Bir çox motivatorlardan daha çox ilhamlandırdı, bu kitab məni. Bir qadının hansı gücə sahib olduğunu,nələrlə mübarizə apardığının şahidi olacaqsınız bioqrafiyada. Hardan haralara…
İnsan istədikdə və istəkləri üçün çabaladıqda, kainatın ona necə şanslar verəcəyini, necə qapılar açacağının bir daha şahidi oluruq. Heç nə səbəbsiz deyil. Varis’in haqlı mübarizəsinə qoşulmamaq əldə deyil. Bəzi mənasız ənənələrin insanları necə şikəst etdiyinə, necə travmalar qoyduğuna daha önəmlisi həyatları bahasına başa gəldiyinin şahidi oluruq. Ümidvaram bu məsələlər tezliklə həllini tapar. Kitab çox təsirli, eyni zamanda çox təbii və səmimi,içtənliklə yazılıb. Yaddaşımda iz etdi.
Mübariz olduğun üçün, çox sağol Varis Dirie!