Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Suyu qaçmış hovuza Bənzəyir dəniz indi. Solğun yerlərdə qalır Saldığın hər iz indi. Toy günü yarı qaçmış Gəlinlərə bənzəyir Ağ paltarlı buludlar... Sən gələndə Çiçəklər açılardı. Sən gələndə Daşlar da gül açardı. Sən gələndə Kədər məndən qaçardı... Gündüzlərin səması Nədənsə indi bumbuz... Gecələr başım üstə Hə ay yanır, nə də ulduz Nədənsə, bu xoş baharda Sarı yarpaqlar açır Söykəndiyim ağaclar...
“Solğun çiçəklər”
Vicdan! Vicdan! Pələngi-biaman! Vəhşiyi-canistan! Fəlakətlər təcəssüm edib nizələr kimi insanın gözünə batsa da, ildırımlar hiddətlənib insanın vicdanına hücum etsə də, səmalar tənəzzül edib bombalar kimi insanın başında gur-gur partlasa da, yaralı vicdanın xəfif iniltisi qədər insanı narahat etməzlər. Ah, vicdan!
Reklam
360 syf.
3/10 puan verdi
·
7 günde okudu
İkinci cildə “Vəfalı Səriyyə”, “Solğun Çiçəklər”, “Nəsrəddin Şah”, “Ulduz”, “Ədirnə Fəthi”, “Aydın”, “Oqtay Eloğlu”, “Od Gəlini” pyesləri daxildir. "Vəfalı Səriyyə" Qıza özünün alınıb-satılan malı kimi baxan, onun bir əşya kimi heç bir hissinin olmadığını düşünən ailə böyükləri, pulu görüb dini unudan "din adamları", siğə kimi dinin adına ləkə kimi yaxılmış molla uydurması əməllərə ən böyük savab donu geyindirilməsi və s. Qısası 20-ci əsrin əvvəlləri Azərbaycan yaşayışı. "Aydın" Xəyanət bataqlıq kimidir. Kirlənmədən o bataqlıqdan çıxmaq mümkün deyil. İlk vaxtlarda bataqlıqdan öz gücün hesabına çıxa bilərsən. Bunu etmədikdə, o səni bir az da çəkəcək. O qədər ki, artıq özbaşına çıxmaq mümkün deyil. Gərək kimsə əlindən tutsun, səni o bataqlıqdan dartsın, çıxarsın. Dəstək olacaq heç kim yoxdursa, batırsan, batırsan, çıxmağa çalışıb çapaladıqca daha çox batırsan və sonda yox olub gedirsən.
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200564 okunma
“Solğun çiçəklər”- Cəfər Cabbarlı
Gül dövrəsini tikanlar bürüdüyü bir halda, bülbül ona yanaşa bilərmi?
360 syf.
·
Puan vermedi
·
Beğendi
Cəfər Cabbarlının pyeslərini əsasən bəyənirəm: dili anlaşıqlı, qəhrəmanları xarekteristik xüsusiyyətlərə sahib obrazlardır. Hətta "Aydın" tamaşasına teatrda baxmaq şansım olmuşdu. "Solğun çiçəklər"insə tele tamaşasına. "Almaz", "Ulduz" kimi əsərləri bir qədər aktuallığını itirmiş ola bilər dövrünün düşüncələrini daşıdığı üçün.
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200564 okunma
Solğun Çiçəklər
Sara, qorxulacaq bir şey yoxdur, mən səni sevirəm, sən məni. Mən sənsiz yaşaya bilmərəm, sən mənsiz. Kimsə bizi birbirindən ayıra bilməyəcək. Ayırdılar...
Reklam
Solğun Çiçəklər
Gül dövrəsini tikanlar bürüdüyü bir halda, bülbül ona yanaşa bilərmi?
Solğun Çiçəklər
Sənin xoşbəxtliyin mənim həyat və səadətim deməkdir.
Solğun Çiçəklər
Qorxma, mən gecə-gündüz pərvanə kimi dövrənə fırlanıb, sənə gələcək bəlaları sinəm ilə qarşılaram.
21 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.