional görünürlük yaratmaqdır. Sağlam ünsiyyətin davam etməsi üçün hər fərdin özünü ifadə edə bilməsi vacibdir. Belə bir vəziyyətdə aşağıdakıları xatırlamaq önəmlidir: Duyğularını ifadə etmək bir haqq və ehtiyacdır. Paylaşmaq problem yaratmaz; əksinə, həllin qapısını açar. Qarşı tərəfin müdafiəyə keçməsi, dediklərinin doğruluğunu dəyişdirmir. Bu, sadəcə onun başa çıxma mexanizmi ola bilər. Duyğuları basdırmaq, münasibəti qorumur. Basdırılmış hər his zamanla uzaqlaşmaya və ünsiyyətin pozulmasına gətirib çıxarır. “Problem yaradırsan” ittihamı çox vaxt qaçınma davranışıdır. Şəxs emosional məsuliyyətdən yayınmaq istəyə bilər. Sağlam münasibətdə duyğular danışılır, ittiham deyil, həll yolu axtarılır. Unutmaq olmaz ki: Münasibətdə duyğu paylaşımını “yükdür” kimi təqdim edən ünsiyyət dili zamanla həm etibarı, həm də bağı zədələyir. Çünki insanlar yalnız anlaşıldıqlarında və emosional sahələri qəbul olunduqda özlərini təhlükəsiz hiss edirlər. Duyğunu ifadə etmək cəsarətdir. Qarşı tərəf bundan narahatdırsa, problem duyğu ifadəsində deyil, duyğunu daşıya bilməyən ünsiyyət tərzindədir.
Düşünce
Ekzistensial skrininq
Bəzi suallar var ki, insan onları kitabdan öyrənmir. Onlar sanki insanın daxilində gizlənmiş şəkildə yaşayır və yalnız müəyyən bir anda üzə çıxır. Məsələn: “Niyə yaşayıram?”, “Mənim həyatımın mənası varmı?” və s. Bu sualların hamısı bir nöqtədə kəsişir və həmin nöqtənin adı ekzistensial skrininqdir. İnsan həyatının böyük hissəsini düşünmədən yaşayır. Gündəlik qayğılar, iş, planlar, münasibətlər - bütün bunlar həyatın əsl suallarını örtən bir səs-küy yaradır. Bu səs-küy içində insan özünü çox vaxt təhlükəsiz hiss edir. Çünki düşünməmək rahatdır. Günlərin birində isə nəsə bir şey baş verir. Bəzən uğursuzluq, bəzən ayrılıq, bəzən də səbəbsiz bir boşluq hissi. O gün insan birdən dayanır. Həmin anda ilk dəfə bu sualı eşidir: "Mən əslində nə edirəm?" Bu an artıq ekzistensial skrininqin başladığı andır. Bu mövzunun kökləri Ekzistensializm fəlsəfəsinə gedib çıxır. XX əsrdə bu düşüncə insanın taleyinə yeni bir baxış gətirdi. Əgər klassik fəlsəfə insanın mahiyyətini əvvəlcədən müəyyən edilmiş bir şey kimi qəbul edirdisə, ekzistensialistlər başqa bir fikir irəli sürdülər: İnsan əvvəl mövcud olur, sonra özünü yaradır. Yəni bu prinsip mövcudluğun mahiyyətdən əvvəl gəldiyini izah etməyə çalışır. Məsələn, bir qələm hazırlanmamışdan əvvəl artıq onun funksiyası və mahiyyəti müəyyən olunub ki, yazı yazmaq üçün istifadə ediləcək. Qələm deyə bilməyəcək ki, mən niyə yazıram, bəlkə bir musiqi aləti olmalıydım? Qələm artıq yarandığı andan öz mahiyyətinə məhkumdur. Lakin insan yeganə varlıqdır ki, doğulduğu anda onun mahiyyəti hələ müəyyən olunmamış olur. İnsanın kim olacağını müəyyən edən hazır bir plan yoxdur. İnsan seçimləri ilə özünü qurur. Yəni gələcəyimiz hələ yazılmayıb, özümüzü biz yaradırıq. Bu ideyanın ən məşhur müdafiəçilərindən biri Jean-Paul Sartre idi. Onun fikrincə, insan
Felsefe-Düşünce
Biz çox vaxt rahatlığın adını “xoşbəxtlik” qoyuruq. Düşünməmək, sorğulamamaq, dərinliyə enməmək bizə təhlükəsiz gəlir. Çünki həqiqət insanı silkələyir, dəyişməyə məcbur edir. Ona görə də çoxları səs-küylü mövzuların içində gizlənir, gündəlik boş müzakirələrlə özünü aldadır. Halbuki susduğumuz, toxunmaqdan qaçdığımız mövzular bizim həyatımızı formalaşdıran əsas məsələlərdir. Problem ondadır ki, insan kölgəyə alışanda işıq gözünü ağrıdır. Amma inkişaf da məhz o ağrıdan sonra başlayır. Düşünmək cəsarət tələb edir və cəmiyyətin ən böyük çatışmazlığı da bu cəsarəti itirməsidir.
Reklam
Reklam