Ve son...
Ötanazi Okulu 4.
Artıq Ötanazi deyilən bir yerin olmadığını bilmək məni çox sevindirir. Artıq hər şey sona çatdı. Hərkəs layiq olduğu yerdədir. Bu kitab məni çox duyğulandırdı. Hansından başlasam?
Yeşil'in artıq danışa bilməsindən mi, onun artıq "Taşıyıcı" olmadığındanmı, artıq sağlam ürəyinin olmağındanmı, Emily, Deborah, Sofia, Anastasianın "Ötanazi" deyilən cəhənnəmdən canını qurtarıb azad olmalarını mı danışım. Bu hissələri çox sevmişdim, ən çoxda Yeşil'in sağlam ürəyi ilə Drew'ə qovuşmasını. Yeşil'dən fərqli olaraq mən həmişə mutlu sonlu kitabları oxuyuram, eyni "Ötanazi Okulu" kimi. Mənim üçün ən maraqlı olan Sam Green və Müdür Wood'un sonu idi. Onlarda layiqincə cəzalarını aldılar. Sizə də maraqlıdırsa, zövqlə açıqlayım. Müdür Wood- ya da Tanrının varlığına inanmayan, özünü "Tanrı" adlandıran aciz bir adam genini mutasiya uğratdıqları ilanın sancmasıyla cəhənnəmə vasil oldu. Hər kəs öz silahı ilə ölərmiş. Sizcə Sam Green'in sonu necə oldu? Əlbəttə 15 ildi həyatını məhv etdiyi nəvəsinin, yəni Yeşil'in intiqam hissi ilə qəlbi alışıb-yanan "Gölge"si tərəfindən öldürüldü. Bu hissəni oxuyanda heç acımadım, sıfır duyğu hissi. Çünki, Drew, yox, o an Drew olmurdu artıq , "Gölge" Sam Green'in Yeşil'dən aldığı ürəyi üçün o gecə onun ürəyini almışdı. Onu bu 15 ilin acısıyla öldürmüşdü.
Bəs ən çox ağladığım, eyni zamanda heyran olduğum hissə hansıydı.Təbii ki, Vanessa Green'in gücü. O dışından sərt, amma içindən çox qayğıkeş, qoruyucu, həssas görünən biriydi. 2-ci kitabda onu çox sevmədiyimi söyləmişdim, bu kitabda isə ona heyran oldum. Yeşil üçün onu sevən tək insanı-babası Sam Green'in ürəyini belə almağa hazır olan cəsarətli bir qadından danışıram. Desəniz niyə özünün ürəyini vermirdi? Bəli, o da Yeşil üçün test vermişdi, hərkəsdən gizli, amma nəticəsi