Bu gün sizinlə Gülüstan Prospekti kitabının mühüm nöqtələri barədə danışacağıq. Kitabda hadisələri danışan Şəhid Əli Çitsazinin xanımı bu qadındır. Əlini sinəsinə qoyan oğlan isə atasını heç vaxt görməyən həmin uşaqdır. Bu qadın Əliağa ilə cəmi 1 il bir neçə ay evli olub və bir ömürdür ki, onun xatirəsi ilə yaşayır. Kitabı mütaliə etsəniz görərsiniz ki, bu qadın ömrünün 30 ilini nə qədər çalışıb ki, Əli barədə xatirələrini unutmasın. Əliağa evliliyinin çox hissəsini də cəbhədə olub. Nəhayət ki, bu xanıma fürsət yaranıb ki, həmin xatirələri kitab halına salsın. Bu qadın həyat yoldaşına olan sevgisini kitabda necə gözəl qeyd edib; bir gün mərd adamla yaşamaq, bir ömür namərd adamla yaşamaqdan gözəldir. Şərq insanını qərb insanından fərqləndirən ən mühüm xüsusiyyətlərindən biri bax budur deyə düşünürəm: vəfa və qədirbilməklik. Elə buna görə də yer üzünün ən ağır eşq əsərləri Leyli-Məcnun, Fərhad-Şirin şərqdə yazılıb...
Aşk
Unutmadıq!
10 il keçdi.Ancaq yaramızın üstü hələ də qabıq qoymayıb,qoymayacaq.Hər şey dünən kimidir… O qorxu,o həyəcan,o yalvarış,atamın gecəylə bizi evdə tək qoyub səngərə getməsi və yaşaya bilmədiyimiz uşaqlıq illəri… Müharibə bizdən uşaqlığımızı,gəncliyimizi aldı… Müharibə bizdən ən sevdiklərimizi,uşaq vaxtı qazandığımız əmi-dayıları aldı… Müharibə bizdən bir tək atamızı almamışdı.Onuda bir mina apardı… Bu il yas saxlamayacaqsan.Çünki,doğum gününü Şəhid qardaşlarınla birlikdə qeyd edəcəksən,ata…❤️‍🩹🥀 Ruhlarınız şad olsun…🙏🏻🥀

İşıq

@EfruzeEhmedovaaa
·
Aprel döyüşləri
İndiki kimi yadımdadır.2 aprel şənbə günü idi.8-ci sinifdə oxuyurdum.O vaxtı bizdə şənbə günüdə dərs olurdu.Axşamdan çantamızı,dərslərimizi hazırlayıb,səhəri dərsə getmək üçün səbrsizliklə yatdıq.Amma axşam eşitdiyimiz o səslər,atama dayanmadan gələn zənglər,atamın yuxulu-yuxulu zəngləri açıb sonradan müharibə başladığı xəbərini deməsi,əsgərlərin atama zəng edib:-"Dayı təkik nolar gəl yanımıza" demələri... Atam həmin günü bizi evdə qoyub getdi.Səbəbində soruçanda:-"Ordakılarda mənim balamdı axı,onlarında yanında olmalıyam" dedi.Atam hələ evdən çıxmamış qonşuların yavaş-yavaş qəsəbədən çıxdıqların görəndə,hərbiçi övladı olmaq nə deməkdir çox yaxşı anladım.Səhəri diri gözlü açdıq.Qonşumuzda bir qoca kişi var idi.Məhləmizin ağsaqqalı rəhmətlik Qurban kişi.Onlar səhər evdən çıxmağa hazırlaşanda bizə yaxınlaşıb:-"Gəlin bizlə gedək maşında yer var"dedilər,biz isə ağlayaraq atamızı gözlədiyimizi dedik.Baba ağlaya-ağlaya atama zəng edib:-"Xanı,bala mən evdən çıxıram amma uşaqları burda qoyub gedə bilmərəm,deyirəm gedək,deyirlər atamızı gözləyirik" dedi.Atamda: "Siz gedin,yoldayam gəlirəm" dedi.Gəlirəm sözünə nətər sevinmişdik bir bilsəz.Nəhayət atam gəlib çıxdı.Sanki müharibə deyil,çöldə dünya dağılmır kimi,rahatca gəlib evə keçdi.Yemək hazırlayın yeyim dedi.Tez olsun deyə anam yumurta bişirdi.Heç bəlkədə o yumurtanı nətər yedi özüdə bilmədi.Bitirəndən sonra üzümüzə baxıb "çıxmaq istəyirsiniz evdən?"dedi.Bizdə sakitcə başımızı salladıq.Gülərək"səy uşağı nədən qorxursunuz,siz mənim balalarımızsınızey"dedi.Amma nəhayət bizi evdən çıxardı.Çox uzağa apardı desəm yalan olar.Qonşu kənd Üçoğlana,rəhmətlik babamın evinə apardı.Bizi onlara,onlarıda Allaha əmanət edib,görüşüb kənddən çıxdı.2 günü orda keçirdik.Aprelin 5i atamın doğum günü idi deyə şirniyyat falan bişirib guya səhəri
Düşünce
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Belə!
Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub Əli Şəriəti.
Alıntı
Heç cür anlaya bilmirdim! Kərbəlada zalımlar və qatillər İmam Hüseyn (ə) şəhid edərkən... “Mən müsəlmanam” deyənlər necə Yezidin tərəfində saf tutmuşdular? Aşkar olan zülmün qarşısında necə mövqe tuta bilməmişdilər? İmamı necə tək-tənha qoymuşdular? Tək qoymağı hələ kənara qoyuram, necə olub ki, Yezidə dəstək vermişdilər? İndi anlayıram!
İnna Lillah və inna ileyhi raciun
مِّنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzirlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (özəhdlərində) heç bir dəyişiklik etmədilər.
Din
📖📌Bəzi kitablar var ki, onları oxuyub bitirmirsən, onlar sənin içinə hopur. Şəhid Muhəmməd İbrahim Himmətin həyat yoluna işıq tutan bu xatirələr toplusu tam olaraq belə bir əsərdir.
Alıntı