Şəhla

Məktub 15.
Buz kimi tənhalıqdı hər tərəf, Qar yağsaydı, adam düzəldərdim özüm üçün; Darıxsın mənim üçün..
Sayfa 85 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
İnsan ve Duygular
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Məktub 11.
Necə demişdi o kişi: tələsməsəydim, çoxdan çatmışdım!
Sayfa 61 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
Alıntı
Məktub 7.
Başa düşmürlər ki, bu, hərdəmxəyallıq məsələsi deyil, sadəcə, həyata keçə bilməyən arzular isti asfalt kimidir, üstündə çox durmaq olmur, yandırır-yaxır ayaqlarını, ya gərək eləcə atılıb-düşəsən, ya da tez-tez yerini-arzunu dəyişəsən..
Sayfa 44 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
1000Kitap
Çünki sən hamıdan fərqli gözlədin!♡
Gözlə məni, mən qayıdacam, qoy hamı öldü desin, unutsun, bezsin gözləməkdən amma sən yenə də, yenə də gözlə məni! Șeirin nüvəsi sonluğundadır; əsgər deyir, mən bir gün doğrudan qayıdacam, hamı deyəcək ki, bəxtəvərin bəxti gətirdi deyə ölmədi, nə şanslı adamdır deycəklər, müharibədən sağ çıxdı. Yəni hamı iși bəxtə, șansa bağlayacaq. Ancaq bir sən və bir mən, sadə sən və sadəcə mən biləcəyik ki, əslində, məni o dəhşətli od-alovun içində qoruyan sənin GÖZLƏMƏYİN oldu, yəni sən gözlədin deyə mən qayıda bildim, yəni məhz bu intizar xilas etdi məni. Çünki sən hamıdan fərqli gözlədin!
Sayfa 38 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
Alıntı
Məktub 5.
"Göz yaşları əbədidir, tükənməzdir; əgər kimsə ağlamağa başlayırsa, deməli, hardasa başqa biri ağlamağını dayandırıb" ..bəs görəsən, mənim göz yaşlarım kimin göz yaşlarının davamıdır..?
Sayfa 35 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
Alıntı