Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva!?
Sən nəsin?.. Kəndini bil, zəfi bıraq!
Həp nəsibinmi sənin şillə, dayaq?
Çəkmə ah öylə mükəddər, məhzun,
Ağla, göz yaşlarım aqsın, coşsun!