Şəhla

Məktub 29.
Özün fikirləş də, dəlilik nə deməkdir? Ağılın işdən düşməsi, beləliklə, insanın ürəklə idarə olunması! Ürəklə idarə olunan bir dünya təsəvvür elə, samanlıq seyran olmazmı? Yeni hoqqa-zad deyil, vallah! Misal üçün, "dəli șeytan deyir, ver bu evi o uşaqlara!" "Dəli șeytan deyir, bağışla hamısın getsin". "Dəli şeytan deyir, sındır eqonu, yaz ona.." Gör hələ bunların içində bircə dənə pis șey var? Allah tərəfi də! Ay sağ ol! Nə sirdirsə, "dəli şeytanın" dedikləri hamısı qəşəng söhbətlərdir - yəni elə şeytanın da dəlisi gözəldir. İşləri korlayan, hə, ağıllı olanıdı, üstəlik də sıxıcı, monoton..
Sayfa 140 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
Alıntı
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Məktub 26.
..burda heç nə keçmir, ömrüm-günüm, zaman sanki navalçalarda buz bağlayan sular kimi yarı yolda donub qalıb, axmır, yerimir, yürümür, yaralar sağalmır, iniltilər susmur, burda heç nə bitmir, nə gül, nə çiçək, nə də bu lənət müharibə! Bitən yalnız gənc ömürlərdir..
Sayfa 135 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
Alıntı
Məktub 20.
..insan yerli və göylü yaradılışdır, Fəlsəfə dərslərində oxuyurduq, yadımdadır, insan yer qanunlarına uyğun varlıq kimi yaşayanda çirklənir, çünkü yer qanunları çirklidir, onlar insana belə deyir: çap, tala, yırt, doğra, yetər ki güclü ol, yetər ki həyatda ol, yetər ki hər şey sənin olsun, eynən heyvanlardakı kimi. Bilirsən, yer qanunları bir yandan baxan da elə ən məntiqli qanunlardır, məntiqə sığmayan- göy qanunlarıdır: rəhmin gəlsin, başqalarını qabağa sal, dürüst ol, tamahını öldür, nə bilim nə... Belə çağırışlarla yerdə yaşamaq olar? Bəlkə də, elə ona görədir ki, biz yaxşı insan görəndə deyirik, adam sanki bu dünyanın adamı deyil..
Sayfa 106 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
Alıntı
Məktub 19.
Salam-sağol.. Sadəcə, bu qədər. Bəzi ömürlər də bax belə qısa olur..
Sayfa 101 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
1000Kitap
Məktub 18
Biz ürəyi sevdalı Rumilərik və addımımızı atmışıq, yol olmada da, yaranacaq! Mütləq yaranacaq!
Sayfa 99 - Qapı Psixologiya Mərkəzi·Kitabı okudu
Alıntı