10/10
·824 syf.··
Beğendi
·
2026 86. kitabı
·
5 günde okudu
·
Okunma: 25 Mayıs 2026 16:21
Bu kitabı oxumağa niyə risk edə bilmirəm hələ də bilmirəm. Sevən qədər sevməyəni də var. Hətta ilk kitab üçün səhifə Səhifə sayının çoxluğu belə söz olmuşdu. Amma kitabla bağlı o qədər alıntı qarşıma çıxdı ki, ən son başlamağa ürək etdim. İkinci kitabın da çıxmağına az qaımışkən dedim şeytanın qıçını qırım. Yazılacaq sözüm yoxdur. Tək bunu deyim ki, ən qısa zamanda iki kitabı da alacam. Bu kitab kitablığımda olmalı və mən bütün o alıntıların kitabda fiziki olaraq altından xətt çəkməliyəm.
Üzüm Buğusu 1 - İhanetDilan Durmaz · İndigo Kitap · 2026567 okunma
10/10
·166 syf.··
Beğendi
·
2026 65. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Mayıs 2026 13:21
Ürək ağrısı ilə oxuduğum daha bir kitab. İnsan oğlunun vəhşiliyi,ədalətsizliyi bu kitab öz əksini tapıb. Allahın dilsiz,ağızsız heyvanlarına qarşı etdikləri vəhşilik bu kitabda öz yerini tutub. Heyvanların sədaqəti,vicdanı,intiqam hissini hər bir oxucu bu kitabı oxuduğu zaman anlıya bilər. Təəssüf hiss ilə qeyd edim ki,bu dünyanı insan oğlu məhv edəcək.
Seçilmiş ƏsərləriErnest Seton Thompson · Şərq-Qərb Nəşriyyat Evi · 20136 okunma
Reklam
9/10
·622 syf.··
2026 105. kitabı
İvan Qonçarovun bu romanı... yox, o qədər də sadə deyil. Əvvəlcə düşündüm ki, nəyin dalınca qaçıram? 600 səhifəlik bir adamın yatıb-durmasını, plan qurub heç nə etməməsini oxumağa dəyərmi? Dəyərmiş. Dəyər də. Oblomov... İlya İliç... O mənzildə uzanıb "sabah" deyən, paltarını geyinib çölə çıxmağa tənbəllik edən, amma beynində dağları qovan o adam – hamımızıq. Sən fərqinə var, yoxsa yox, hər birimizin içində bir Oblomov yatır. Bəzən onun gözünü açıb "yaşa, hərəkət et" deyirik, bəzən də üstünə bir yorğan çəkib onu daha da dərinə basdırırıq. Qonçarovun ən dahi işi budur – o, bir xəstəliyin adını qoydu. "Oblomovluq" deyə bir termini ədəbiyyata daxil etdi. Bu nədir? Tənbəllik? Yox. Tənbəllik onun bir budağıdır, amma kökü başqa yerdədir. Oblomovluq – hər şeyi başa düşüb, heç nə edə bilməməkdir. Nəyimiz çatışmır, harda səhv edirik, nə etməliyik – Oblomov bunların hamısını bilir. Olga onu sevəndə, Ştoltz ona əl uzadanda o hərəkət edə də bilər. Etdi də – bir müddətliyinə. Amma sonra... geri çəkildi. Yorğanı başına çəkdi. Bu, sadəcə iradəsizlik deyil. Bu, bir növ intihardır – sakit, səssiz, heç kimə zərəri olmayan, amma özünü məhv edən bir intihar. Olga xanım... o qadın məni həm sevindirdi, həm də kədərləndirdi. O, Oblomovu diriltmək istədi. Öz sevgisiylə, iradəsiylə, gözəlliyiylə. Amma bir insanı yalnız sevgi ilə dəyişmək olarmı? O dəyişmək istəmirsə, bütün cəhdlərin boşa çıxır. Olga nəhayət ki, bunu başa düşdü və getdi. Çünki bir insanın xilası üçün onun özünün də xilas olmaq istəməsi lazımdır. Oblomov isə xilas olmaq istəmirdi. O, Agafya Pşenitsınanı seçdi – rahatlığı, narahatlığı, hər gün eyni çayı, eyni piroqu. Yəni, ölümü seçdi. Çünki yaşamaq, nəfəs almaq, hərəkət etmək – bunlar ağırdır. Yatmaq isə yüngül. Bu sonsuz bir döngü deyilmi? Oblomovun "yatağı" nədir? Kimin
Edebiyat & Roman
Oblomovİvan Gonçarov · Türkiye İş Bankası Kültür Yayınları · 202149,8bin okunma
10/10
·256 syf.··
2026 3. kitabı
·
8 günde okudu
·
Okunma: 26 Nisan 2026 19:35
Dəmiryolu Uşaqları Uzun zamandır bu qədər 'soft' və qəlbimi isidən bir hekayə oxumurdum... Hekayə bir ailənin gözlənilməz bir hadisə nəticəsində şəhər həyatından qopub kiçik bir kəndə köçməsi ilə başlayır. Məni ən çox heyran edən üç əsas qəhrəman — Bobbi, Piter və Fillis oldu. Bu uşaqlar təkcə valideynlərinə qarşı deyil, hətta tanımadıqları insanlara belə böyük empatiya və açıq ürəklə yaxınlaşırlar. Şəhərli, komfortlu həyatdan qəfildən kəndə və yoxsulluğa keçən uşaqların şikayət etmək əvəzinə, yeni həyatlarını bir macəraya çevirir, yeni dostluqlar qazanırlar. Bu dostluqlar ki, yaş fərqinə baxmır. Dəmir yolunun onlar üçün sadəcə bir nəqliyyat vasitəsi deyil, ümidə və atalarına açılan bir qapıdır. Uşaqların nə qədər çətin vəziyyətdə olsalar da, xeyriyyəçilik və ya kömək qəbul edərkən göstərdikləri o nəzakətli qürurunu da göz ardı etmək olmaz. Onlar hadisələr qarşısında göstərdikləri cəsarət və soyuqqanlılıqla böyüklərə belə nümunə olurlar. Qazandıqları hər yeni dost onların bu səmimi qəhrəmanlıqlarına heyran qalır. Əsərin sonu isə sanki Bobbinin anasının yazdığı nağıllardakı kimi — işıqlı və gözəl bitir. Əgər həm hüzünlü, həm də çox ümidverici bir klassik axtarırsınızsa, "Dəmir yolu uşaqları" tam o kitabdır.
Dəmiryolu UşaqlarıEdith Nesbit · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20212,630 okunma
"Vətən Sahibi"
10/10
·154 syf.··
Beğendi
·
2026 1. kitabı
Dəyərli həmkarım, Nuray Rəşidin şəhid Sahib Məmmədova həsr etdiyi "Vətən Sahibi" kitabı haqqında danışmaq mənim üçün olduqca çətindir. Kitabı oxuyarkən duyğulanmamaq, ağlamamaq əldə deyildi. Kitaba heç cür tənqidi yanaşmaq mümkün deyil. Kitab gözlədiyimdən artıq idi mənim üçün. Çünki ilk başda Şəhidə aid olduğunu düşünəndə, məlumat xarakterli olacağını sanmışdım. Amma bu kitab çox duyğu dolu kitabdır. Bu cür yazarlar çox olmalıdır. Bu cür əsərlər yazılmalıdır. O ailəni dinləyib yazmaq ürək tələb edir. Onun bütün dostlarını, qohumlarını, döyüş yoldaşlarını araşdırıb tapmaq, dinləmək çox böyük işdir. Bir şeyi səmimi olaraq qeyd etmək istəyirəm ki, bir yazar olaraq öz həmkarıma qibtə etdim. Çünki mənim də 44günlük müharibə zamanı ailəmdən itirdiyim şəhidim var. Amma dərininə enib yazmağa ürəyim yetmir. Çox ağırdır mənim üçün. 5ildir ağlımdadır amma hələ cəsarət edə bilmirəm. Ona görə də müəllifə alqış düşür. Onu bu təşəbbüsünə görə alqışlayıram. Əhsən. Qələminə, ürəyinə sağlıq deyirəm. Bu yolda uğurlar arzulayıram. Şəhidin ailəsinə yaxınlarına Allahdan səbr diləyirəm. Allah cəmi şəhidlərimizə rəhmət etsin.
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
8/10
·616 syf.··
Beğendi
·
2026 5. kitabı
·
1648 günde okudu
·
Okunma: 13 Nisan 2026 14:13
Bu kitabı masa arxasında oturaraq təhlil edib fikirlərimi yazıya çevirməkdə heç bir problem görmürəm. Amma məsələyə fərqli prizmadan baxsam necə? Məsələn, bədənimin və nəsillər boyu keçdiyi təkamül nəticəsində əldə etdiyim fiziki xüsusiyyətlər məhz bu cür fəaliyyətlər - masa arxasında rahat oturub barmaqlarımla yazmaq və düşünmək üçünmü formalaşıb? Əgər belədirsə, niyə bu şəkildə davam etmək və fiziki aktivlikdən uzaq qalmaq məni bir müddət sonra xəstə edə bilir? Yoxsa bədənim milyonlarla il əvvəlki həyat şəraitinə uyğunlaşmış formadadır və müasir həyat tərzi ilə tam uyğun gəlmir? Bu kitabı ilk gördükdə diqqətimi çəkən şeylərdən biri onun özündə 3 anlayışı birgə şəkildə əlaqələndirməsi oldu: sağlamlıq, xəstəlik və təkamül. Bunları ayrı-ayrılıqda oxumaq üçün kifayət qədər maraqlı və bir o qədər də faydalı kitablar var. Ancaq üç anlayışı birlikdə gözdən keçirmək daha fərqli baxış bucağı yaradır. Mənim oxuduğum kitablar arasında Daniel E. Lieberman -ın əsəri xüsusi yer tutur. Prof Liebermanın etdiyi də məhz budur: xəstəlik və sağlamlığımıza təkamül perspektivindən baxmaq. Bu məqamda Theodosius Dobzhansky-nin məşhur ifadəsi yada düşür: “Təkamülün işığı olmadan biologiyada heç bir şeyin anlamı yoxdur”. Həm də hadisələrə 6 milyon il əvvəldən baxmaq bu kitabı anlamaq üçün çox önəmlidir. Yazar insanın insana bənzər primatlardan bu yana keçdiyi təkamül prosesini, dəyişən mühitə uyğunlaşaraq formalaşan fiziki xüsusiyyətlərimizi (necə ikiayaqlı olduğumuzu, beynimizin və qida rasionumuzun dəyişməsini və s.) hamısını ələ almağa çalışır. Və keçmişdən bu günə doğru izah edə-edə gəldikdən sonra artıq sənaye inqilabına və oradan da günümüzə qədər ətraf mühitdə baş verən dəyişiklikləri və bizim vücudlarımızın bundan necə təsirləndiyini izah edir. Elə “İnsan vücudunun hekayəsi” adının da haqqını
Alıntı
İnsan Vücudunun ÖyküsüDaniel E. Lieberman · Say Yayınları · 2015199 okunma
Reklam
Reklam