İki dost mübahisə edir.Mövzu isə siqaret çəkərkən İncil oxumağın düzgün olub-olmaması ilə bağlı imiş.Cavabı tapmaq üçün Papanın yanına gedirlər.Ayrı-ayrılıqda suallarını verirlər.Biri siqaret çəkməyə icazə alır,o biri isə bunun günah olduğunu eşidir.
İcazə ala bilməyən sualı belə vermişdi:
-Papa həzrətləri,İncil oxuyarkən siqaret çəkmək istəyirəm,mümkündürmü?
-Oğlum,İncil oxuyarkən Tanrı barədə düşünmək lazımdır.O əsnada siqaret çəkmək diqqətini dağıdacaq,buna görə də olmaz!
İcazə alanın verdiyi sual isə belə idi:
-Papa həzrətləri,siqaret çəkərkən ürəyim İncil oxumaq istəyir.Amma siqaret çəkirəm deyə kitabı əlimə ala bilmirəm.Sizcə ,oxuya bilərəm?
-Oğlum,harada və hansı vəziyyətdə olursan ol,İncil oxumağa ehtiyac hiss etdiyin an oxuya bilərsən.
O axşam bənövşəyi dəftərimin axırıncı ağ vərəqinə bu sözləri yazdım və sonuncu nöqtəni qoydum. Yazdım ki: «Ağıllı bir dəfə aldanar, həyatda mən də yanıldım. Özün hamısına şahidsən. Sən doldun, ancaq ürəyim boşalmadı. Əlvida, mənim bənövşəyi dəftərim, əlvida!..