9/10
·160 syf.··
Beğendi
·
2025 9. kitabı
·
288 günde okudu
·
Okunma: 11 Kasım 2025 16:35
Bu kitab, ağ dovşanın ardınca dovşan yuvasından fantastik bir dünyaya girən Alisa adlı bir qızın absurd macəralarından bəhs edir. Bu aləmdə o, danışan heyvanlarla, qəribə personajlarla və məntiqsiz hadisələrlə qarşılaşır. Daim ölçülər dəyişdirdiyi, çay süfrələrinə qatıldığı və Ürəklər Kraliçası ilə qarşılaşdığı bu səyahət, yetkin dünyasının bir uşağın baxış bucağından nə qədər sıxıcı və məntiqsiz göründüyünü vurğulayır. Alisanın ölçü dəyişdirmə təcrübələri yetkinləşmənin və şəxsiyyət axtarışının çaşdırıcı təbiətini simvollaşdırır. Alisa təxəyyülə, yaradıcılığa və yetkin dünyasının sərt qaydalarına meydan oxuyan uşaqcasına bir marağı, Ağ Dovşan maraq, zaman və real dünyanın reallığını, Çeşir pişiyi ənənəvi məntiqə zidd olan sirri, düşüncəni və aldadıcı görünüşləri, Ürəklər Kraliçası özbaşına hakimiyyəti, irrasional gücü və zülmkar sosial iyerarxiyaları Dəli Papaqçı və Mart Dovşanı: Saf dəliliyi və irrasionallığın ifrat həddini, "Məni Ye" tortu və "Məni İç" şüşəsi bədən imicində qəfil dəyişiklikləri və kimlik böhranını təmsil edir. Reallıq və Məntiq: Hekayə daim məntiqi və reallığın qavranılmasını sorğulayır və oxucunu gözlənilməz vəziyyətlərlə təəccübləndirir. Böyümə və Transformasiya: Alisanın səyahəti uşaqlıqdan yeniyetməliyə keçidi və kimlik axtarışını simvollaşdırır. Sosial qaydalar və normalar: Viktoriya İngiltərəsinin sərt sosial normalarını tənqid edir və fərdiliyin vacibliyini vurğulayır.
Alegorik Öykü
Alisa Möcüzələr AləmindəLewis Carroll · 3 Alma Nəşriyyatı · 202228,6bin okunma
Əfqanıstandan Amerikaya uçan çərpələng
10/10
·448 syf.··
2025 155. kitabı
·
5 günde okudu
·
Okunma: 15 Temmuz 2025 15:37
Əngin səmanın sonsuz maviliklərində uçuşan rəngbərəng çərpələnglər...Ətrafı bürüyən uğultular, kiçik bədənlərdə atan böyük həyəcanlı ürəklər və onları dəstəkləyən yaxınlarının ümid dolu şüarları… İnsan doğuşdan yaşamaq uğrunda mübarizə apardığı kimi onlar da bu sərhədsizliyi doyunca dadmaq, son şans kimi göy üzündə azad bir quştək süzmək üçün səy göstərirlər. Ancaq yarış varsa, qalib də var, elə deyilmi? Göz oxşayan səmada yeganə çərpələngin sahibi Əmir kimi. Əmir bu qələbə ilə atasının qəlbinə yol tapır. Ancaq çox ağır bir bədəl hesabına. Elə ağır ki, uzun illər yuxusu ərşə çəkilir, vicdan əzabı onun daimi yoldaşına çevrilir. Ən yaxın dostunu, bu dünyada onu ən çox sevən insanı - Həsəni itirir. Bu dərdlə yaşamağı öyrəndikdən çox illər sonra isə bir telefon zəngi ilə keçmişinə- günahlarla dolu o sancılı günlərə qayıdır. Bu dəfə onun qarşısında iki yol var; ya öz müntəzəm həyatını çiynində daşımağa artıq alışmış olduğu ağır yüklə yaşayacaq, ya da çox çətin sınaqlardan, sonu görünməyən tikanlı yollardan keçib alnına damğa kimi yapışmış o qara ləkəni təmizləyəcək… “ Çərpələng uçuran” Əfqanıstan gerçəkliyində iki kiçik dostun qəlb ağrıdan,könül titrədən böyük hekayəsidir.
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,5bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi
Nüsrət Kəsəmənli... Azərbaycan gəncliyinin bütöv bir nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hislərini, duyğularını ifadə etdilər. Dünyaya şair kimi gəlib, dünyadan şair kimi gedən Nüsrət Kəsəmənlinin sehrli söz aləmində yumşaq, həlim və səmimiyyətlə qovuşuq ürəklərə axan işıqlı duyğular isindirir, düşündürür. Poeziyamızın ənənəvi və yeni şeir formalarına istinad edərək həmişə maraqlı və orijinal lövhələr yaratmış şairin bu kitabında onun həyat, insan və cəmiyyət haqqında oxucu ilə səmimi, poetik söhbətləri toplanmışdır. Bu əsərlərində gənclik səmimiyyətini yaradıcılığı boyu qorumuş şairin mənəvi dünyası bütün zənginliyi ilə görünür. Bu kitab ürəyi sevgi həsrətindən yananlar üçün, ümidi yorulmuşlar üçün, başını əlləri arasına alıb bu dünyanı götür-qoy edənlər üçün, inciyib-küsənlər üçün və bir də, sadəcə, sevənlər üçündür.
Seçilmiş ƏsərləriNüsrət Kəsəmənli · Şərq-Qərb Nəşriyyatı · 2004130 okunma
Sədaqət simvolu Şükriyyə xanım Axundzadə
10/10
·294 syf.··
Beğendi
·
2024 17. kitabı
·
10 günde okudu
·
Okunma: 08 Eylül 2024 14:21
"Şükriyyə taleyim " romanı repressiya qurbanı olan böyük şairimiz Əhməd Cavad və onun həyat yoldaşı Şükriyyənin timsalında o dövrün acılarını, əziyyətlərini ,ayrılıqlarını özündə əks etdirir. Oxuduqca yazılanların həqiqət olduğunu unudur insan. Doğrudan da , insanlara bu qədər zülm edilib ?! Niyə?! Yazdıqlarına ,yaratdıqlarına görə ? ! Və bunları edən Bağırovlar, Atakişiyevlər özgələri deyildi, sapı özümdən olan baltalar qənim kəsildi millətinə. Onlar və bir çoxları repressiyanı irəli getmək üçün fürsətə çevirdi. Qabağa çıxmaq üçün isə onlar irəlidə olanları aradan götürməyi seçdi. Və sonda -ədalət öz yerini tapanda nadanlar bu etdiklərinə görə cavab verməli oldular. Düzdür ,bu cavablar nə Müşfiq, nə Cavadı, nə Ö. F. Nemanzədəni geri qaytara bildi, lakin onların qisasını aldı, yaralı ürəklərə az da olsa, su səpdi. İllər boyu gördüyü əziyyətlər ,işgəncələr qarşısında Şükriyyə öz ismətini ,insanlığını qoruyub saxlaya bildi. Hər kəsin sağ qalmaq üçün kimisə qurban verdiyi dövrdə o , həyat yoldaşından ayrılmadı. Bejanoğlu adı Şükriyyə xanım üçün bir qurtuluş olsa da, o ,Axundzadə olaraq məşəqqətli bir həyata razı oldu. Yaşadıqlarına cəza kimi yox ,bir imtahan kimi baxdı. Və bu qədər çətin bir imtahandan üzüağ çıxmağı bacardı. Romandakı tarixi hadisələr: Cümhuriyyətin qurulması və onun dağılmasını, sovet hakimiyyəti dövrünü əhatə edir. Bu hadisələr fonunda məhəbbət mövzusuna toxunulmuş, ailə , ailə dəyərləri , ailə bağlarının nə qədər güclü bağ olduğu öz əksini tapmış, dostluq, sadiq dostlarla yanaşı ,saxtakar insanlar, xəyanət, mənliyini satan insanların ikiüzlülüyü də romanda özünü göstərir.
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021217 okunma
Puan vermedi·144 syf.··
2024 18. kitabı
·
8 günde okudu
·
Okunma: 27 Temmuz 2024 18:39
Kırk yıllık Kânî, olur mu Yani? Həm məcazi sevginin həm də həqiqi sevginin yansıdığı məqamlar görürük. Amma necə məcazi sevgi?! Həsrətlə,özləmlə,illərlə gözlənib qovuşmadan qovuşulan ürəklər. Allah sevgisinə inqilab edən məcazi sevgilər. Məcnun olmaq Leyla olmaq mümkünmü əcaba? Ya o Bâki sevgiyə çatmaq nəsib olarmı bir gün? Ya Ebubekir Efendi olmaq? Tiyandafilası üçün pərvanə kimi yanmış bir Ebubekir Efendidən danışıram. Sevgimiz üçün işıq ətrafında fırlanan pərvanələrdən olaq inşəAllah.
Sevgi
Kitâb-ı Aşkİskender Pala · Alfa Yayıncılık · 20126,7bin okunma
10/10
·144 syf.··
2024 36. kitabı
·
15 günde okudu
·
Okunma: 26 Mart 2024 01:11
Personajdan acı bir təəssüf hissi ilə ayrıldım. Sevgisini, ümidini son ana qədər saf, ilk günkü kimi qoruyub saxlasa da, bu kədərli vidaya layiq olmadığını düşünürəm. Şübhə yoxdur ki, o, həqiqətən də sevirdi, amma düz insanımı sevirdi? Onun sevdiyi, həqiqətən bu sevgiyə layiq idimi? Bu hissə bir qədər mübahisəli görünür. Əslində bütün qınaqlarım bu məqsədə və ya özünü qurban verəcək qədər sevdiyi qadına görə deyil. Verterə də böyük məzəmmətim var! Başqa yolu yox idimi? Əgər o, bu təmiz, saf, sevgini onun sevdiyi qədər onada qarşılıq vərəcəy ürəklərə həsr etsəydi, qaneedici olmazdımı? Çox qınaqlarım olsa da, ağlıma bu sonluqdan başqa heç nə gəlmir. Düşünürəm ki, Verterin o böyük ürəyi və sevgisi bu dünya üçün məncə də çox artıq idi.
İnceleme
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Karbon kitaplar · 2019150,3bin okunma