"Sevirsənsə gizlətmə, məzarlıqlar gecikmiş sevgilərlə dolub daşır."
Sayfa 31·Kitabı okudu
Müəllifdən sevgilərlə :)
Hər zaman həyatda qəhrəmanın gəlməsini gözləməyə ehtiyac yoxdur.Özün öz həyatının qəhrəmanı ol!Elə qəhrəman ki,sonradan kimsə bu qəhrəmanlığını dırnaq arasına alıb şübhəyə çəkməsin.Elə qəhrəman ol ki,kimsəyə qəhrəman olduğunu sübut etmək üçün xüsusi bacarıq göstərmək məcburiyyətində qalma.Kimsə “qəhrəman yalnız nağıllarda olur” deyib səndən üz döndərməsin.Ən əsası elə qəhrəman ol ki,bu qəhrəmanlığına görə sonradan utanma!Və özün qəhrəman ola bilmirsənsə,kiminsə qəhrəmanını onun düşməninə çevirmə! Dediyim kimi,qəhrəmanlıq həmişə xüsusi bacarıq tələb etmir.Əsl insan olmaq da qəhrəmanlıqdır.Çalışaq insanlığımızı itirməyək🩶
Reklam
Biz yaşadığımız sevgilərlə,təmasda olduğumuz tayfaların zəngin mədəniyyəti ilə,aldığımız qoxularla,daddığımız tamlarla,qovuşduğumuz ,ayrıldığımız bədənlərdən qalan zərrələrlə,mağara kimi sığındığımız qorxularımızla bir yerdə ölürük.
Sevgilərlə..
Sevirəm mən səni, zülmətdə çıraqtək sevirəm, Yeni dünyaya göz açmış bir uşaqtək sevirəm. Sevirəm mən səni, həsrətdə vüsaltək sevirəm, Uzaq, əlçatmaz olan gizli xəyaltək sevirəm. Sevirəm mən səni, insanı sevəntək sevirəm, Özünü çox sevən insan, səni səntək sevirəm. Sevirəm mən səni, sevdalı könültək sevirəm, İncə, al ləblərini qırmızı gültək sevirəm. Sevirəm mən səni, sonsuz bir əsərtək sevirəm, Yaşaran gözlərini doğma Xəzərtək sevirəm. Sevirəm mən səni, qəlbimdə inamtək sevirəm, Dəli sevdaya da düşsəm mən adamtək sevirəm. Sevirəm mən səni, şiddətli küləktək sevirəm, Sənə məxsus nə əgər vardısa tək-tək sevirəm.
Sayfa 53
Edebiyat
Əziz dostum, o gün gəzmək üçün parka çıxanda səninlə rastlaşdıq. Onu deyim ki, mənə doğru gələn bu yaraşıqlı oğlanın özünü bilərək mənə vurmasından əsəbiləşmədim, hətta xoşuma belə gəldi deyə bilərəm. Onun üçün səninlə dükana gedib, çay içməyə razı oldum. Bir az aralıda həyat yoldaşım maşında məni gözləyirdi. Üzündən kədər yağan bu cavan oğlanı qırmaq istəmədim. İnan ki, evli olmasaydım kitabı sənə özüm qaytarardım. Hə, bir də onu deyim ki, o baxdığım kitabın müəllifi mənəm. Onu imzalayıb sənin üçün geri göndərirəm. Dostum, əmin ol ki, növbəti romanımda Elyanora ilə sənin hekayəni yazacam və bu hekayə gözəl bitəcək. İnşallah qəlbində mənə qarşı kin, nifrət olmaz.....” Sevgilərlə: Ləman.
Reklam
Reklam