Şəhla

Bir kitab və beş ilin ağrısı sakitləşdi.
8/10
·208 syf.··
Beğendi
·
2025 13. kitabı
·
17 günde okudu
·
Okunma: 11 Kasım 2025 23:13
Doğru zamanda doğru kitaba rastlayanda qəlbim "pır-pır" edir:) Elə bil ki, o kitab uzun zamandır hiss etdiklərimi duyub, uzun yol gəlib, məni tapıb vəə ürəyimə sığınıb. Həyatım boyu heç vaxt “vətənpərvərlik” adlanan o hissi tam duymamışam. Amma qəribədir son beş ildir ki, hər il sentyabrın sonu gələndə içimdə bir narahatlıq başlayır. Ruhum daralır, hüzurum çəkilir, yuxularım itir. Bəlkə çoxları üçün o dönəmlər artıq arxada qalıb, amma bəzilərimiz üçün o günləri anmaq hələ də ağırdır. Bəzən bir xatirə, bir ad, bir sətir belə hər şeyi geri gətirir. Üzərindən 5 il keçsə belə.. 9-cu Mərtəbə bir az da olsa məni sakitləşdirməyi bacardı. Rahatlatdı, gözlərimi yoldan çəkdi. Məni əlavə bir şeylər hiss edib üzülməkdən qurtardı. Ən əsası qəlbimi utanc, xəcalət hissindən azad etdi. Elə buna görə də bəzi kitablar üçün “xüsusi ad” axtarıram. Çünki bu kitab sadəcə oxuyub bitirdiyim hekayə deyildi. Belə bir şeyə sadəcə “kitab” demək olmur axı. Yaxşı ki, vardınız, Murad Nağıyev Yaxşı ki, varsınız, İlqar Kamil
9-cu Mərtəbəİlqar Kamil · Qapı Psixologiya Mərkəzi · 202514 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Şeir adı ilə kamuflyaj edilmiş istismar.
2/10
·208 syf.··
2025 8. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Haziran 2025 23:29
Kitab ilk baxışdan çox şey vəd edir. Qadının gücü, travmalar, sağalma, sevgi, itki, dirçəliş. Bütün bu mövzular doğrudan da dəyərli və vacibdir. Üstəlik, yazı stili çox sadə, axıcı sanki gündəlik kimidir. Bəzən elə alıntılar çıxır ki, insanın içindən gəlir onları paylaşa, dostuna oxuda. Amma işin “bal” tərəfi bu qədər şirin deyildi. Çünki kitaba başlayan kimi mətnlə bərabər gələn rəsmlər və bəzi cəsarətli adlanan iyrənc ifadələr dəhşətə gətirdi məni. Bu kitabın orjinal adı "Milk and honey"dir, amma məncə “body and drama” olsa, daha yerinə düşərdi. Açırsan, bir-iki poetik cümlə, ürəyin yumşalır, “həə, bax bu qəşəngdi” deyirsən.. Sonra hop! Qarşında cinsəllik, çılpaq qadın bədəni və bunların şəkilləri, ifadə etmək istəmədiyim daha nələr və sairə. İlk səhifələrdə düşündüm: "Bu qız çox şey keçib, yəqin hisslərini yazıya tökür." Sonra fikrim dəyişdi: "Yox e, bu nə danışır?!" Mən ədəbiyyat oxumağa gəlmişdim, amma sanki səhvən birinin şəxsi gündəliyinə girmişəm. Və bu gündəlik çox.. gərəksiz və kobud şəkildə açıqdır. Bu qədər ağır, həssas və qadına dair mövzulara toxunan bir mətnin, zərif və düşüncəli şəkildə qurulmasını istəyərdim. Əvəzində isə qadın bədəni çılpaq, açıq və bəzən kobud rəsmlərlə təqdim olunur. Hələ utanmadan yan-yörəsinə çiçək, böcək də çəkiblər. Ən əsəblərimi korlayan da elə budur da qadın bədəni sanki sərbəst bədii sərgidir. Burda bu sualı vermədən keçə bilmirəm ki, sən kimsən axı qadın bədənini bütün qadınlar adına danışdırcaq qədər? Və sən nə vaxtdan hiss deyəndə sadəcə çılpaq təsvir başa düşürsən? Poeziya porno deyildi, amma sən o sərhədi də pozmusan. Təkçə bu da deyil ha, bəzi yazarlar sanki özlərini qadınlıq konseptinin baş təmsilçisi sayırlar. Hər yazdıqları özləri üçün yox, sanki ümumi qadınlar adından danışmaq kimi təqdim olunur. Amma bu nə qədər
1000Kitap
Süt ve BalRupi Kaur · Pegasus Yayınları · 20179,7bin okunma
Gözlərindən öpüləsi kitablar da varmış..
10/10
·176 syf.··
2025 4. kitabı
·
31 günde okudu
·
Okunma: 31 Mart 2025 05:48
“Dost kimi sevdiyim hekayətlər, sevgili kimi əzizlədiyim ayətlər var; yazı var, bağrıma sıxar, kitab var, gözlərindən öpərəm,” – deyir yazıçımız. Həzrət Eşq də, sözün əsl mənasında, gözlərindən öpüləsi kitablardandır. Oxuduqca o qədər doğma, səmimi hisslər ötürürdü ki, kitabı bitirəndə əzizimdən ayrılmış kimi hiss etdim. Ona olan eşqi daha zərif, incə, estetik necə ifadə edə bilərdilər, heç bilmirəm. Qorxutmadı, incitmədi, əksinə, yaxınlaşdırdı, daha da sevdirdi. Qəlbimdə çiçəkli bir baxça saldı, solmuş çiçəklərimi suladı. Bir ay boyunca ən səssiz, ən sədaqətli yoldaşım oldu, əlimdən tutdu. İndi artıq sözə nə hacət? Bir kitab bundan artıq nə etsin ki?!:)
Həzrət Eşqİlqar Kamil · İrşad Nəşriyyatı · 202337 okunma
Təhminə və Zaur = Səhra və Nəsimi
5/10
·180 syf.··
2025 1. kitabı
·
20 saatte okudu
·
Okunma: 26 Ocak 2025 18:21
Keçən günlərdə kitab klubumuzda oxucuların sevdiyi janrlar haqqında maraqlı bir müzakirə apardıq. Çoxları hər janrda kitab oxuya biləcəklərini, amma romantika janrında olan kitablara maraq göstərmədiklərini qeyd edirdilər. Onların fikrincə, bu cür kitablar adətən bir-birinə bənzəyir. Hekayələrdə sevgi, ayrılıq, xəstəliklər və peşmanlıq kimi mövzular tez-tez təkrarlanır və bunun onlar üçün yeni bir şey qazandırmadığını düşünürlər. Dünən bitirdiyim kitab da məhz bu xüsusiyyətlərə sadiq kitablardandı:) Ümumi mövzusu tamamilə fərqli olmasa da, daha öncə bənzər məzmunlu bir neçə kitab oxumuşam. Kitab sevgi, anlaşılmazlıq, ayrılıq, ölüm və peşmanlıq üzərində qurulmuşdu. Kitabı ümumi mövzusuna görə Təhminə və Zaur -a çox bənzətdim. Kitabda baş qəhrəman Səhra Bakıda dünyaya gəlmiş və böyümüş, cəmiyyətin müəyyən əxlaqi normalarına uyğun gəlməyən gənc bir qızdır. Ali təhsilini Gəncədə davam etdirən Səhra burada Nəsimi ilə tanış olur. Nəsimi, atasız böyüməsinə baxmayaraq, "Qadağalar şəhərinin"- Gəncənin adət-ənənələrinə uyğun, ciddi və mühafizəkar düşüncəli bir gəncdir. Zaman keçdikcə, Səhranın açıqfikirli davranışları və azad düşüncə tərzi Nəsimiyə xoş gəlməməklə yanaşı, müəyyən anlaşılmazlıqlar yaradır və ayrılıqlar gətirir. Kitabın sonluğu isə oxucular üçün artıq gözləniləndir:) Kitabda canımı sıxan məqamlardan biri Gəncədə Pedaqoji Universitetin qeyd olunması oldu. Gəncədə belə bir universitet artıq mövcud deyil. Bu kimi detalları kitabda görmək kitabı oxumağıma olan tək marağımı da azaldırdı. Kitab boyunca Nəsiminin adını bir dəfə o da sonda qeyd olunması da cansıxan hissələrdəndi. Kitab ümumilikdə yeni bir baxış qazandırmasa da, eyni hadisələri fərqli yaş dövrlərində müxtəlif düşüncə tərzi ilə qiymətləndirməyimə şərait yaratdı. Hər il bu tip kitablarla qarşılaşmağımın
1000Kitap
Eşqin Adı SənsənDilşad Talıbova · Bakı, Teas Press Nəşriyyatı · 2023148 okunma
İyrənclik, rəzillik və dahası var..
2/10
·400 syf.··
2024 38. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Kasım 2024 19:27
Zatən zəif olan oxuma həvəsim son zamanlarda, dərslərimin ağırlığı və bir sıra problemlərə görə yox dərəcəsindəydi. Oxuma həvəsimin bərpa olunacağı ümidi ilə başladığım kitabdan isə bütün varlığımla iyrənərək, soyuyaraq ayrıldım. Şantaj haqqında eşitməyən qalmadı yəqin ki. Yaxşı reklamlar, paylaşımlar sayəsində kitab oxundu və oxutduruldu. Elhan Elatlı -dan bu günə qədər heç kitab oxumamışdım, ilk kitabım Şantaj oldu, ilk və son. Bu kitabı abituriyent olanda eşitmişdim və kənddən Bakıya gələndə çox tövsiyə etmişdilər. Son olaraq, kitab sərgisində oxucular tərəfindən çox sevildiyinə şahid oldum, kitabı əldə etdim və üstəlik imzalatdım da. Sərgidə Elxan bəyin də kifayət qədər öz qələmindən razı qalmasına və sevməsinə güvənərək kitaba başladım. Amma başlamaz olaydım... Kitabın nə özünəməxsus bir fikri, nə də xüsusi bir "alıntı"sı vardı. Sanki bir insanın gündəliyini oxuyurdum. Bildiyimizə görə, kitab avtobioqrafik janrdadır; Ülkər adlı bir gənc xanımın başına gələnlər qələmə alınıb. Amma yazıçının kitaba qatacağı heçmi bir şeyi olmaz?! Normalda çox duyğusal bir insan olduğum üçün, hər şeyə ağlaya bilən mən, buradan zərrə də olsa hiss ala bilmədim. Nəyinki ağlamaq, heç təsirlənmədim də. Kitab təhkiyə baxımından mənə çox quru və zəif gəldi. Necə böyük həvəslə başladım və hər bölüm keçdikcə "bəlkə həyəcanlı hissə qarşıdadır" dedim, "bir az da oxuyum, bir az da" və kitab bitdi..:) Arada özümə sual verirdim ki, doğrudan da böyüdülən kitab budurmu? Kitabda o qədər absurd hissələr vardı ki, Ülkərin faciəsinə gülməkdən üzülə bilmədim. Bəzi şeylərin davamlı təkrarlanması, yazıçının hər bölümdə özünün reklamı isə bir az mənasız idi. Qadın o qədər problem içində ikən hələ də "sevimli yazıçısına" olan sadiq məhəbbəti gözlərimi yaşartdı, vallah!:) Ülkərin və ətrafında olan
İnsan ve Duygular
ŞantajElhan Elatlı · Teas Press · 0498 okunma