Puan vermedi
20 dənə kitabı eyni anda oxumağa çalışan mən axır ki bu gün Markezin Qırmızı Bazar ertəsi kitabını qutardım. Bu, Markez əmidən ikinci kitab idi. O biri umumiyyətlə insan içinə çıxılası kitab deyil, burda paylaşam. Zalım oğlu zalım düz əməlli ad qoy da kitaba. Bu kitaba da “Chronicle of a Death Foretold” kobudca tərcümə eləsək- əvvəlcədən bilinən bir cinayətin xronikasi -adını qoyub amma nə hikmətdirsə adı “ kırmızı pazertesi “ deyə tərcümə olunub. Yəqin tərcümə edənlər deyib ki, a kişi bunun kitablarının adı raxvatlı olmur, ora “almadan heyvadan şənbədən bazardan” yaz, ad yeri boş qalmasın. Bu roman, Markezin böyüyüb başa çatdığı bir qəsəbədə baş vermiş real hadisələr əsasında qələmə alınıb. O, bu hadisələri müşahidə eləyəndə hələ uşaq imiş. Birinci, anası deyib, bala, etmə eyləmə, sən bizi yandıracaqsan. Imkan ver oturaq oturduğumuz yerdə. Yazma, ayıbdır, kənd əhalisindən. Markez də mamasına qulaq asır. 40-50 il gözləyib, hekayədə adı keçən yurddaşlarlrı rəhmətə gedəndən sonra yazıb romanı. Özü də deyir ki, ən bəyəndiyim romanım budur. Roman heqiqətən maraqlı idi. Onu fərqli edən şey, kitab başlayan kimi sonunda ne olacağını bilməyim idi. Amma yazarın qabilliyyəti də elə burada üzə çıxır. Hadisələri elə qəşəng ipə düzüb ki, adama lap xoş gəlir. Kitabın sonunu əvvəldən demək, ətli yemək yeyəndə əti lap birinci yeməyə oxşayır, amma yeməyin özü görün necə dadlı olmalıdır ki, əti lap birinci yediyinə görə peşmanlıq çəkmirsən. Bəzi yaşayıcılarımız belə kitab analizlərində kitabın bütün hadisələrini yazır doldurur, bəlkə mən də əvvəl yazmışam, bilmirımə yadımdan çıxıb. Amma daha yazmayacam elə, bəlkə məndən sonra kimsə oxumaq istəyəcək o kitabı, niyə marağını öldürüm ki. Buranı onsuz kitabı açan kimi biləcəksiniz, birinci baxanda bəsit bir namus söz-söhbəti kimi görünən
Edebiyat
Kırmızı PazartesiGabriel Garcia Marquez · Can Yayınları · 202595,3bin okunma
7/10
·160 syf.··
2021 21. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Mayıs 2021 17:06
Salamlar Həyatımda oxuduğum və oxuyacağım kitabların ən qəribə (doğru söz budursa əgər)olanlarından birini bitirdim. Adətən, kitabın üstünə düşünmək, hissləri doluca yaşamaq üçün şərhdən əvvəl 1 gün gözləyərəm. Amma sanki bu kitaba şərhi indi yazmasam bir daha yaza bilməyəcəmmiş kimidi Sevdim mi? İnanın ki, heç bir fikrim yoxdu shshsh Bu sözümdə ciddiyəm, əsəri sevdim mi, sevmədim mi, anladım mı, anladığımı mı zənn edirəm, yoxsa anlamadığımın fərqində miyəm, bilmirəm. Oxuduğum üçün peşman deyiləm, vaxt itkisi olaraq da görmədim, sadəcə bunu deyə bilərəm.. Deməli belə, Əsər 3 bölümdən - hekayədən ibarətdir. Yazıçı əvvəl 3 ayrı hekayə olaraq yayınlayacaqmış. Hətta ilk yazdığı 2ci hekayə, yəni, Moğol Lekesi olub. Ancaq sonradan zehnində bu 3 hekayə birləşib, bir olayın fərqli parçalarına çevrilib... 3 hekayədə də ortaq obrazımız Yonğhe adlı gənc qadındır. Orta boylu, gözləri, baxışları, bədən quruluşu, xarakteri, hərəkətləri ilə tamamilə adi bir qadın. Amma yanlış bəlkə də burada başlayır. Bu qadın üçün doğru təsvir adi yox, türk deyimi ilə "silik" olmalıdır. Ruhu, düşüncələri basdırılmış, həyatını sadəcə kimlərəsə uyğunlaşaraq quran, davam etdirən susqun qadın. Bu qadın bir gecə gördüyü yuxudan sonra qəribə davranır və səhər ilk iş evdəki bütün ətləri, yumurtaları atır. Özü vegeterian olmaqla qalmır, ərinə də evdə ət bişirə bilməyəcəyini açıqca deyir. Ətə düşkün bir ailə. Həm Yonğhe, həm bacısı ətli yeməklərdə çox bacarıqlı (daha bu günorta yeməyi yandıran mən hüzünlü shsjdd). Birdən-birə vegeterian olmaq ailə üçün qəbul olunmazdır. İlk hekayə qadının həyat yoldaşı, ikincisi isə, bacısının ərinin dilindən, onların gözü ilə anlatılır. Bu qisimləri çox da sevmədim. Hər iki insan empatiya qursanız belə, xarakterlərindəki bencillik ilə rahatsız edən insanlardır... Və 2ci
VejetaryenHan Kang · April Yayıncılık · 20259,7bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Qış Gecəsi (Salam Qadirzade)
10/10
·286 syf.··
Beğendi
·
2020 81. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Kasım 2020 13:56
Film kimi əsər. Həqiqətən söz tapmaq olmur. tövsiyə edirəm oxuyun vaxtınız boşa getməyəcək. kiçik yaşlarında anasını itirən Adil, sonralar evə Diləfruz adında ögey anası gəlir. ilk başlarda Adil onun səmimiyətinə inanmır,hətta atasının qəlbini qırmaq istəməsin deyə sakit durur. ilk başlarda Diləfruz, Adil- can deyə- deyə sevsədə sonra Məmməd adlı oğlu dünyaya gəlməsi can silinir və beləliklə münasibəti soyuyur. Adil bilirdiki bunun sözləri ciddi deyildir hiss etmişdi. bəs kim bilərdi ki özünü "mələk" göstərən ama sonra "şeytan"a dönən ətli qoltuğ ögey ana Diləfruz belə olacaqdır? Adilin həyatı çətin keçir,böyüdükcə həyatında gözləmədiyi şeylər baş verir. yeniliklər, dost-tanışla münasibəti, sevgi münasibəti çətinliyi olur .. Bunun səbəbi Diləfruz "xanım"-dır, bəli.. Amma necə? O necə bir neçə insanın həyatını puç edə bildi?? əvvəlcə ərindən qorxan Diləfruz sonradan vəhşiyə dönərək, evin rəisi kimi aparmağa başlayır, ərini məcbur gözləmədiyi işlərə soxdurur. Sanki arvad bu, ər isə Diləfruz idi Əsərdə ən çox sevdiyim qəhrəman Saleh müəllim və Mənsurə oldu. və ən maraqlısı, Borisin və Nataşanın Bakıya gəlməsi oldu.Rəhman qatarda Borislə qarşılaşdı (hələ Borisi tanımırdı bilmirdi Adilin dostudur) Borisin istiqraz vərəqəsinin on min manat udduğunu duyduğunu və utanmadan o istiqrazı satın alıb özünü milyoner kimi göstərmək xəyalında olan və sonra bunun üstü açılması ?. ən pis olduğum məqam, Adilin Ceyranı tərk etməsidir. Bəs hekayənin sonu necə olur ? Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun :)
Edebiyat
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma