İvan Qonçarov - Oblomov
İvan Qonçarovu "Adi əhvalat" əsərilə tanıyıb, çoxxx sevmişdim. "Oblomov" əsəri ilə uzun zamandan bəri tanış olsam da və kitab kitabxanamda bir neçə ildir ki, mövcud olmuş olsa da, kitabı oxumağa bir az tənbəllik edirdim. Bunun bir neçə səbəbi var idi. Lakin əsas səbəb kitabı oxuyan dostların əsər və qəhrəman haqda yanlış təəssürat yaratması idi. Əsərə başlamazdan öncə vecsiz, tüfeyli, alçaq, mənfur, pislik, şəxsiyyətsiz bir insanın həyatını oxuyacağımı zənn edirdim... Bir xeyli yanıldım. Əslində, Oblomov yanlış tərbiyənin, həddən artıq ərköyün böyüdülən, uşaqlıq duyğuları, enerjisi boğulan, heç bir əziyyət, çətinlik görməyən, hər işi onun əvəzinə görülən və üzərinə heç bir məsuliyyət qoyulmadan böyüdülən bütün uşaqların və Oblomovun valideynləri isə, onu bu qədər vecsizliyə sürükləyən bütün valideynlərin protoripidir. Hansı ki, cəmiyyətimizdə minlərlədir. Oblomov bütün həyatının belə keçəcəyinə inanmışdır. Hər şey rahat, əziyyətsiz, hazır gələcəkdi önünə. O sadəcə bunlardan zövq alacaqdı. Xəyallar - Cənnət, gerçəklik - Cəhənnəm!
Oblomov ağadır, amma sizin bildiyiniz ağalardan deyil, üzüyumşaqdır, mərhəmətlidir, pulunun hesabını, hara, nə qədər, nə üçün xərcləndiyini bilmir. Ətrafını fırıldaqçılar sarıb. Hərə bir tərəfdən talayır... Bəs, Oblomov nə edir? Heç nə! Həyata pəncərə arxasından baxır! Bütün uşaqlıq arzuları, xəyalları, hədəfləri kağız üzərində, sadəcə xülya olaraq qalıb. Evdən çıxmaq, insanlarla ünsiyyət qurmaq, dünyada baş verənləri öyrənmək, müzakirə, müdaxilə etmək - bütün bunlar ona görə deyil! Hətta bütün bunların ona nə dəxli var ki?! Həyat axıb gedir, o isə sağalmaz bir xəstəliyə məhkum olub.
Əsər, dil, mövzu, oxunaqlılığı baxımından həqiqətən möhtəşəmdir! İnsanı özünə çəkir, oxuduqca oxumaq istəyirsən, Oblomovmun taleyinə