Belə bir şey oxudum dünən:"Allah var oluşumuzun özüdür,aldığımız nəfəsdədir,hər saniyəmizdə,hər anımızdadır".O qədər bəyəndim ki.Tanrıya olan məhəbbətimiz daimi olmalıdır,bu sözsüz.Toxunmaq istədiyim mövzu başqadır.Övlad,valideyn və Yaradan.Əgər valideyn övladına əziyyət çəkib,böyüdüb,ona yaşadığı həmin yaşına qədər daim dəstək olub,bir sözlə- valideyn olubsa,övladı bunun üçün əvvəlcə Allaha,sonra ana və atasına minnətdar olmalıdır.Bəzi övladlar olur,görürəm,artıq uşaq deyilməyəcək yaşadadırlar,məsələn,28 yaşında.Hələ də ana və atasının çörəyini yeyir,böyük problemlərini valideynləri həll edir,başqalarının edə biləcəyi lakin,etmədiyi işləri bu valideynlər böyük zəhmətlə edirlər.Bir gün həmin övladın həyatında nəsə baş verəndə kiçik ya böyük fərq etmir, ilk qurduğu cümlə "belə valideyn olmur" olur.Sanki həyatı boyunca valideynləri həll etməlidir bütün işlərini,daim onun üçün qurub-yaratmalıdırlar.Bəs bu günün özündə belə qəlbən sənin üçün etdikləri? Onlar necə yox ola bilər? Əgər onların sənin üçün etdiklərini kənara çıxsaq,özün üçün etdiyin nə qalacaq meydanda? Bir də bunu düşünmək lazımdır bəlkə?!
Ona görə də mən bir övladın valideyninə daim şükür etməsinin,minnətdar olmasının tərəfdarıyam.Əgər nə qədər təşəkkür etsən,şükür etsən həyatındakı hər şey üçün Allaha,həyatın bir o qədər gözəl olar.Burdan yola çıxaraq düşünürəm ki,valideyninə ona etdikləri şeylər üçün sağol deməyən,qədrini bilməyən elə insan görmədim ki,xoşbəxt olsun həyatında.Yəni dediklərim bir "sağol"dan ibarət deyil.Valideyninə,yaxşı davranmaqdan gedir söhbət.Valideyninə yaxşı davrananları,zənnimcə Allah da həyatında mükafatlandırır.Tanrı mənə daim onlara minnətdar olacağım fürsətlər yaşatsın,təki onların uzun və firavan ömrünü görüm,mən də öncə Yaradana,sonra valideynimə şükür və təşəkkür