Şəhla

Sənə yuxu görünən bu dünyada gerçəkdən körpələr ölür. Şeytanlar gülür yerlə sürünən çiçəkli çəmənlərə, deyib gülənlərə, gedib gələnlərə. Sənin yuxunda acından ölənlər var, bala! Oyan, oyan, deyəcəkdim az qala. Bağışla. Yat! Kaş səni də oyatmaya, sənin də qəm qanına batmaya bu dünyanın əlləri, bu dünyanın türk elləri. Yat! Oyatmasın səni uzaqda kişnəyən o at, böyrümdəki saat, nə də qızanda dəliyə dönən bu fağır, bu yalqız xalq, bu zavallı camaat..
Sayfa 196·Kitabı okudu
Şiir