Şəhla

Elm tarixində "Nyuton pərpərəsi" adıyla məşhur olan eksperimentin bizə demək istədiyi budur ki, sürət bir çox şeylərin qatilidir. Fəsilləri bir-birindən ayırmaq, rənglərin bütün çalarlarını dərindən duymaq istəyirsinizə, dayanın və..sevin!
Sayfa 72 - İrşad Nəşriyyatı·Kitabı okudu
İnsan ve Duygular
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Hə, əzizim, gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan..Sən də bazar piştaxtalarında boy-boy sərilmiş hər hansı bir qəzetsən: axşam düşüb, alver bitib və bazara soxulan avara külək indi də səni piştaxtanın üzərindən qopardıb ayaqlar altına salmağa çalışır..
Sayfa 65 - İrşad Nəşriyyatı·Kitabı okudu
1000Kitap
Əlbəttə, əzizim, insanın (və insanlığın) həyatdakı ən böyük məşğuliyyəti məhz onu tapmaq olmalıydı- nə üçün yarandığını! Lakin insan gedib elə bəsit şeylərin dalınca düşdü ki..
Sayfa 63 - İrşad Nəşriyyatı·Kitabı okudu
Alıntı
İnsan orucu!
Ey bu mübarək ayda haram tikəyə həssas olan əziz xalqım, cəmiyyətim, ümmətim! Haram adama da həssas olun!
Sayfa 61 - İrşad Nəşriyyatı·Kitabı okudu
Alıntı
Eşq..
Hansı daşı qaldırırsan, altından eşq çıxır, hansı qapını açırsan, üzünə eşq boylanır. Məsələn, gözəl aydı, namaz qılır, oruc tuturuq, haradan bilək ibadətlərimiz qəbuldu, ya yox, hardan bilək ziyafətimiz Rəbbimizin istədiyi kimidi, ya yox? Cavabı, məncə, yenə eşqdə axtarmaq lazımdır. Şair demiş: Gər cəzbeyi-eşq olsa, gətirrəm, necə gəlməz? Gər cəzbeyi-eşq olmasa, gəlsə, vecə gəlməz.
Sayfa 59 - İrşad Nəşriyyatı·Kitabı okudu
İnsan ve Duygular