"Qulaq as, biri var imiş, biri yox imiş, bir dalğa var imiş. Bu dalğa hansı dənizdəsə, məsələn, deyək ki, Kapri buxtasında bir qayaya vurulubmuş. O hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. DALĞA HƏMİN QAYANI BELƏCƏ SEVƏ-SEVƏ, OXŞAYA-OXŞAYA, YAVAŞ-YAVAŞ, ALTDAN-ALTDAN OYUR, OYUR... VƏ GÜNLƏRİN BİR GÜNÜ QAYA TAMAM OVULUR, UÇUB ONUN QOYNUNA YIXILIR...
Ravik kalvadosdan bir qurtum aldı. Joan dözmədi:
-Sonrası?
-VƏ DALĞA BİRDƏN GÖRÜR Kİ, DAHA QUCAQLAMAĞA, SEVİB OXŞAMAĞA, VÜSAL HƏSRƏTİ İLƏ YANMAĞA QAYA YOXDUR. O, ÇİLİK-ÇİLİK OLUB, ÖZÜNÜN QUCAĞINDA BOĞULUB, DƏNİZİN DİBİNƏ GEDİB... Bilir ki, ALDANIB. Çox fikirləşir ki, neyləsin, axırda GEDİB ÖZÜNƏ AYRI QAYA AXTARIR..."