Dərdli, nə ağlayıb gəzərsən burda,
Ağladırsa mövlam yenə güldürər.
Neçə dərdli qondu, köçdü dünyadan,
Ağladırsa mövlam yenə güldürər.
Bu dərd mənim sevgilimdir, yarımdır,
Ərşə çıxan mənim ahu-zarımdır,
Ağlama, ağlama, Allah Kərimdir,
Ağladırsa mövlam yenə güldürər.
Daim haqqa camalını dilə dur,
Zikr elə mövlanı dildən-dilə dur,
Qəhri kimə isə lütfü onadır,
Ağladırsa mövlam yenə güldürər.
Sevdaya salma bu qərib başını,
Axıdar gözündən qanlı yaşını,
Kərimdir, onardır qulun işini,
Ağladırsa mövlam yenə güldürər.
Yunis, sənin gözlərində çox hal var,
Önündə uğrayıb keçəsi yol var,
Gecə-gündüz dur da mövlaya yalvar,
Ağladırsa mövlam yenə güldürər.🪷🩷
Yunus Emre
O bir mələk… onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək. ❤️🌹
Hüseyn Cavid
Birinci dəfə olaraq mənim qəlbimdə ata-anama məlum olmayan qapalı bir dünya yaranmağa başlayırdı. Birinci dəfə olaraq mən, tez-tez təklənərək, real həyatdan uzaqlaşıb bu xəyal aləmində qapanırdım və bu xəyal aləmi mənə real həyatdan daha şirin, daha gözəl görünürdü.