Bu kitabı çox əvvəl oxumuşdum,bunun üçün qələmi indi illər əvvəlki bu kitaba rastlayan kiçik yaşlı,ancaq qəlbinə bütün dünyaları sığdıra biləcək qədər böyük axtarışda olan 10 yaşlı Elmiraya ötürürəm...Sevgilərlə
"Salam, dost!Bilmirəm,belə xitab sənin üçün uyğun olarmı?Ancaq əminəm ki,məndən böyüksən indi. Mənə tez danış necədir böyümək,20-lərimi həyəcanla gözləyirəm.
Əvvəlcə sənə bir kitabdan bəhs etmək istəyirəm.Bəzən gözlərimizi qaçırarıq,əslində o cümlələr bizə ayna olduğu üçün.Amma sonra yenidən oxuyub,o güzgüdəki qırıq parçalarımızın bir-bir bərpa oluna biləcəyi cəsarətində olarıq.Bu kitabda öyrəndim ki, bəzən xoşbəxtlik uğrunda qaçdığımız yollar bizi həqiqətdə kim olduğumuzdan uzaqlaşdırır. Eyni qütblər kimidir xoşbəxtlik və öz mən'in. Nə qədər ona doğru qaçsan,bir o qədər uzaqlaşacaqsan.
Bu kitab öz dəyərlərimizə və həyatımızın mənasına doğru səyahət hekayəsidir. Əsas qəhrəman uğur və zənginliyin zirvəsinə çatmış, amma içindəki boşluğu heç bir lükslə doldura bilməmiş biri olaraq qarşımıza çıxır.Bütün dünyəvi sərvətləri və çox istənilən həyatı bir gün tərk edib, özünü tapmaq üçün fərqli bir yola çıxır.Kitabda daxili sakitliyi tapmaq,həyatı şüurlu şəkildə yaşamaq, mənəvi zənginliyi axtarmaq – bunlar bizdən yalnız düşüncələrimizlə deyil, bütün ruhumuzla dərk etməmizi tələb edən mesajlardır.
Sənə kiçik bir mesajım var : sən də indi 10'lu yaşlarındaki öz mən'ini düşün və unutma ki,o,hər zaman içindədir və sənə sonsuz güvənir. Onu sev və heç zaman incinməsinə izin vermə."
İllər əvvəl oxuyub,indi yenidən düşünmək məni bir daha dərk etməyə vadar etdi ki,"aidlik hissi",xoşbəxtlik yalnız maddi zənginliklə qazanılmır."Özümü axtarma yolunda"səyahətim hələ davam edir və bunu bilirəm ki,öz daxili səsimizi eşidə bilmək üçün bəzən "bağıran" dünyanın səsindən uzaqlaşıb