Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024318 okunma
10/10
·309 syf.··
Beğendi
·
2026 19. kitabı
Əsəri 31 mayda Ali and Nino book klubda müzakirə ediləcək deyə dinlədim. Normalda səsli kitab elə də dinləmirəm. Səsləndirənin də səsi əsəbə toxunmur. Şərhə linki yerləşdirəcəm. Əsər axıcı, ters köşeli bir əsərdir. Spoiler olmasın deyə dərinə getməyəcəm amma mən Barbidən şübhələnmişdim. Sonunu belə gözləmirdim. Əsər sonda yarımçıq qalmış kimi oldu. Bəlkə də davamı olacaq. Kitabda sonda əsərin filminin çəkiləcəyi qeyd edilib. Bilmirəm artıq çəkilib ya yox. Son olaraq çox möhtəşəm bir əsərdir deyə bilmərəm. Bir az whatpadd havası da var. Şişirdildiyi qədər deyil, ancaq pis əsər deyil və zaman itkisi hesab eləmirəm.
Psikoloji
Sessiz HastaAlex Michaelides · Domingo Yayınevi · 202312,7bin okunma
Reklam
9/10
·538 syf.··
2026 121. kitabı
Bu kitab sadəcə bir psixologiya kitabı deyil; o, itirdiyimiz bir orqanı – instinktlərimizi – xatırlamaq üçün bir çağırışdır. Mənə ən çox toxunan nə oldu? Başlıqdakı o “kurtlar” məsələsi. Estés deyir ki, qadının ruhunun vəhşi təbiəti var – bu, dağıdıcı və qorxulu bir şey deyil, əksinə, sağlam, ayıq, sadiq və son dərəcə sezici bir enerjidir. Bizim mədəniyyətimizdə qadından həmişə “ağıllı”, “səbirli”, “özünü ələ alan” olması gözlənilib. “Nə deyərlər?”, “Abır-həya”, “Səsini çıxarma”... Bu gözləntilər qadının içindəki o “kurt” səsi boğur. Nəticədə qadınlarımız 30 yaşına çatır, yorğun, bədbin, həyatdan zövq almayan, evlənmiş, işləyir, övlad böyüdür, amma gecələr niyə mənasız bir boşluq hiss etdiyini anlamayan varlıqlara çevrilir. İndi maraqlısı budur: Estés heç vaxt bu “vəhşi” qadını tərbiyəsizlik və ya pozğunluq kimi təqdim etmir. O, La Loba – “Sümük Qadın” hekayəsi ilə başlayır. Bir qadın səhrada canavar sümükləri toplayır, onları nəğmə ilə bir araya gətirir və yenidən həyata qaytarır. Məncə, Estés məhz deyir: “Siz öz ruhunuzun sümüklərini toplayın. O parçaları – itirilmiş sevincinizi, unudulmuş yaradıcılığınızı, lağ edilmiş xəyallarınızı – bir araya gətirin və öz nəğmənizlə dirildin.” Mən kitabı oxuyarkən xüsusilə “Qoca kişi və İki Bacı” nağılı məni düşündürdü. Orada qocabkişi iki qızla evlənir – biri mülayim, itaətkar, biri vəhşi və ehtiraslı. Kişi əvvəlcə ehtiraslı qızı qovur, sonra onun nə qədər həyat enerjisi daşıdığını anlayıb geri çağırır. Estésin dediyi kimi: bir qadının həm mülayim, həm də ehtiraslı tərəflərini qəbul etməməsi onu yarımçıq edir. Qadınlarımız çox vaxt yalnız bir tərəfini – “yaxşı qız”, “ideal həyat yoldaşı”, “peşəkar qadın” olmağı – önə çıxarır, o biri tərəfi zirzəmilərə bağlayır. Və sonra o bağlanmış tərəf qisas almaq üçün qapıları döyür: ani
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 202110,7bin okunma
Puan vermedi
Mehriban Məmmədova - "Səsimi kim eşidər?" Kitab satışa çıxdığı andan maraq dairəmdə olsa da, oxumaq elə bu günlərə qismət imiş. Kitabın real hadisələrə əsaslanması, xüsusən də baş obrazın elə yazıçının özü olduğunu bilə-bilə oxumaq hekayəni ikiqat təsiredici edir. Kitab o qədər duyğusal idi ki, mənim kimi daşürəkli bir insanın belə bəzi səhnələrdə gözünü doldurmağı bacardı. İnsan oxuduqca düşünür ki, biz sadəcə oxuyanda bu qədər təsirləniriksə, gör bu bədbəxt hadisələri yaşayan və sonra yenidən qələmə alan müəllif hansı travmaları yaşamalı olub... Kitab, gənc bir qızın - Nərgizin valideynləri tərəfindən erkən nikaha məcbur edilməsi və onun keçməkeşli həyat mübarizəsi ilə başlayır. Bu, valideyn səhvlərinin günahını övladın çəkdiyi, heç kim tərəfindən dinlənilməyən və istəmədiyi həyata məhkum edilən bir qızın hekayəsidir. Kitabı oxuduqca XXI əsrdə hələ də belə düşüncəli insanların var olduğunu bilmək mənə ikiqat əsəb verirdi. Qadını sıxan, "oğlana hər şey olar, qız susmalıdır" deyən və qızların təhsilinə mane olan bu düşüncə tərzi cəmiyyətimizin ən büyük yarasıdır. Sözsüz ki, kitabda bəzi nöqsanlar var idi. İlk səhifələrdən etibarən bəzi səhnələr bir az sönük və süni təsir bağışlayırdı. Cümlələr bədii ədəbiyyatdan uzaq, daha çox loru danışıq dilinə yaxın idi. Məsələn, iki baş obraz arasındakı dialoqların demək olar ki, 70%-i eyni - "ürəyim" sözü ilə başlayırdı, bu təkrarçılıq isə həmin dialoqdakı heç bir hissi, məncə, oxucuya tam şəkildə ötürmür. Bundan əlavə, kitabdakı hərf səhvləri də bəzən yorurdu insanı, amma hekayə maraqlı olduğu üçün o yoruculuq bir yerdən sonra kənarda qalırdı. Hekayədəki bəzi söhbətlərin təkrarlanmasını isə yazıçının keçirdiyi ağrının, aldığı travmanın çox güclü olması ilə bağlayıram. Yoxsa bu qədər təkrar olmazdı deyə düşünürəm... Kitabda
Səsimi Kim Eşidər?Mehriban Məmmədova · Kitabçı Nəşriyyat · 20255 okunma
Puan vermedi·320 syf.··
2025 65. kitabı
Nərmin Həsənli - "Xilaskar" Bu kitabı 2025-ci ildə oxumağıma baxmayaraq, fikirlərimi paylaşmaq bu günə qismət imiş. Belə bir əsəri ərsəyə gətirdiyi üçün yazıçıya və bu kitabı mənə hədiyyə edən İlkinə təşəkkür edirəm. Kitab Ayçiçək və Əsmər adlı iki gənc qızın köhnə fikirli ata, ana və nənənin təzyiqləri altında yaşadıqları çətinliklərlə başlayır. Bu iki bacı ailədə heç bir sevgi, xoş söz və valideyn qayğısı görmədən, ancaq əsəb və stres içində böyüyürlər. Qızların fikirlərinə zərrə qədər də hörmət edilməyən, tamamilə narsisist bir ailə mühiti var. Əsasən atanın dediklərinin mütləq olması, yoldaşından qorxan ananın susması və nənənin ortalığı daha da qızışdırması ilə böyüyən bu ailədaxili münaqişələr əsərin əsas mövzusunu təşkil edir. Bacılar isə bütün bu zülmün içində sadəcə mübarizə apararaq həyatda qalmağa çalışırlar. Məncə, hər bir oxucu kitabda özündən nəsə tapa bilər. Baş obrazın keçirdiyi hisslərin bir çoxu hamımıza tanışdır. Yazıçı tək bir həyatla sanki bir neçə fərqli həyata eyni anda toxunmağı bacarıb. Bu kitab bir çox ailələrə nümunə ola bilər. Mövzu həqiqətən həssas və dərindir. Çünki 21-ci əsrdə yaşamağımıza rəğmən, gəncləri anlamayan, hər şeyin ancaq öz istədikləri kimi olmasını tələb edən bu tip köhnə fikirli ailələr hələ də var. Və təəssüf ki, real həyatda da baş obrazlarımız kimi neçə-neçə gənc belə təzyiqlərin qurbanı olur. Məhz bu reallığa görə mövzu – kitab özünə çəkir, hətta bir çox yetişkin insanda nifrət və əsəb oyadır. Yazıçı həqiqətən çox gözəl bir yerə toxunub. Kitabın ilk 60-70 səhifəsi bəlkə də mövzuya giriş olduğu üçün mənə bir az sıxıcı gəldi. Amma həmin hissədən sonra hekayə birdən-birə elə bir yüksək tempə qalxır və elə sürət alır ki, sanki partlayış baş verir. Əsər oxucunu elə ağuşuna alır ki, kitabı əlindən yerə qoya bilmirsən.
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
Puan vermedi·140 syf.··
2026 21. kitabı
Elçin Asifoğlu - "Qayıda bilmədim" Hər şey arxasında bir gündəlik qoyub intihar edən Nigarın müəmmalı ölümü ilə başlayır. Görəsən, bu gənc qız həqiqətən istəyərək intiharmı edib, yoxsa kimsə onu buna məcbur edib? Həqiqətləri üzə çıxarmaq üçün iş Adil bəy və onun köməkçisinə tapşırılır. Onlar da addım-addım bu işi açmağa çalışırlar. Obrazların soyadlarındakı səhvliklər. Bir səhifədə bir soyadla təqdim olunan obraz, bir neçə səhifə sonra tam fərqli bir soyadla qarşımıza çıxır. Bu, sadəcə bir yerdə deyil, kitab boyu bir neçə dəfə təkrarlanır. Kiçik bir səhv kimi görünsə də, oxuduqca insanı çaşdırır və diqqəti yayındırır. Kitabda mənə görə bəzi yerlərdə yersiz emosiya və həyəcan var idi. Xüsusən də cinayət işini araşdıran Adil bəyin köməkçisi Qulamovla olan rəftarı bir az süni görünürdü. Məsələn, adi bir tapşırıq verəndə əlini stola çırpması, lüzumsuz aqressiya nümayiş etdirməsi bir az gülünc və yersiz idi. Zatən qarşındakı adam sənin dediklərini yerinə yetirir, bu qədər əsəbə, təlaşa nə gərək var? Bu gərginliklər mənə süni gəldi. Kitab axıcıdır, oxucunu yormur, gün ərzində, hətta bir saata rahat bitirmək olur. Düzdür, müəllifin "Zülfiyyə" əsəri mənə daha təsirli gəlmişdi. Bəlkə də buna səbəb "Qayıda bilmədim"də sonluğun artıq ortalardan təxmin edilməsidir. Amma buna rəğmən, yazıçı oxucunu maraq içində saxlamağı, mövzuya bağlamağı və sürətli oxutdurmağı bacarmışdı. Kitab pis deyildi, amma "çox bəyəndim" də deyə bilmərəm. Kiçik həcmli olmasına baxmayaraq, "Zülfiyyə" ilə müqayisədə burada nöqsanlar daha çox idi, mənə görə. Yenə də müəllifə əhsən düşür ki, hər iki kitabda çox önəmli və aktual bir mövzuya toxunub. Sırf mövzusuna görə hər iki kitabı da hər kəsə tövsiyə edərdim. Xüsusən də baş obrazların yaşında olan gənc qızlar, oğlanlar və onların valideynləri bu
1000Kitap
Qayıda BilmədimElçin Asifoğlu · Pan Nəşriyyatı · 20247 okunma
Reklam
Reklam