Kitabları alırsan… amma dərhal oxumaq üçün yox. Sanki onları gələcəkdəki özün üçün saxlayırsan.
Uzun müddət kitab oxumaq ehtiyacı hiss etmirdim, sadəcə alıb yığırdım. Bəzən özümü buna görə qınayırdım, amma içimdə bir tərəf də sakitcə deyirdi ki, “bunun da bir səbəbi var”. Və qəribədir, bu fikir məni rahatladırdı.
Oxunmamış halda bir küncdə yığılırdılar, amma indi anlayıram ki, bu “yığılmaq” heç də boşuna deyilmiş:) (yəniiii, məncəə)
Çünki insan inanmaq istəyir ki, hər kitabın öz vaxtı var. Elə bir an gəlir ki, onu əlinə alırsan və içindən keçir: “hə, indi məhz bunun vaxtıdır.” O vaxta qədər isə kitab sadəcə gözləmir… sanki səninlə birlikdə yetişir. Sən dəyişdikcə, o da sənin üçün başqa cür açılır.
Bir az qəribə səslənir, amma çox incə bir həqiqəti var: kitablar da insan kimi vaxt istəyir. Sən də.
Hətta yaponların buna bir adı da varmışş "Tsundoku". Yəni kitabları alıb oxumadan yığmaq… amma içində gizli bir inamla: bir gün onların hər biri öz anını tapacaq.
İndi isə hiss edirəm ki, o an gəlib. O “bir gün” dediyim gün.
Və mən o köhnə dövrü yavaş-yavaş tarixə qovuşdurmaq istəyirəm. Kitabları sadəcə topladığım yox, onlarla həqiqətən görüşdüyüm bir yerə keçirəm.
Xoş gəldim. ✨️🪽