Mehmet Emin Resulzade Milli Azərbaycan bayrağı – işdə bizim çöhrəmiz! Milli hakimiyyət uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millət çöhrəsi!
Məsələn, məni ən çox təsirləndirən hissələrdən biri Osho ‘nun Vincent Van Gogh haqqında olan fikirlər idi:
Vincent Van Gogh rəsm çəkərkən çox xoşbəxt idi. Həyatı boyu bir dənə də olsun əsərini sata bilmədi. Kasıb idi, ac qalırdı. Qardaşı ona yemək üçün pul göndərirdi. Həftənin dörd günü ac qalır, yalnız üç gün yemək yeyirdi. Çünki qalan pulla kətan, boya və fırça almalı olurdu. Amma buna baxmayaraq, yenə də xoşbəxt idi. O, 37 yaşında dünyadan köçdü. Osho’nun fikrincə, “onun intiharı belə bir çox insanın saxta həyatından daha mənalı idi.”
Çünki Vincent Van Gogh’un ən böyük arzusu ruhuna tam oturan bir günbatımı tablosu yaratmaq idi. Nəhayət, arzuladığı əsəri tamamladığı gün bir məktub yazır:
“İşim tamamlandı, artıq məmnunam.”
Və bundan sonra həyatına son verir.
Osho onun haqqında belə deyir:
“O, həyatı tam mənası ilə yaşadı. Həyat şamını hər iki ucundan böyük bir ehtirasla yandırdı.” (səh. 194)
Bəs Vincent Van Gogh belə bir sonluğa layiq idimi?
Mənim fikrimcə, əlbəttə ki, belə bir sonluq ona layiq deyildi. Ömrünün ən gözəl çağında həyatdan getmək çox ağrılıdır. Bu, erkən və kədərli bir sonluqdur. Lakin hadisəyə onun gözündən baxsaq, həyat məqsədini tam şəkildə həyata keçirmiş, özünü tamamlanmış hiss etmiş bir insan görürük. Bu baxımdan onun hekayəsini xoşbəxt və məmnun bir son kimi də dəyərləndirmək olar. Buna görə də onun seçiminə deyil, həyatına, sənətinə və məqsədinə hörmətlə yanaşmaq lazımdır. 📖✨
Ah! Şu insanoğlu ne kadar da cahil!
📖 Bir Gözyaşı, Bir Gülümseme
Şübhəsiz, bu ifadənin heyvanların daxili səsi olduğunu düşünürəm.🐾💭
Duman üçün isə bu səs əzəldən mövcuddur.😼 Mənim mizantrop oğlum.🫰🏻🐈⬛
Gah inqilabçı arvadı olduğuna görə yerlərə vuruldu, gah qəhrəman arvadı olduğuna görə göylərə ucaldıldı, gah da kafir arvadı deyib əzildi... Amma heç vaxt sadəcə "Məsumə" ola bilmədi. "Mənim Payım" romanı bir qadının çiyinlərində daşıdığı dağ boyda yükün, fədakarlığın və cəmiyyətin amansızlığının hekayəsidir. 15 yaşlı bir qızın həyəcanı ilə vərəqləməyə başladığım bu kitabı, 50 yaşlı bir ananın yorğun və sınmış ruhu ilə tamamladım. Həyatın hər zərbəsindən sonra yenidən ayağa qalxmağı bacaran Məsumənin 30 illik ağrılı, amma bir o qədər də dərin hekayəsi uzun müddət ağlımdan çıxmayacaq. Sırf özü ola bilmək üçün vuruşan bütün qadınlara... ✨ Mənim Payım
"Uçun kuşlar, uçun burda vefa yok;
Öyle akar sular, öyle hava yok;
Feryadıma karşı aks-i seda yok;
Bu yangın yerinde soğuk kül vardır."
Rıza Tevfik Bölükbaşı