İmam Hüseynin qurmaq istədiyi və tanıtmaq yolunda şəhid olduğu hökumətdə yeyinti, müstəsna hüquq, qohumbazlıq, hədislərin dili ilə desək, "istisar", yəni "müstəsna hüquq, öz mənafeyini xalqın mənafeyindən üstün tutmaq, ümumi imkanlardan şəxsi məqsədlər üçün istifadə etmək", indiki dillə desək, qanunsuz mənimsəmə qadağandır. Əlinin həzrət Peyğəmbər və Quranın təlimləri əsasında qurmaq istədiyi, yolunda çoxsaylı insanın şəhid olduğu, zəhərlənərək öldürüldüyü, zindana salındığı İslam hökuməti təfəkküründə böyük günahlardan olan "istisar", ayrı-seçkilik, hökumətin imkanlarından sui-istifadə və yeyinti ilə mübarizə də var idi. Çünki halal günah deyilən bir şey yoxdur. İslama görə, qanuni və yaxşı oğurluq deyilən bir şey yoxdur. Həm o vaxt, həm də indi sülh dövrünün qəhrəmanları çox danışır, az iş görürlər.
Sayfa 35 - “İrşad” Nəşriyyatı·Kitabı okuyor
Kitap Alıntısı
GENERAL POLAD
Vətən yola salır şəhid Poladı, Üçrəngli bayrağa bürünüb gedir. Onun qazandığı şəhidlik adı, Ən ali rütbədən uca rütbədir, Torpaq qucaqlayır ər şəhidləri, Bu Vətən bölünməz, şəhidlər ölməz. Yurdumun, xalqımın nər igidləri Sınar polad kimi, ancaq əyilməz. Yaşadı ər kimi, öldü ər kimi, İndi də adını el əzizləyir. Şəhid məzarları əsgərlər kimi, Yenə komandirtək onu gözləyir. Şan-şöhrət sevmədi ömrü uzunu, Yalnız Vətən idi şöhrəti-şanı. Çıxarıb çiynindən öz ulduzunu, Taxdı sinəsinə Azərbaycanın. Vətən, ana torpaq - cüt, qoşa qanad, Gedir qələbəyə General Polad. Xalqın tarixinə qanla yazılan, Əbədi qalacaq bu şərəfli ad l!!
Sayfa 129 - Zərdabi Nəşriyyatı·Kitabı okudu
Şiir
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Allahın əmri ilə bu dünyaya gəlib,bu dünyadan gedən insanlarıq.Hər insan bu dünyadan eyni cür getmir.Amma şəhid olmaq,bax,bu hər adama nəsib olan ölüm deyil.
Sayfa 59·Kitabı okudu
- Siz... siz... insanları ədalətə çağırırsınız. Onları inanmağa çağırırsınız. Amma... özünüz inana bilmirsiniz! Allahdan başqa heç kəsdən qorxmadığınızı deyirsiniz, şəhid səhabələrdən danışırsınız, amma bir barmağınızdan çıxacaq bircə damla qana görə Allahınızı da, dininizi də tapdaq altına atarsınız. Sonra diz çöküb dua edərsiniz ki, sizi bağışlasın Allah. Bəs mübarizə?
Sayfa 75·Kitabı okudu
Vətən Sahibi - əsl qəhrəman
"Vətən Sahibi” kitabı həqiqətən yaşamış və şəhid olmuş Sahibin həyatından bəhs edir. Əsər onun ailəsinin, dostlarının və döyüş yoldaşlarının xatirələri əsasında yazılıb. Kitabda Sahib dürüst, lider ruhlu, nizam-intizamlı və qərarlı bir insan kimi təqdim olunur. O, ailəsini çox sevən, dəyərlərinə bağlı və səxavətli biri idi. Sevdiyi xanımla evləndikdən sonra qurban kəsib paylaması bunu açıq şəkildə göstərir. Sahib yalnız ailəsinin deyil, kəndinin və həyat yoldaşının da qəhrəmanı idi. Kitab oxucuda həm qürur, həm də kədər hissi yaradır və vətən uğrunda canını fəda edən insanların dəyərini göstərir.
Bu kitabı yazıb ərsəyə gətirdiyi üçün Nuray Rəşidə sonsuz təşəkkürümü bildirirəm.
1000Kitap
- Onlar bir olan Allahın peyğəmbəri, rəsuli-xudanın vəsisi Əliyyəl-Mürtəzanın amallarını yaymaq uğrunda şəhid olmuşlar. Mənim də yolum Əli yoludur. Əlinin Qəmbərinin Qəmbəriyəm. - Əfv et! Qəmbər bizlərdə bax bu ayaqlarımız altındakı qara bülöv daşına deyərlər. Sən ürəyi bərklikdə qəmbərsən, ya nədə? Sultanım xanımın sözləri İsmayılın qəlbinə qılınc yarasından da acı bir yara vurdu...
Sayfa 119·Kitabı okudu
Alıntı