Şəhla

Rəmzi məna
Unutmaq fəlakətin başlanğıc nöqtəsidir!
Sayfa 36 - Parlaq İmzalar·Kitabı okuyor
Alıntı
Reklam
Yoxsulluq
Mənə şikayət yaraşmaz,Allahım! Ayıb olar ki, deyim sevmirəm mənə verdiyin bu həyatı. Niyə sevməyim ki? Suallarım var sadəcə.. Nə edinm? Dərk etmirəm bu qəliz kainatı! Sənə deməyəcəm ki, məsələn, Niyə ölür insanlar? Sənə qovuşmaq üçün Niyə illa ki, ayrılmalıdır bədənlərdən canlar? Niyə var axı hər başlanğıcın bir sonu..?! Şikayət etmiyəcəm! Yox! Deməyəcəm ki, İlahi, Çox çətindi bizim üçün qurduğun bu həyat oyunu.
Sayfa 30 - Parlaq İmzalar·Kitabı okuyor
Şiir
Yoxsulluq
Biriləri acından ölür Sən öz payınla doymursan deyə.
Sayfa 26 - Parlaq İmzalar·Kitabı okuyor
Alıntı

Şəhla

, bir kitabı okumaya başladı
İlqar Kamil
9.3/10 · 23 okunma
"Tsundoku"
Kitabları alırsan… amma dərhal oxumaq üçün yox. Sanki onları gələcəkdəki özün üçün saxlayırsan. Uzun müddət kitab oxumaq ehtiyacı hiss etmirdim, sadəcə alıb yığırdım. Bəzən özümü buna görə qınayırdım, amma içimdə bir tərəf də sakitcə deyirdi ki, “bunun da bir səbəbi var”. Və qəribədir, bu fikir məni rahatladırdı. Oxunmamış halda bir küncdə yığılırdılar, amma indi anlayıram ki, bu “yığılmaq” heç də boşuna deyilmiş:) (yəniiii, məncəə) Çünki insan inanmaq istəyir ki, hər kitabın öz vaxtı var. Elə bir an gəlir ki, onu əlinə alırsan və içindən keçir: “hə, indi məhz bunun vaxtıdır.” O vaxta qədər isə kitab sadəcə gözləmir… sanki səninlə birlikdə yetişir. Sən dəyişdikcə, o da sənin üçün başqa cür açılır. Bir az qəribə səslənir, amma çox incə bir həqiqəti var: kitablar da insan kimi vaxt istəyir. Sən də. Hətta yaponların buna bir adı da varmışş "Tsundoku". Yəni kitabları alıb oxumadan yığmaq… amma içində gizli bir inamla: bir gün onların hər biri öz anını tapacaq. İndi isə hiss edirəm ki, o an gəlib. O “bir gün” dediyim gün. Və mən o köhnə dövrü yavaş-yavaş tarixə qovuşdurmaq istəyirəm. Kitabları sadəcə topladığım yox, onlarla həqiqətən görüşdüyüm bir yerə keçirəm. Xoş gəldim. ✨️🪽
1000Kitap
Reklam