“Səni sevirəm, çünki sənə ehtiyacım var”
8/10
·218 syf.·
2026 9. kitabı
“Səni sevirəm, çünki sənə ehtiyacım var. Sənə ehtiyacım var, çünki səni sevirəm.” (Erich Fromm) Bu kitaba rəy yazmağı çox istəyirdim, amma kitab özü deyiləcək hər şeyi o qədər aydın ifadə etmişdi ki, nə obrazları tədqiq etmək, nə də hekayəsindən bəhs etmək marağımı çəkmədi. Amma sırf hekayəsini “özümküləşdirmək” üçün qısa da olsa, fikirlərimi yazmaq istəyirəm. Skandinav ölkələrinin soyuq iqliminin sakinlərinin münasibətlərinə də əks olunduğunu bilirik. Azərbaycan modelindəki ailədə böyümüş insanlar üçün başqa mədəniyyətin ailə strukturu qəribə gəlir. Bunu bilirsiniz nəyə oxşadıram, məsələn, ilk dəfə dostunuzun evinə getmisiniz, ailəsiylə vaxt keçirirsiniz. Görürsünüz ki, ailə modelləri bir-birindən nə qədər fərqlidir. Həqiqətən də, Tolstoyun dediyi kimi “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.” Çoxumuzun ailəsi elə bir cür bədbəxt olduğu üçün başqasının xoşbəxtliyinin özü də zidd gəlir adama. Fərqlidir, “normal” deyil, qəribsəyirsən, amma əsas onu görürsən ki, mövcuddur, belələri də var imiş. Başqa mədəniyyətlərin ailə daxili münasibətləri barədə oxuyanda və ya nəyəsə baxanda eynilə o hissi keçirirəm. Bu kitab da məndə kiminsə evinə gizlincə girib qapının arasından içəri boylanırmış hissiyyatı vermişdi. Ən bəyəndiyim şeylərdən biri Yana obrazının özü idi. Harrietlə Oskarın münasibətindəki çatların uşağa yansıdılmasının onun gələcəkdəki xarakterinə, şəxsi münasibətlərinə, hətta görünüşünə və sağlamlıq problemlərinə əks olunmasının təsvir edilməsi əsəri emosional intellekt cəhətdən güclü edir. Həmçinin, hər obrazın perspektivindən müəyyən qədər oxuyub görmək imkanı olduğu üçün daha yaxşı empatiya qura bilir, onları qınamaqda çətinlik çəkirdim. Təkcə Oskar barədə daha çox oxumaq istəyərdim. Kitabda Harrietin ciddi
Malma StansiyasıAlex Schulman · Fabula Kitab · 20255,5bin okunma
10/10
·192 syf.··
Beğendi
·
2026 28. kitabı
·
30 saatte okudu
·
Okunma: 28 Şubat 2026 11:44
Heyvanıstan ilk baxışda sadə bir hekayə kimi görünür: fermadakı heyvanlar üsyan edib sahiblərindən qurtulurlar. Əslində bu sadə hekayənin altında XX əsrin ən böyük siyasi dramlarından biri gizlənir. Heyvanıstana rəhbərlik edən donuz Napoleon təsadüfi obraz deyil. Onun simasında Joseph Stalin ümumiləşdirilmiş şəkildə canlandırılır. Hakimiyyətə münasibəti sadə və sərtdir: qorxu yaratmaq, gücü əlində toplamaq və həqiqəti dəyişdirmək. Əsərdə Napoleonun əsas rəqibi digər lider donuz Snoubolldur və o, Leon Trotsky obrazının alleqoriyasıdır. Üsyan zamanı Snouboll daha fəaldır, daha enerjilidir. Gözəl natiqdir, intellektualdır və Napoleondan fərqli olaraq daha ziyalı, daha demokrat təsiri bağışlayır. İnqilabın gələcəyi haqqında təsəvvürü də fərqlidir. Lakin tarixdə tez-tez gördüyümüz bir qanun burada da işləyir: ideyalar çox vaxt güc qarşısında məğlub olur. Necə ki, Joseph Stalin Trotskini Sovet İttifaqından qovmuşdu, Napoleon da Snoubollu fermadan - Heyvanıstandan didərgin salır. Bundan sonra bütün repressiyalar onun tərəfdarlarına qarşı yönəlir. Napoleonun hakimiyyətini qoruyan əsas mexanizm isə təbliğatdır. Bu təbliğatın siması Çığırğandır. Bu obraz həm Vyacheslav Molotov fiqurunu, həm də sovet təbliğatının əsas ruporu olan Pravda qəzetini təcəssüm etdirir. Çığırğan həqiqəti dəyişdirmir, sadəcə yenidən izah edir. O, dili elə manipulyasiya edir ki, prinsiplərin dəyişməsini heyvanlar hiss etmir. Beləcə onların düşüncəsini idarə edir. Bir tərəfdən də qoyunlara baxsaq, onların öz düşüncələrinin olmaması bir qırağa dursun, həm də onlara təlqin olunan şüarları təkrarlamaqla düşünə bilən heyvanları da susdururlar. Bu da kütlə psixologiyasının təhlükəsini göstərir. Göstərir ki, avtoritar rejimlərin hakimiyyətini qoruyub saxlamasında ən əsas istifadə etdikləri düşünməyən
1000Kitap
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,7bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Güc, sədaqət və “ədalət”
8/10
·447 syf.·
2026 1. kitabı
Mario Puzonun Xaç atası romanı yalnız kriminal ədəbiyyat nümunəsi deyil. Əsər müasir dövrdə hakimiyyətin necə qurulduğunu, legitimlik anlayışının hansı şərtlərdə formalaşdığını və ailə institutunun güc mexanizminə necə çevrildiyini göstərən sosial və psixoloji romandır. Romanda mafiya dövlətə alternativ bir nizam kimi təqdim olunur. Don Vito Korleone qanuni sistemdən kənarda dayanır, lakin onun qurduğu münasibətlər şəbəkəsi klassik dövlət funksiyalarını yerinə yetirir. O, münaqişələri həll edir, təhlükəsizlik yaradır və sosial balansı qoruyur. Burada Puzo oxucuya açıq şəkildə demir ki, mafiya haqlıdır. O sadəcə göstərir ki, rəsmi institutlar zəiflədikdə qeyri rəsmi hakimiyyət formaları meydana çıxır. Əsərin mərkəzində Maykl Korleonenin transformasiyası dayanır. Maykl əvvəlcə ailədən və mafiya dünyasından uzaq durmağa çalışan bir obrazdır. Onun seçimi rasionaldır, amma hadisələrin gedişi bu rasional mövqeni tədricən mümkünsüz edir. Mayklın mafiya liderinə çevrilməsi ani deyil, mərhələli və psixoloji baxımdan əsaslandırılmış prosesdir. Bu dəyişmə azad iradə ilə tale arasında olan gərginliyi üzə çıxarır. Romanın ideoloji yükü güc anlayışı üzərində qurulub. Güc fiziki zorakılıqdan çox nüfuz, səbr və strateji düşüncə ilə əlaqələndirilir. Don Vito açıq zorakılığa nadir hallarda müraciət edir. O, münasibətləri borc və sədaqət üzərində qurur. Maykl isə bu sistemi daha soyuq və mexaniki şəkildə davam etdirir. Bu nöqtədə roman klassik liderlik modeli ilə müasir bürokratik hakimiyyət arasındakı fərqi göstərir. Qadın obrazlarının passiv mövqedə qalması romanda patriarxal strukturu gücləndirir. Kay və Apollonia hadisələrin mərkəzində deyil, nəticələrində yer alırlar. Bu isə mafiyanın yalnız cinayət deyil, eyni zamanda sosial travma yaratdığını göstərir. Hakimiyyət yalnız onu
Edebiyat
Xaç AtasıMario Puzo · Qanun Neşriyat · 20113,047 okunma
Ölüm Rəqsi
10/10
·176 syf.··
Beğendi
·
2025 15. kitabı
Kitab, nişanlısından bir iz üçün bir əlində çamadan digərində əsa ilə fırtınalı bir havada Vilis Vitols adlı latviyalının limandan Bakıya enməsi ilə başlayır. Tarixlər Çar Rusiyasının son dövrləri və Bakının aclıq, səfalət çəkdiyi zamanları qısaca 'ölümün bakının üstündə rəqs etdiyi zamanları' göstərir. Kitabda dinə, iqtisadiyyata, sosial vəziyyətə, aclığa, zamanın idarəetmə strukturu və özbaşınalığına, azadlıq mübarizəsinə, insan psixologiyasına və s. məsələlərə eyni anda şahid olursunuz. Yazarın 1915-1918 ci illəri Bakıda yaşadığı faktını göz önündə tutsaq, bu zaman əsərdəki hadisələrin, abu-havanın nə qədər real olduğuna dair beynimizdə bir mənzərə formalaşar. Yazarın rəssam olması səbəbi ilə kitabda təsvirlər aydın şəkildə verilib və həqiqətən o atmosferi hiss etmək, bugünkü bakı ilə qarşılaşdırmaq olduqca mistikdir. Ən əsası da 1918 ci il mart ayında neftin rusiyaya daşınması səbəbi ilə çörək üzü görməyən ac xalqın səbr daşının çatlaması ilə azadlıq mübarizəsinə başlaması və başlayan ayaqlanmaların necə erməni-bolşeviklər tərəfindən soyqırıma çevrildiyini, müharibə sonrası şəhərdəki vəziyyəti bir bakı sakini kimi qələmə alıb. Kitabdakı mənzərəyə bakı sakini, aşiq, əcnəbi, xristian inanclı birinin pəncərəsindən baxırsınız. Bunu da qeyd edim ki, kitabdakı təsvirlər bir tarixi fakt kimi deyil, Vilis Vitolisin başına gələnlər, qarşılaşdığı situasiyalar kimidir. Yazar 2.Dünya müharibəsindən sonra komunist rejimə boyun əymədiyi üçün SSRİ-dən sürgün edilib.
Roman
Ölüm RəqsiYanis Yaunsudrabaniş · Teas Press · 048 okunma
Kapitalizm,sosyalizm karşısında İslami ekonomiye bir bakış
9/10
·60 syf.··
2025 49. kitabı
·
5 günde okudu
·
Okunma: 09 Kasım 2025 20:35
İlk baskısı 1967 yılında yapılan ve 1985 8. baskısını okuduğum eser Sezai Karakoç'un bundan 60 yıla yakın bir zaman önce hazırlamış olduğu günümüzün ekonomisini kapitalizm ve komünizm ile mukayese ederek ortaya koyduğu İslami ekonomiye bir bakış diyebileceğimiz ortaya koyduğu tesbitlerle hala güncelliğini koruyan cirmi küçük fakat cürmü büyük bir eser olarak gördüm. Okunması tavsiye ile.
Düşünce
İslam Toplumunun Ekonomik StrüktürüSezai Karakoç · Diriliş Yayınları · 2023647 okunma
9/10
·160 syf.··
Beğendi
·
2024 10. kitabı
·
25 saatte okudu
·
Okunma: 24 Ağustos 2024 00:00
Könülün “46 bənövşəlik” həyat hekayəsi oxucuya insan taleyinin həm zərif, həm də sərt qatlarını göstərir. Bəlkə də o, həyatına bənövşə deyil, qızılgül qoxusu qatmağı bacarsaydı, hekayəsi boynubükük deyil, qürurlu qoxardı... Əsər “Bir adsız əsər var, onu məndən başqa heç kim oxumayıb…” cümləsi ilə başlayır. Və elə bu başlanğıc oxucunu sirr dolu bir daxili aləmə aparır — bir həyat hekayəsinə ki, onu yalnız Emin, Könül və Dərya yaşayıb, amma yalnız Könül (Mənzərə) danışmağa cəsarət edib. Əsərin bədii strukturu birinci şəxsin nəqli üzərində qurulub. Bu, oxucu ilə obraz arasında emosional körpü yaradır. Buradakı “cəsarət” ikiqatdır: əvvəlcə öz həyatını danışmaq, sonra isə onu başqasının hekayəsi kimi təqdim etmək. Bu psixoloji fənd əsəri daha real və eyni zamanda daha gizli edir — sanki müəllif oxucunu bir etiraf otağına salır. Əsərdə sevgi və xəyanət motivləri ön planda görünsə də, onun fonunda ailə münasibətləri və qadın psixologiyasının incə təbəqələri açılır. Murad kişinin qızına dediyi “Vəssalam! Mərmər, bu işdə mən acizəm. İxtiyar sahibi o, özüdür” cümləsi, bir tərəfdən müasir qadınların xoşuna gələcək qədər azadlıq təəssüratı yaradır, digər tərəfdən ata məsuliyyətinin passivləşməsini göstərir. Müəllif burada “seçim azadlığı” ilə “müdafiə ehtiyacı” arasındakı gərginliyi çox dəqiq təsvir edir. Könülün həyatında seçimlər azad, nəticələr isə ağrılıdır. O, istədiyi insanla – Dərya ilə evlənir, lakin bu, xoşbəxtlik gətirmir. Əsərdə məchulluq hissi çox güclüdür: “Eminlə olsaydı, bəlkə...” deyib dayanan cümlə, oxucunun içində də yarımçıq suallar buraxır. Bu, müəllifin açıq sonluq texnikasından məharətlə istifadə etməsidir. Dərya obrazı isə sevginin yox, şəhvətin, yalanın və məsuliyyətsizliyin təcəssümüdür. Onun dilindən səslənən “evlənmək lazımdır, Könül” cümləsi dövrün
46 BənövşəSalam Qadirzade · Xan Nəşriyyatı · 2024706 okunma